FACT-INFO.AZ » CƏMİYYƏT » Xocalı soyqırımı ağdamlı həkimin yaddaşında
26-02-2016, 09:25 | CƏMİYYƏT
Xocalı soyqırımı ağdamlı həkimin yaddaşında

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi ən böyük terror-soyqırım aktlarından biri həyata keçirilib. Ermənilər Xankəndidə yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal ediblər.
 Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. 
Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə təqribən 2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Lakin bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və ahıl insanlar olmaqla - 613 nəfəri düşmən gülləsinə tuş gələrək həyatını itirib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bu soyqırım aktı nəticəsində yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150-i isə itkin düşüb. 
Bütün bunlar Xocalı hadisəsinin yalnız görünən, hamıya bəlli olan ağrılı nəticələridir. Ancaq xalqımızın bu dəhşətli hadisənin daha da faciəli nəticələrlə bitməsinin qarşısını almaq üçün əlindən gələni əsirgəməyən, böyük fədakarlıqlar göstərən qəhrəman övladları da var. O zaman ermənilərin qənim kəsildiyi Xocalı sakinləri arasından bircə nəfərin belə xilas olunması böyük nəticə idi. 
Bu mənada, xüsusilə qeyd etmək lazımdır ki, yaxınlıqda yerləşən Ağdam camaatının fədakarlığı nəticəsində bu qırğının miqyasını nisbətən azaltmaq mümkün oldu, yüzlərlə insan erməni zülmündən xilas edildi. Əlbəttə, burada ön cəbhədə xocalılaların xilasında iştirak edən ağdamlılar qədər, arxa cəbhədə yaralıların xilası, müalicəsi ilə məşğul olan həkimlərin də çiyinlərinə böyük məsuliyyət, şərəfli vəzifə düşüb. O vaxt Ağdam rayon xəstəxanasında baş həkim işləyən Taryel Eyvazov da bu vəzifəni ləyaqətlə yerinə yetirib, xocalıların xilasında fəallıq və fədakarlıq göstərib.

Azərbaycan Tibb Universitetinin baş elmi işçisi, dosent, Əməkdar həkim, Qarabağ müharibəsi veteranı T.Eyvazov Xocalı hadisələrinin növbəti ildönümü ərəfəsində o müsibətli günləri yenidən xatırladı, ağrı-acılı xatirələrini bizimlə bölüşdü: "Mən 1990-cı ildə Səhiyyə Nazirliyi tərəfindən Ağdam rayonuna baş həkim təyinatı almışam. Vəzifəmin icrasına başladığım ilk gün həkim yoldaşlarımla bərabər hərbi vertolyot vasitəsilə Xocavəndin Qaradağlı kəndinə getməli olduq. Məqsəd ermənilərin azərbaycanlılara qarşı qatı millətçilik zəminində hücumlara başlaması nəticəsində xəsarət alan insanlara yardım etmək idi. Əfsuslar olsun ki, itkilərimiz də vardı. Lakin o vaxt ermənilər təxribatlara əl atsalar da, hələ bunu açıq formada etməkdən çəkinirdilər. Ermənilər qarşılarına çıxan azərbaycanlıları qətlə yetirir, itkiləri isə gizlətməyə nail olurdular".

Uzun müddət bu haqda danışmaq istəmədiyini, o günləri xatırladıqca dərin sarsıntılar yaşadığını deyən T.Eyvazov qeyd edib ki, aradan xeyli müddət keçdikdən, baş verənləri özlüyündə geniş təhlil edəndən sonra qəti qənaətə gəlib ki, Xocalı soyqırımının qarşısı vaxtında alına bilərdi və alınmalıydı: "Hər halda, hadisə bu qədər faciəli bitməməliydi. Erməni təcavüzü, düşmənin qəddarlığı öz yerində, amma bu hadisənin baş verməsinin digər səbəbləri də o vaxt ölkədəki siyasi çəkişmələr,  hakimiyyət uğrunda mübarizə, Qarabağda baş verənlərə biganə münasibət idi. Hadisələrin günahını da cəbhədə vuruşan hərbçilərin üzərinə atmağa çalışırdılar. Halbuki onlar qəhrəmanlıqla mübarizə aparıb, erməni quldurlarının qarşısını qətiyyətlə almağa çalışıblar. Amma siyasi oyunlar, anarxiya onların da cəhdlərini, təəssüf ki, puça çıxardı, nəticədə xalqımız, xüsusən Xocalı əhalisi böyük müsibətlər yaşadı".

Xocalı faciəsindən minbir əzabla qurtulub Ağdama gəlib çıxan və ya gətirilən insanlar məhz Ağdam mərkəzi xəstəxanasının həkimləri tərəfindən qəbul edilib. Çox sayda yaralının həyatının xilas edilməsi, onlara tibbi yardım göstərilməsindən əlavə, faciədə həyatını itirənlərin dəfninə hazırlıqda da, rayon rəhbərliyinin qərarı ilə T.Eyvazov yaxından iştirak edib. Əməkdar həkim qeyd edib ki, bütün Xocalı şəhidləri el adəti ilə dəfn olunublar: "Vəziyyətin gərgin olmasına baxmayaraq şəhidlərimizin dəfninə biganə yanaşa bilməzdik. Ona görə də, hər bir şəhidin dəfnini şəriət qaydalarına uyğun yerinə yetirdik".

Onun sözlərinə görə, Xocalı camaatı Ağdam həkimləri ilə görüşəndə həmişə öz minnətdarlıqlarını bildirirlər: "Çünki Ağdam xəstəxanasının kollektivinin fəallığı olmasaydı, itkilərin sayı çox ola bilərdi".

Taryel həkim xatırlayır ki, həmin günlərdə özü də, kollektivin digər fədakar üzvləri də gecə-gündüz, dinclik bilmədən çalışaraq, xocalılara, eləcə də cəbhə xəttindən gətirilən yaralı döyüşçülərimizə tibbi yardım göstəriblər: "Biz o ağır günlərdə həm həkimlik, həm də ümumən insanlıq, vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirməyə çalışırdıq. Əminliklə deyə bilərəm ki, buna da nail olduq". 

Əməkdar həkimin sözlərinə görə, o dövrdə səhiyyə naziri olan mərhum Tələt Qasımovun göstərişi ilə ilk hərbi-səhra hospitalı məhz onun rəhbərlik etdiyi Mahrızlı kənd xəstəxanasında təşkil olunub: "Bütün bu işlərin təşkili və həyata keçirilməsi üçün onda səhiyyə nazirinin müavini işləyən Rahim Hüseynov da bizə çox köməklik edib. O bəzən gündə iki dəfə yaralıları şəxsən müayinədən keçirirdi. Sonra biz tibbi rota yaratmaq qərarına gəldik. Çünki hospital təyinatına görə cəbhədən arxada olur. Döyüşün gedişində yaralılara dərhal yardım edə bilmək üçün tibbi rotanın təşkili zəruri idi. Ona görə də birbaşa ön cəbhəyə yollanır, oradan yaralıları hospitala gətirirdik. Xəstəxananı əvvəlcədən boşaldıb belə vəziyyət üçün tam hazır vəziyyətə gətirmişdik. Kütləvi şəkildə yaralılara tibbi yardım göstərirdik. Həmin günlərdə paytaxt Bakı və digər rayonlardan Ağdama gələn vətənpərvər həkimlərin də bizə çox böyük köməyi dəyib".

T.Eyvazov xatırlayır ki, Xocalı işğal olunduqdan sonra ermənilər silah-sursatı, hərbi texnikanı Əsgəran yaxınlığında cəmləşdirmişdilər. Düşmən qüvvələri fevralın 28-də axşam vaxtı Ağdam xəstəxanasına raket zərbələri endirməyə başlayıb: "Yaxşı ki, rəhbərliyin köməyi ilə Ağdam dəmiryoluna sanitar qatar gətizdirmişdik. Məcbur olub bütün yaralıları, Ağdam camaatının köməyi ilə, xəstəxanadan çıxararaq sanitar vaqonlara yerləşdirdik. İkinci dəfə yaralıları aparmaq üçün xəstəxanaya gələndə xəbər etdilər ki, artıq qatar dəmiryolu stansiyasından çıxıb. Qatarın rəisi təcrübəli, peşəkar hərbi həkim, polkovnik Qurban Qurbanov idi. Onunla əlaqə saxladıqdan sonra məlum oldu ki, ermənilərin atdığı mərmilər stansiyaya da çatdığı üçün sanitar qatarı Bərdəyə tərəf sürüblər. Ara sakitləşəndən sonra qatar yenidən stansiyaya qaytarıldı".

Taryel həkim danışır ki, vəziyyət hər nə qədər gərgin olsa da, rayonda səhiyyə xidməti döyüş şəraitinə uyğun olaraq var qüvvəsi ilə fəaliyyət göstərirdi: "Hər gün Səhiyyə Nazirliyi ilə telefon əlaqəsi saxlanılırdı, nazir müavinləri -  mərhum Fəxrəddin Cavadov, Yaşar Bağırlı, Abbas Vəlibəyov, Rahim Hüseynov növbəlilik əsasında mütəmadi olaraq rayona səfər edirdilər".

Əməkdar həkim deyib ki, onun tabeliyində bir hərbi vertolyot da var idi: "Çünki ermənilərin hücumu şiddətlənmişdi, yaralılarımızın sayı artırdı. Biz həmin vertolyot vasitəsilə yaralıları hadisə yerindən götürüb xəstəxanada müalicə etdikdə sonra lazımi yerlərə təxliyə edirdik".

Atəşkəsdən sonrakı dövrdə də Taryel Eyvazovun bölgədə mühüm fəaliyyətləri olub.

Əməkdar həkim deyir ki, orada ilk "Qızılay" çadır şəhərciyinin yerinin təyin edilməsində, həmçinin tibbi xidmətin təşkilində də birbaşa iştirak edib.

T.Eyvazovun fikrincə, erməni təcavüzü nəticəsində üzləşdiyimiz faciələr, xüsusən də Xocalı soyqırımı bütün dəhşətləri ilə bizim üçün ibrət dərsi olmalıdır: "Mən o dəhşətləri öz gözlərimlə görmüşəm. Ermənilər təkcə Xocalıda deyil, Kəlbəcərdə, Xocavənddə və digər bölgələrimizdə də amansız qırğınlar törədiblər. Ona görə də biz bu faciələri yalnız ildönümlərində yox, həmişə xatırlamalı, onları qan yaddaşımıza əbədilik yazmalı, erməni məkrinə qarşı daima tədbirli olmalıyıq. İlk növbədə isə, torpaqlarımızı azad edərək, şəhidlərimizin qanını yerdə qoymamalıyıq".

Taryel həkim inanır ki, torpaqlarımız gec-tez erməni işğalından azad olunacaq: "Dövlət başçısı İlham Əliyev bu istiqamətdə məqsədyönlü siyasət aparır. Ölkə rəhbərliyi insan qanı axmasın deyə münaqişənin həll olunması üçün danışıqlar yoluna üstünlük versə də, müharibə variantı istisna olunmur. Dövlətimiz bu ehtimal üçün güclü hazırlıq görür. Prezidentimiz dəfələrlə bildirib ki, danışıqlar ədalətli nəticə vermədiyi halda, Azərbaycan hərbi yolla öz torpaqlarını azad edəcək".

 

Azərbaycan həkiminin ikinci Qarabağ müharibəsinə hazırlığının səviyyəsindən danışan T.Eyvazov bu barədə olduqca nikbindir: "O çətin dövrlər arxada qalıb. İndi səhiyyə sistemimizdə hərtərəfli inkişaf, yüksək mütəşəkkillik var. Tam əminliklə deyə bilərəm ki, hazırda Azərbaycanda istər mülki, istərsə də hərbi səhiyyədə nizam-intizam, təşkilatçılıq yüksək səviyyədədir. Həm kifayət qədər savadlı kadrlarımız var, həm də güclü maddi-texniki baza yaradılıb".(525.az)

 




Baxış sayı: 2 313
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30