Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində pozulan insan hüquqlarının dünya ictimaiyyətinə çatdırılması, insanlara dəyən zərərin təcavüzçü Ermənistan tərəfindən ödənilməsinin beynəlxalq təşkilatlarda qaldırılması barədə müvafiq dövlət orqanlarına tapşırıqlar verilib”. Bu sözləri Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Azərbaycan Prezident Administrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov bu gün Milli Məclisdə keçirilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə deyib. O bildirib ki, qaçqın və məcburi köçkünlərlə görüşlər keçirilib və Ermənistana qarşı yüzlərlə ərizə Avropa Məhkəməsinə təqdim edilib. “Bu ərazilərdə nəinki mülki hüququn pozulması, hətat şəxsi və ailə təhlükəsizliyi, o cümlədən etnik ayrı seçkilik məsələsi qaldırılıb. Bunlar arasında Xocalı sakinlərinin ərizələrində Avropa Konvensiyasının 2-ci və 3-cü maddələri rəhbər tutularaq erməni quldurlar tərəfindən onların işgəncələrə məruz qalması, yaxın qohumlarının öldürülməsi məsələləri əksini tapıb. Amma təəssüflər olsun ki, hazırda Avropa Məhkəməsində və Avropa Şurasında xoşəgəlməz hadisələrin şahidi oluruq. Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi quruma çevrilir. Qurum müstəqil məhkəmə xüsusiyyətini itirməkdədir”. Çingiz Əsgərov hazırda erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa Məhkəməsinə müraciət edildiyini deyib. “Avropa Konvensiyasının və əlavə protokolun on bir maddəsində nəzərdə tutulan müddəalara görə hüquqlarının pozulmasını ifadə ediblər. Buna baxmayaraq Avropa Məhkəməsi həmin ərizələrə prioritet qaydada baxmaqdan imtina edib. Bu da həmin qurumun qeyri obyektivliyini bir daha göstərdi. Azərbaycan hökuməti bununla bağlı Avropa Məhkəməsi rəhbərliyinə müraciət edib, amma hələ indiyə kimi bir cavab alınmayıb”.(Modern.az
Baxış sayı: 2 267
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

