FACT-INFO.AZ » SİYASƏT » Ermənistana qarşı sanksiyaların tətbiqi qaçılmazdır
4-03-2016, 09:30 | SİYASƏT
Ermənistana qarşı sanksiyaların tətbiqi qaçılmazdır

Bu mövqeyi ilə rəsmi Bakı bütün dünya ictimaiyyətini, Dağlıq Qarabağ münaqişəsinin həllində bilavasitə rol oynayan ATƏT də daxil olmaqla, beynəlxalq təşkilatları bir daha ədalətli mövqedən çıxış etməyə, uzun zamandan bəri yürüdülən ikili standartlardan xilas olaraq bu istiqamətdə effektiv tədbirlər görməyə çağırdı. Azərbaycan dövləti növbəti dəfə beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi mesajlarını verdi.

Təqdim edilən hesabatda Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülmə, Dağlıq Qarabağın təbii resurslarından qanunsuz istifadə, qanunsuz iqtisadi fəaliyyət və digər məsələlər əks olunub.

Sənəddə əks olunan faktlar göstərir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlər aparır. Fəaliyyətlərin qanunsuz olduğunun xüsusi vurğulandığı sənəddə sözügedən fəaliyyətlərin təşkilinə görə, bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyü bildirilir.

Azərbaycan XİN-in açıqladığı hesabatla bağlı bir neçə əhəmiyyətli məqama diqqət çəkmək istəyirəm.

Beynəlxalq hüquqa məhəl qoymayan Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşma həyata keçirir. Hesabatın ayrıca fəsli işğal edilmiş Azərbaycan ərazilərinə köçürülmə faktlarına həsr edilib. Ermənistan rəsmilərinin də etiraf etdiyi kimi, Suriyadan 15-20.000 civarında erməni əsilli qaçqın Ermənistan ərazisində yerləşdirilib. Onların içərisindən isə yüzlərlə ailənin işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırılması haqqında məlumatlar var.

Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında erməni əsilli Suriyadan olan qaçqınların məskunlaşdırılması regionda təhlükə mənbəyinin formalaşdırılmasına xidmət edir, sülhə, əmin-amanlığa ciddi təhdidlər yaradır. Son dönəmlərdə bəzi ölkələrdə baş verən proseslər, törədilən terror aktları qeyd etdiklərimi təsdiq edir. Bu situasiya Azərbaycanla böyük enerji layihələrini reallaşdıran bütün ölkələr - Avropa, qərb, xüsusilə də ATƏT-in həmsədr ölkələrindən biri – qonşu Rusiya tərəfindən göz ardı edilməməlidir. Çünki Azərbaycanda, eyni zamanda, bütövlükdə regionda sabitliyin, təhlükəsizliyin bərqərar olmasında həmin ölkələr ən azı bizim qədər maraqlı olmalıdırlar. İqtisadi maraqların masalarda hər zaman diktə etdiyi müasir dönəmdə bu məsələlər gündəmin ən aktual prioritetlərindən sayılır.

Digər bir məsələ. Ermənistan iqtisadi gəlirlər məqsədilə işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər həyata keçirir. Azərbaycan XİN-in hesabatında işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyətlər, təbii sərvətlərin istismarı, infrastrukturun dəyişdirilməsi haqqında faktlar təqdim olunub. Ermənistan bütün dünyanın gözü qarşısında, daha doğrusu, beynəlxalq ictimaiyyətin susmasından, ikiüzlü siyasətindən faydalanaraq hazırda işğal altında saxladığı Azərbaycan torpaqlarında mülkiyyət, təbii və digər sərvətləri vəhşicəsinə istismar edir, talan edir, qeyri-qanuni ticarət həyata keçirir.

Təəssüflə qeyd edirəm ki, bu gün Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupu çərçivəsində həmsədr ölkələr olan ABŞ və Fransanın şirkətləri də fəaliyyət göstərir.

Rəsmi Bakı hesabatında bəyan edir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir. Eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır.

Digər bir detal. Ermənistan hazırda işğal etdiyi Azərbaycan ərazilərində nəzarəti həyata keçirir. Azərbaycan XİN-in hesabatında bunu təsdiq edən faktlar təqdim olunub. İşğalçı dövlətin bu mövqeyini qabardaraq qeyd etmək lazımdır ki, işğal olunmuş Azərbaycan ərazilərindəki bütün cinayətlərə görə, məsuliyyəti ancaq Ermənistan daşıyır.

Ermənistanın işğalçılıq siyasətini, sadalanan fəaliyyətləri bu gün də davam etdirməsi münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını açıq-aşkar ortaya qoyur.

Azərbaycan dövləti tərəfindən hesabat bütün beynəlxalq təşkilatlara göndəriləcək.

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycana səfəri yenicə başa çatmış AŞ PA prezidenti Pedro Arqamunt səfərinin yekununda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi açıqlama diqqət çəkir: “Azərbaycan Dağlıq Qarabağ regionunda baş verən münaqişənin nəticələri ilə üzləşməkdə davam etməkdədir. Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı ilə bağlı problemin həll edilməsi vacibdir. Bu münaqişə Azərbaycan və Ermənistanda qeyri-stabilliyə yol açmaqla yanaşı, həm də bu ölkələrin demokratiya, insan haqları və qanunun aliliyi sahələrində inkişaf etməsinə mənfi təsir göstərir".

Bununla da, P.Arqamunt AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyini bir daha konkret şəkildə ortaya qoymuş oldu.

Kifayət qədər diqqət çəkən bu vacib mövqenin ardınca BMT-nin də analoji mövqedən çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həllində təsiredici təzyiq addımları atacağını nəhayət müşahidə etmək istərdim. Bu, uzun zaman atılması geciksə də, gözlənilən bir addım olaraq BMT-nin bütövlükdə Qafqazda sabitliyin, təhlükəsizliyin, sülhün, ədalətin bərpa olunmasında çox önəmli bir dönüş zamanının reallaşmasına səbəb olmasına gətirib çıxara bilər.

 Ermənistana qarşı sanksiyalar gündəmə gəlməlidir. Sanksiyaların gündəmə gəlməməsi üçün Ermənistan dövlətlərarası beynəlxalq münasibətlərdəki normalara riayət etməli, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, işğalçı siyasətini dayandırmalı və işğal etdiyi Azərbaycan torpaqlarından silahlı qüvvələrini qeyd-şərtsiz çıxarmalıdır. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli bunu birbaşa tələb edir. Əks halda, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin masa üzərinə gəlməsi qaçılmaz olacaq.(Trend)




Baxış sayı: 2 071
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031