FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » 2019-cu ilin yekunları: daxili və xarici siyasətin yeni səviyyədə sintezi
8-01-2020, 08:40 | TƏDQİQATLAR-ANALITIKA
2019-cu ilin yekunları: daxili və xarici siyasətin yeni səviyyədə sintezi

Bir sıra irimiqyaslı strateji regional layihələr reallaşdırılıb. Regional əməkdaşlıq istiqamətində əhəmiyyətli addımlar atılıb. Xarici siyasətdə əhəmiyyətli irəliləyiş əldə edilib. Azərbaycan həm qonşuları, həm də Avropa və Asiya ölkələri ilə əlaqələri inkişaf etdirib. ABŞ-la strateji əməkdaşlıq yüksək səviyyədədir və müxtəlif sahələri əhatə edir. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin istər iqtisadi, istərsə də diplomatik sahədə genişlənməsi qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açıb. Bu faktların prizmasından Azərbaycanın 2019-cu ildə müstəqil dövlət kimi fəaliyyətinin vacib məqamları üzərində bir qədər geniş dayanmağa ehtiyac vardır.

Sosial dövlət: Azərbaycan səmərəli addımlar atır

Hər bir ölkə üçün il ərzində görülən işlərin təhlili önəm daşıyır. Bununla bütövlükdə dövlətin doğru yolda olub-olmadığı, hansı nöqsanların aradan qaldırılmalı olduğu müəyyən olunur. Eyni zamanda, gələcəyə daha inamla getmək üçün konkret addımları müəyyən etmək fürsəti yaranır. Azərbaycanda gedən proseslərin təhlili də olduqca vacibdir. Bu özəlliyi Prezident İlham Əliyev xüsusilə vurğulayıb.

Ölkə jurnalistlərinə ötən ilin dekabr ayında verdiyi geniş müsahibədə Azərbaycan Prezidenti ifadə edib: “2019-cu il sona yaxınlaşır və əlbəttə ki, il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr çox ciddi təhlil tələb edir. Bir şeyi tam dəqiqliklə deyə bilərəm ki, ölkəmiz üçün bu il uğurlu olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapıb. Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun”.

Dövlət başçısının ilin hadisələrini ciddi təhlil etmək zərurətini vurğulaması çox əhəmiyyətli məqamdır. Bununla Azərbaycanda hər bir addımın dərin düşünülərək, analizlər apararaq, real situasiyanı elmi-proqnostik aspektdə öyrənərək atmağın lazım gəldiyi bir daha vurğulanır. Ölkə rəhbəri bunun fonunda gələn il üçün də uğurlu addımlar atmağın mümkün olduğunu ayrıca ifadə edib. Deməli, Azərbaycan hər bir dəyişikliyə hazırdır, baş verən proseslərə çevik reaksiya verməyə qadirdir.

2019-cu ildə Azərbaycanın həyata keçirdiyi proqramlar, daxili və xarici siyasətdə reallaşdırdığı planlar bu tezisin doğruluğunu tam təsdiq edir. Burada daxili siyasətlə xarici siyasət arasında mükəmməl ahəngin olduğunu da vurğulamaq gərəkdir. Bu iki istiqamət bir-birini tamamlayıb.

Onların müqayisəsi göstərir ki, Azərbaycan 2019-cu ildə hər iki istiqamətdə yeniliklər edib. Onlar sistem halında ölkənin daxili potensialını daha sürətlə inkişaf etdirməyə, konkret sahələr üzrə real nəticələr əldə etməyə, beynəlxalq miqyasda ölkənin nüfuzunu daha da artırmağa yeni imkanlar yaradıb. Yəni, 2019-cu il yalnız qarşıya qoyulan planların tam yerinə yetirilməsi ilə deyil, həm də sosial, iqtisadi, siyasi, mədəni, geosiyasi sferalarda yeni dəyərlərin yaradılması ilə xarakterizə olunub. Bu isə strateji aspektdə mühüm bir çalardır. Çünki faktiki olaraq, dövlət quruculuğunun yeni mərhələyə qədəm qoymasını ifadə etməkdədir.

Bu kontekstdə ilin mühüm hadisələri haqqında fikir yürütmək olar. Azərbaycan daxili siyasətdə – iqtisadi, sosial, əhalinin təminatı, əməkhaqlarının və pensiyaların artırılması sferalarında səmərəli addımlar atıb. Bununla bağlı ölkə rəhbəri vurğulayıb: “…biz heç bir sosial layihəni ixtisar etmədik. Bütün sosial öhdəlikləri yerinə yetirdik. İqtisadi sahədə əlbəttə ki, biz çox ciddi addımlar atmağa məcbur olduq. Ancaq hesab edirəm ki, sabitləşmədən sonra ilkin inkişaf təzahürləri özünü keçən il büruzə verdi. Bu il isə artıq inkişaf daha genişmiqyaslıdır və bütün iqtisadi parametrlər bunu göstərir”.

Dünyanın ən inkişaf etmiş ölkələrinin belə maliyyə-iqtisadi böhranlar içində çapaladığı bir mərhələdə Azərbaycanın bu uğuru, əlbəttə, təqdirəlayiqdir. Onu da nəzərə almaq lazımdır ki, bu inkişaf Azərbaycanda neftin istehsalının bir qədər aşağı düşməsi fonunda baş verib. İlham Əliyev bu məqamı xüsusi qeyd edib: “Ümumi iqtisadi artım 2 faizdən çoxdur və bəlkə də bu, o qədər də böyük rəqəm deyil. Amma bunun da səbəbi ondadır ki, neftin hasilatı bir qədər aşağı düşüb. Bizim ümumi daxili məhsulumuzda neftin həcmi önəmli rol oynayır. Ancaq qeyri-neft iqtisadiyyatımız təqribən 3,5 faiz artıb. Hesab edirəm ki, bu, pis nəticə deyil, daha da artıq olmalıdır və olacaqdır”.

Deməli, Azərbaycan rəhbərliyi kritik məqamlarda belə vəziyyətə yaradıcı yanaşa bilir, dövlət quruculuğunu səmərəli inkişaf etdirir. Rəqəmlərə nəzər salaq: “Qeyri-neft sənaye sahəsində artım təxminən 14 faizdir... Kənd təsərrüfatı sahəsində 7 faizdən çox artım vardır... İnflyasiya 11 ayda təqribən 2,6 faiz olub. Xarici ticarət dövriyyəsi artıb. Qeyri-neft ixracımız təqribən 14-15 faiz artıb... Xarici borcumuz aşağı düşüb, ümumi daxili məhsulun 17 faizini təşkil edir və bu, dünyada 9-cu göstəricidir... Bu il valyuta ehtiyatlarımız 4,5 milyard dollar artdı, indi 50 milyard dollara çatıb”.

Bu aspektdə məsələ ancaq iqtisadi inkişafa nail olmaqdan ibarət deyil. 2019-cu ildə Azərbaycanda çox ciddi sosial-iqtisadi və idarəetmə islahatları həyata keçirildi. İndi ekspertlər ölkədə əməkhaqlarının və pensiyaların artım tempi ilə bağlı çoxlu sayda təhlillər aparırlar. Onlardan aydın olur ki, artıq bu proses dinamik şəkildə gedir. 2020-ci ilin ilk ayından pensiyaların daha 15 faiz artırılması nəzərdə tutulub. Buna nail olmaq üçün uğurlu siyasət həyata keçirmək şərtdir. Çünki ətrafda olan ölkələrin heç birində bu cür dinamika yoxdur. Bu, o deməkdir ki, Azərbaycan rəhbərliyinin siyasəti, sözün həqiqi mənasında, həm konseptual, həm də praktiki aspektdə uğurludur.

Regional əməkdaşlıq və təhlükəsizlik: xarici siyasətin iki mühüm aspekti 2019-da

Daxili siyasətdə əldə edilən bu uğurların fonunda xarici siyasətin bütün prioritet istiqamətlərində və enerji siyasətinin dinamik surətdə inkişaf etdirilməsində önəmli uğurlara imza atılıb. Belə ki, Azərbaycan 2019-cu ildə geosiyasi və geoiqtisadi əhəmiyyətli Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin Avropaya birləşən hissəsinin açılışını edib. Bu, bütövlükdə Avropanın da enerji təhlükəsizliyində vacib rol oynayacaq Cənub Qaz Dəhlizinin reallaşmasında olduqca mühüm hadisədir. Dövlət başçısı bununla bağlı ifadə edib: “TANAP layihəsinin istismara verilməsi, əlbəttə ki, böyük hadisədir, tarixi hadisədir. Demək olar ki, Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən bu layihə uğurla başa çatdırıldı və əvvəlcədən nəzərdə tutulmuş daha aşağı qiymətlə... TANAP layihəsi bizim strateji aktivimizdir. Bu layihənin icra edilməsi üçün biz böyük səylər göstərmişik... TANAP Avropa qaz kəmərinin – “Trans-Adriatik”, yəni, TAP adlandırılan kəmərin inşasına da imkan yaratdı. Bu layihənin icra səviyyəsi artıq 90 faizi ötübdür... Bütün bu layihələrin təşəbbüskarı Azərbaycan olubdur. TANAP-da 58 faiz payla biz layihənin əsas səhmdarıyıq. TAP-da bizim 20 faiz payımız var və digər layihələrdə də. Ona görə bunun çox böyük tarixi əhəmiyyəti vardır”.

Əlbəttə, enerji layihələri ilə yanaşı, nəqliyyat proyektləri də ölkə üçün strateji əhəmiyyət kəsb edir. 2019-cu ildə Azərbaycan bu istiqamətdə tarixi addımlar atıb. Prezident xüsusi vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi olaydır. Bununla Əfqanıstandan başlayaraq Avropaya qədər uzanan böyük bir məkanda yük daşımalarında Azərbaycan ciddi rol oynamağa başlayıb. Bununla yanaşı, İlham Əliyev ayrıca vurğulayıb ki, Türkiyə ilə dəmir yolu əlaqəsi də meydana gəlib. Azərbaycan bu kimi layihələrlə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üçün Cənubi Qafqaz regionunda qovşaq rolunu oynamağa başlayıb. Bu da nəqliyyat-logistika xidmətinin geosiyasi dəyər səviyyəsinə çatdırılması anlamını verir. Proses təbii ki, davam etdiriləcək.

Yuxarıda vurğulanan uğurların prizmasından xarici siyasətdə atılan addımlar da kifayət qədər uğurlu görünür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakı qətiyyət nümayiş etdirərək, Ermənistanın yeni siyasi rəhbərliyinin təxribatçı addımlarının qarşısını alıb. Nikol Paşinyan və komandasının Xankəndidəki separatçı-terrorçuları da danışıqlara qatmaq planını pozub. Eyni zamanda, Azərbaycan regional miqyasda təhlükəsizliyin təmini və əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ciddi addımlar atmaqda davam edib.

Bu kontekstdə Bakıda Türk dövlətlərinin və Qoşulmama Hərəkatına üzv ölkələrin sammitlərinin keçirilməsi xüsusi qeyd edilməlidir. Çünki bu tədbirlərdə dünyanın 130-a yaxın ölkəsi Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyib və ayrıca olaraq ölkənin ərazi bütövlüyünün təmin edilməsi zərurətini sənədlərdə təsbit ediblər.

Azərbaycan 2019-cu ildə xarici siyasətində multikulturalizm, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqun təşkili istiqamətlərinə önəm verməkdə davam edib. Bununla əlaqədar Prezidentin Bakıda keçirilən dünya dini liderlərinin zirvə toplantısı haqqında ifadə etdiyi fikirlər çox maraqlıdır. Ölkə rəhbəri vurğulayıb: “Azərbaycan bu istiqamətdə ardıcıl siyasət aparır və bu siyasətin çox sadə səbəbləri vardır. İlk növbədə bu siyasət və bu sahədə aparılan işlər, apardığımız siyasət daxili vəziyyətin sabitləşməsinə, sabit saxlanmasına xidmət göstərir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır... İkincisi, biz hesab etdik ki, Azərbaycan bu missiyanı öz üzərinə götürə bilər – təkcə tarixi keçmişinə görə yox, eyni zamanda, bugünkü siyasətinə görə. Çünki bizim siyasətimiz əməkdaşlığa hesablanıbdır. Mən tam əminəm ki, yalnız əməkdaşlıq hesabına biz xarici məqsədlərə nail ola bilərik”.

Beləliklə, Azərbaycan 2019-cu ildə daxili siyasətdə əldə etdiyi uğurlarla xarici siyasətdə nailiyyətlərə qovuşmaq prosesini uyğunlaşdıra bilib. Bütün istiqamətlərdə siyasətin hər iki aspekti bir-birini tamamlayıb. Bu isə gələcək uğurlarımızın müjdəçisidir.

Newtimes.az




Baxış sayı: 1 029
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930