FACT-INFO.AZ » CƏMİYYƏT » Regionu təhdid edən əməllərinin qarşısı alınmalıdır
24-02-2020, 11:15 | CƏMİYYƏT
Regionu təhdid edən əməllərinin qarşısı alınmalıdır

Son bir neçə ildə bir sıra dövlətlərin parlamentləri, tanınmış siyasi xadimləri, ABŞ-ın müxtəlif ştatları Xocalı hadisələrinə qiymət verərək soyqırım aktı kimi tanıyıblar. Bütün bunlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından müsbət haldır. Lakin yetərli deyil. Həmin hadisələrə siyasi qiymət verib tanımaq, soyqırımı törədənləri pisləmək mövcud reallıq baxımından zəruri olsa da, hüquqi baxımdan məsələnin həlli deyil. Məsələnin ədalətli həlli üçün cinayət varsa cəza mexanizmi işə düşməlidir.

Hər il Xocalı soyqırımının ildönümü ərəfəsində istər ölkə daxilində, istərsə də xaricdə çox geniş anma tədbirləri keçirilir. Soyqırımı qurbanlarının xatirəsi yad edilir. Bu, belə də olmalıdır. Yalnız Xocalı faciəsinin ildönümü günlərində deyil, hər zaman biz bu tədbirləri beynəlxalq ictimaiyyəti maraqlandıracaq formada təşkil etməliyik. Burada bütün vasitələrdən yararlanmaq lazımdır. Ancaq bu təbliğat üsulları ilə bərabər daha ciddi mexanizmlər üzərində çalışmaq lazımdır. Nəhayət, Xocalı məsələsini hüququ müstəviyə çıxarmaq zərurəti yaranıb. Məlum məsələdir ki, Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün tərkib hissəsi olmuşdur. Təbii ki, buna görə də Ermənistanın əməlləri beynəlxalq cinayət sayılmalıdır.

Ermənilər bir sıra beynəlxalq konvensiyaların o cümlədən Haaqa Konvensiyasının, Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar. Xocalı hadisələri zamanı dinc insanların kütləvi şəkildə qəddarlıqla qətlə yetirliməsi, öldürülmüş şəxsləruin təhqir edilməsi insanlıq əleyhinə cinayətlərdir. Bu cinayətlərin törədilməsinə görə, birmənalı şəkildə Ermənistan dövləti məsuliyyət daşıyır. Məhz bu aspektdən çıxış edərək qeyd etmək lazımdır ki, bizim fəaliyyətimiz hüquqi müstəvidə davam etməlidir.

Necə ki, II dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşıst Almaniyasıında bir sıra şəxslər məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Adolf Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətlər Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nyurnberq məhkəməsində aparılmışdı. Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi. Müharibədən zərər çəkən yəhudilər və onların yaxınları bu gündə Almaniya dövlətindən dəymiş ziyana görə, kompensasiya alırlar. Əslində soyqırım törədən cinayətkarların cəzalandırılması baxımından bütün bunlar yaxşı təcrübədir.

Hətta onu da qeyd edim ki, ötən əsrin 90-cı illərindən sonra keçmiş Yuqoslaviyada baş verən qanlı cinayətlərə görə, bəzi şəxslər məsuliyyətə cəlb olundu. Birbaşa müharibə cinayətlərində əli olan şəxslər axtarışa verildi. Belə nümunələri xeyli artırmaq olar, Bəs, bu gün belə təcrübədən niyə biz yararlanmayaq? Bu gün müharibə cinayətləri, bu cinayətlərin birbaşa günahkarları sivil dünyanın, ümumilikdə götürsək bəşəriyyətin maraqlarına toxunur.

Müharibə cinayətlərinin qarşısının alınmaması, soyqırım cinayəti törədənlərin vaxtında məsuliyyətə cəlb olunmaması sabitliyi, möhkəm sülhü əlçatmaz edir. Necə ki, bu tendensiya Dağlıq Qarabağ münaqişəsində özünü göstərir. Deməli, dünyanın və bölgənin maraqlarına zidd addımların qarşısını almaq üçün Xocalı soyqırımında iştirakı olan və həmin hadisələrin təşkilatçıları hüquqi məsuliyyətə cəlb olunmalıdır.

Əgər müharibə və ümumilikdə soyqırımda iştirakı iddia olunan şəxslər məsuliyyətə cəlb olunmasa, adları bəlli olan həmin şəxslərə qarşı yenə loyal münasibət davam edərsə, o zaman beynəlxalq hüquq hərbi cinayətkarlığının inkişafına təkan vermiş olacaq.

Xocalı soyqırımında, ümumilikdə Dağlıq Qarabağda dinc azərbaycanlılara qarşı törədilən qətl hadisələrində iştiraklarını ermənilər özləri birmənalı şəkildə təsdiqləyiblər. İngilis jurnalisti Tomas de Vaal yazırdı ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının işğalı haqqında danışmağı xahiş etdib. Sarkisyan isə baş vermiş hadisələrlə bağlı deyib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq”.

Həmçinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanda prezidentliyi dövründə Avropa Şurasının tribunasından Qarabağda dinc azərbaycanlılara qarşı etdiyi bütün vəhşilikləri fəxrlə təsdiqləyib. Göründüyü kimi, qeyd olunan və qeyd olunmayan faktlar cinayətkarların kimliyini tam sübut edir. Deməli, beynəlxalq hüququn mexanizmlərinin işə düşməsinə nail olmalıyıq.

Əkrəm Bəydəmirli




Baxış sayı: 2 053
Azərbaycanda hüceyrə terapiyası mərkəzi qurulur Bu gün, 10:30 “Kür” sənədli filmi beynəlxalq layihədə qalib olub Bu gün, 10:30 Azərbaycan-Almaniya münasibətlərində strateji gündəliyin əhəmiyyəti vurğulanıb Bu gün, 09:00 Əfsanəvi geoloq Fərman Salmanovun 95 illiyi qeyd olunub Bu gün, 08:00 Zelenski Trampla görüşünün bəzi detallarını açıqlayıb Dünən, 20:00 Kreml: Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı məzmunlu olub Dünən, 19:30 Chinese ambassador: China’s army ready to further deepen cooperation with Azerbaijan’s Armed Forces Dünən, 17:00 Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb Dünən, 16:30 Erməni vandalizmi ilə bağlı növbəti tədbir keçirilib Dünən, 14:30 Rusiya Ukrayna müharibəsi dünyanın və regionun arxitekturasını dəyişməkdədir Dünən, 14:30 XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır Dünən, 13:00 ABŞ səfiri: Türkiyə ilə əməkdaşlığa böyük önəm veririk Dünən, 11:00 Özbəkistanlı alimlər Gəncədə Nizami Gəncəvi irsi ilə tanış olublar Dünən, 10:30 Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüb Dünən, 10:30 Medianın İnkişafı Agentliyi Bəyanat yayıb 27-07-2026, 19:00 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib 27-07-2026, 17:00 Azerbaijan’s Media Development Agency issues statement 27-07-2026, 16:00 “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabının təqdimatı olub 27-07-2026, 15:30 Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb 27-07-2026, 15:30 6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb 27-07-2026, 12:00 Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi- VİDEO 27-07-2026, 09:30 Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib 27-07-2026, 09:30 Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək 27-07-2026, 09:00 ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır 27-07-2026, 09:00 Bəyaz Aslanın Qələbə Salnaməsi 26-07-2026, 20:30 Ruhun Bayraqla Yüksəlişi 26-07-2026, 19:30 ABŞ–İran müharibəsi aylarla davam edə bilər 26-07-2026, 09:30 Beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə müzakirələr aparlılb 26-07-2026, 08:30 BMT: Hörmüz boğazında 6 minə yaxın dənizçi təxliyə gözləyir 25-07-2026, 15:30 Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir 25-07-2026, 14:30
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031