Haqqımızda
www.fact-info.az (Fakt Azərbaycan) saytı Azərbaycan, ingilis, rus və fransız dillərində fəaliyyət göstərir. Qarabağın və ümumilikdə Azərbaycanın tarixi, mədəniyyəti, dəyərləri və s. haqqında analitik yazılara, müsahibələrə və müasir gündəmlə bağlı xəbərlərə yer verilir.
Dağlıq Qarabağın dünəni və bu ğününə həsr olunan məlumatların toplanması və bu sahədə tədqiqatların aparılması davam edir. Bu gün Azərbaycanın ən ağrılı məsələlərindən sayılan Dağlıq Qarabağ probleminin və ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımların obyektiv araşdırılması, elmi yanaşma nəticəsində həqiqətlərin ortaya qoyulması zərurəti var.
Fact-info.az saytı daim yenilənir. Azərbaycanın dəyərlərinin təbliği hədəfimizdir. Dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirik ki, müxtəlif sahələrlə bağlı elmi tədqiqatlara, jurnalist araşdırmalarına önəm veririk.