2015-12-03 19:50:34 | MƏDƏNİYYƏT
"Arşın mal alan"ın yeni Gülçöhrəsi

Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası yeni quruluşda tamaşaçılara təqdim olundu

Qeyd edək ki, milli operamızın banisi, böyük bəstəkar Ü.Hacıbəyli "Arşın mal alan"ı 1913-cü ildə Peterburq Konservatoriyasında təhsil aldığı dönəmdə qələmə alıb. "Arşın mal alan" musiqili komediyası dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığında yer tutan şah əsərlərindən biridir. 
O, bu əsəri operetta səviyyəsində işləyib. Bu operetta Azərbaycan musiqisində yeni mərhələ idi. "Arşın mal alan" musiqili komediyasında XX əsrin əvvəllərindəki Azərbaycan məişəti, milli kökümüzə mənsub olan adət-ənənələr öz əksini tapıb. Süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınan operettanın ilk tamaşası cəmiyyətdə böyük marağa səbəb olub və indiyə qədər də rəğbətlə qarşılanır. 70-dən çox dilə tərcümə edilən  "Arşın mal alan" bütün dövrlərdə maraqla qarşılanıb, sevilib, dünya səhnələrində böyük müvəffəqiyyətlə oynanılıb. 
Dahi bəstəkar operetta yaratmaq zərurəti barədə belə yazırdı: "Musiqinin gücünə inanaraq musiqi vasitəsilə ictimai-məişət qüsurlarını qamçılamaq, Azərbaycan ziyalılarının qabaqcıl hissəsinin ətalət və mədəniyyətsizliyə qarşı mübarizəsini musiqidə əks etdirmək arzusunda olmaq məni komik musiqi janrı-operetta yaratmaq fikrinə sövq etdi". Qeyd edək ki, 2013-cü ildə UNESCO-nun Baş konfransının 36-cı sessiyasında "Arşın Mal Alan" operettasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilməsi bu əsərin böyük təsir gücünün göstəricisidir.

Bu dəfə "Arşın mal alan" operettasında Gülçöhrə obrazını Xalq artisti, Opera və Balet teatrının solisti Fidan Hacıyeva ifa edib. O, yüksək peşəkarlığı, dərin bacarığı ilə bu obraza yeni nəfəs gətirib. Gülçöhrə olduqca duyğusal, öz arzularına nail olmağa çalışan qətiyyətli bir gənc qızdır. Fidan Hacıyeva bu operettada əvvəllər Asya obrazını canlandırıb. Üzeyir Hacıbəyli Gülçöhrə obrazını soprano üçün nəzərdə tutub. Fidan xanımın səsi mezzo-soprano olmasına baxmayaraq, o, bütün ariyaların öhdəsindən uğurla gəlməyi bacarıb və dinləyicilərə böyük zövq bəxş edib. Fidan Hacıyeva hər zaman  milli və klassik opera tamaşalarında aparıcı partiyaları yüksək peşəkarlıqla ifa edir. Gülüş ("Sevil"), Asya ("Arşın mal alan"), Xanəndə qız ("Koroğlu'), Karmen ("Karmen"), Rozina ("Sevilya bərbəri"), Amneris ("Aida'), Azuçena ("Trubadur") və digərləri.

Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulmuş bu tamaşa artıq 17 ildir ki, fasiləsiz olaraq teatrın repertuarındadır. "Arşın mal alan" tamaşasının digər rollarında Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Fərid Əliyev, Yadigar Muradov və başqaları çıxış edirlər.

 Bir gənc musiqişünas kimi bu uğurlu tamaşaya görə Fidan Hacıyevanı, həmçinin mədəniyyətimizə daim xidmət göstərən, ruhu sənət ilə qidalanan digər sənətkarlarımızı alqışlayıram, onlara öz dərin ehtiramımı bildirirəm.

 Aysel KƏRİM 

Baxış sayı : 1835
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42