2015-12-16 09:40:35 | AKTUAL
“Mədəniyyətimizin təbliğində informasiya amili”

Beynəlxalq Mətbuat Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə mədəniyyət sahəsində ixtisaslaşmış jurnalistlər üçün “Mədəniyyətimizin təbliğində informasiya amili” mövzusunda seminar keçirilib

Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev rəhbərlik etdiyi qurumun son aylarda gördüyü işlərdən söz açıb. Bildirib ki, son aylarda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz bir sıra fərqli və maraqlı layihələrə imza atıb, gənclərin mədəni proseslərə cəlb olunması, mədəniyyət ocaqlarının daha yaxından tanınması üçün mühüm işlər görüb. Asif Usubəliyev müasir informasiya dövründə mədəniyyətimizin təbliğində medianın mühüm rolu oynadığını bildirib.

Seminar tədbirə qatılmış media mənsublarının müzakirələri ilə davam etdirilib. Çıxışlarda mərkəzlə əməkdaşlıq əsas müzakirə mövzusu olub.

 

Sonda mərkəz tərəfindən keçirilən tədbirlərin işıqlandırılmasında, mədəniyyətimizin təbliğatı istiqamətində görülən işlər haqqında geniş ictimaiyyətin informasiya ilə təmin edilməsində göstərdiyi dəstəyə görə bir sıra TV-lərə, informasiya orqanlarına, qəzet redaksiyalarına və saytlara fəxri diplomlar təqdim olunub.

Baxış sayı : 1745
Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib Mövcud şəraitdən yararlanıb Qarabağ məsələsini birdəfəlik bitirmək lazımdır Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməlidir Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım edib "İstiqlal şairi Əhməd Cavad" adlı elektron məlumat bazası hazırlanıb Prezident İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak ediblər Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-nə müsahibə verib MEK tərəfindən dünyaca məşhur alim Lütfi Zadənin biblioqrafik göstəricisi hazırlanıb Erməni vandalizminin Kələxana “etüdləri” Azərbaycanda dövlət-din münasibətləri dünya üçün nümunə sayılır Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mühim töhfələr verir - ATƏT-in baş katibi Ceyhun Bayramov: “Azərbaycan və Türkiyə qlobal arenada sülhə töhfə verməyə davam edəcəklər” “Şuşa bəyannaməsi ilə müttəfiqliyimiz daha da möhkəmləndi” Şefik Caferoviç: Qlobal Bakı forumlarının böyük beynəlxalq əhəmiyyəti var "Beynəlxalq aləm Qarabağda işğala qarşı heç bir addım atmadı" - Ərdoğan Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib Ermənilər Laçını yandırırlar - 30 il öncə də, indi də.. Erməni Azərbaycan vətəndaşı olmaq üçün müraciət etdi Korotçenko: “Noyabra kimi Qarabağda silahlı erməni qalmamalıdır”