FACT-INFO.AZ » XƏBƏR » Müzakirədən keçmiş dissertasiyalar niyə geri qaytarılıb?
19-01-2020, 14:25 | XƏBƏR
Müzakirədən keçmiş dissertasiyalar niyə geri qaytarılıb?

Uzun illərdir ki, ölkəmizdə elmi ad almaq istəyənlərin çoxu Ali Attestasiya Komissiyasının dəhlizlərində qarşılaşdıqları haqsızlıqdan dolayı bu istəkdən vaz keçirdilər. Elmi araşdırmalar, arxivlər və kitabxanalardan yorulmayan adamlar bu qurumun haqsızlığından yorulurdular.

Ölkədə başlanılan hərtərəfli islahatların bu qurumdan da yan keçməyəcəyi, bu sahədə də ciddi irəliləyişlərin olacağı elm adamlarının ən böyük gözləntisidir. Təhsil sahəsindəki yeniliklər bu gözləntiləri daha da gücləndirir.

Amma fəlsəfə doktorluğu elmi adı almaq üçün müzakirədən keçmiş dissertasiyaların yenidən ilkin müzakirəyə qaytarılması qərarı bir çox gənc alimin narazılığına səbəb olub.

Məlumat üçün bildirək ki, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 13 dekabr 2019-cu il tarixli qərarına əsasən 11 iyun 2018 – 11 iyun 2019-cu il aralığında ilkin müzakirədən keçmiş işlərdən başqa bütün dissertasiyalar yenidən ilkin müzakirədən keçirilməli, 11 iyun 2019-cu il tarixinədək elmi seminardan keçmiş hər bir dissertasiya işi isə yenidən seminardan keçirilməlidir. Bu, o deməkdir ki, respublikadakı bütün seminar vermiş iddiaçılar yenidən verməlidir, çünki Dissertasiya Şuraları Ali Attestasiya Komissiyası tərəfindən buraxılıb və iddiaçıların işləri dayandırılıb. (Azərbaycan Dillər Universitetində sonuncu seminar 2018-ci ilin dekabr ayının 7-də keçirilib).

Belə görünür ki, iddiaçılar şura bağlı olduğuna görə bir il gözləyib, bir il də yenidən seminarın növbəsini gözləməli olacaqlar. Onların diplom almaları isə qeyri-müəyyən vaxta çəkəcək.

Qərarda deyilir ki, 2019‐cu il 11 iyun tarixində qəbul edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla sonuncu mərhələ (ilkin müzakirə və ya seminar) yenidən verilməlidir. Bu Əsasnaməyə görə bəzi iddiaçılar təkrarən ilkin müzakirəyə, bəziləri isə seminara salınmalıdır.

Əsasnamə ən sonuncu seminarı verən iddiaçıdan ən azı altı ay sonra qəbul olunub. Xeyli sonra qoyulan qaydalara uyğunlaşıb işləri təkrar müzakirə və ya seminardan keçirmək isə absurddur. Əslində yeni qaydalar yeni doktorant və dissertantlara şamil edilməlidir, əvvəlkilərə yox.

Əsasnamənin təsdiq edilməsi barədə ölkə Prezidentinin 11 iyun 2019‐cu il tarixli fərmanında deyilmir ki, qüvvəyə mindiyi andan öncəyə də şamildir. Həmçinin burada hansı tarixdən bəri qəbul olunmuş doktorant və dissertantlara şamil olunduğu göstərilmir.

“Yeni əsasnamənin 2.20 bəndinə əsasən beynəlxalq elmi tədbirlər üzrə məruzə və tezislərin azı biri xaricdə dərc olunmalıdır. Bunu seminarsız da etmək olar. Yeni Əsasnamənin 3.18. bəndinə əsasən avtoreferatlar iki dildə, Azərbaycan və ingilis dilində çap edilməlidir.

Dissertasiyanın məzmunu, elmi məsələləri dəyişməyibsə, eyni şeyi yenidən müzakirə etməyin nə mənası var?

Həmişə seminarda səslənən qüsurlar iş müdafiəyə təqdim edilməmişdən öncə aradan qaldırılıb. Yenidən seminar keçiriləcəksə, onda daha müdafiəyə nə ehtiyac qalacaq? Təkrar müzakirələrin kimə faydası var?.




Baxış sayı: 1 995
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031