FACT-INFO.AZ » AKTUAL » Şahmar Hüseynov: “Bu layihələrin hər birinin Azərbaycan üçün tarixi əhəmiyyəti var”
26-12-2019, 14:05 | AKTUAL
Şahmar Hüseynov: “Bu layihələrin hər birinin Azərbaycan üçün tarixi əhəmiyyəti var”

Təbii ki. Cənubi Qafqaz böyük dövlətlər üçün iqtisadi, siyasi, coğrafi və geostrateji maraq doğuran məkandır. Regionda öz iqtisadi maraqlarını gerçəkləşdirmək istəyən dövlətlər və nəhəng şirkətlər Azərbaycanla əməkdaşlığa hər zaman önəm verirlər. Ölkəmizin neft strategiyası regionun inkişafına, dövlətlərarası iqtisadi əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verməkdədir.

Fact-info.az saytının əməkdaşının bir sıra suallarını “Azneft” İstehsalat Birliyi “Abşeronneft" NQÇİ-nin rəisi, texnika elmləri üzrə fəlsəfə doktoru Şahmar Hüseynov cavablandırır:

-2019-cu il tarixə qovuşur. Azərbaycan enerji və digər sahələrdə çox önəmli layihələrin icrasına, beynəlxalq əhəmiyyətli müqavilələrin imzalanmasına nail oldu. Enerji layihələri Azərbaycamın neft sənayesində, qeyri neft sektorunun inkişafında hansı müsbət istiqamətləri özündə ehtiva etdi?

-Təbii ki, neft sənayesində müsbət tendensiyaların davamı olaraq nəhəng enerji layihələri imzalanmışdı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsrdə ən mühüm müqavilələrdən biri - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Bu, neft strategiyasının əsasını təşkil edən, ölkənin gələcəyi üçün yeni perspektivlər açan “Əsrin müqaviləsi” olub. Ulu öndər Heydər Əliyevin məhz uzaqgörən siyasəti nəticəsində bu uğurlarımızın bünövrəsi o zaman qoyulmuşdu. “Əsrin müqaviləsi” imzalandıqdan sonra neft sahəsinin mükəmməl inkişafına səbəb oldu. Bu müsbət inkişaf tendensiyası məhz 2019-cu ildə də davam etdirildi. Enerji sahəsində çox mühüm layihələrin icrası ilə bağlı müqavilələr imzalandı və bu gün icra olunur. Vətəndaş olaraq bütün bunlar bizi sevindirir, daha əzmlə çalışmağa sövq edir. Düşünürəm ki, hər bir kəs öz üzərində çalışırsa, öz sahəsində vicdanla dövlətə, xalqa xidmət edirsə, bunun özü ən faydalı, vətənpərvər işdir.

-Yenidən həmin layihələrə qayıtmaq istərdim. 2019-cu il həm də nəhəng enerji layihələrinin imzalanması və gerçəkləşməsi ilə yadda qalan illərdən biri olaraq tarixə çevriləcək. Sizin mülahizələriniz necədir?

-Bu layihələrin hər birinin Azərbaycan üçün tarixi əhəmiyyəti var. Azərbaycanın bugünkü sürətli inkişafı bizim enerji sektorundan əldə etdiyimiz gəlirlər olmadan mümkün olmazdı. Hazırda biz bütün vacib layihələrin tamamlanmasına yaxınıq. TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi məhz 2019-cu ildə baş tutdu. TAP-ın üzərində işlər gedir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mürəkkəb regionda belə uğurlu layihələr gerçəkləşdi. Yüksək texnologiyalar neft sektoru ilə yanaşı, təbii qaz sektoruna da cəlb edildi. İrəlidə hələ də daha çox kəşfiyyat işləri və layihələr var. Bunlar bir neçə ölkənin sərhədlərini aşmaqla dünyanın ən mürəkkəb layihələridir. Həmin nəhəng iqtisadi proqramlar gerçəkləşdikcə, Azərbaycanla bərabər digər iştirakçı dövlətlər bundan yalnız fayda götürəcək, iqtisadi əməkdaşlıq dərinləşəcək.

-Neft sahəsində, ümumilikdə, iqtisadiyyatda inkişaf tendensiyası emal sənayesinin inkişafını sürətləndirə biləcəkmi?

-Təbii ki, xammal satışı iqtisadi inkişaf üçün effektli deyil. Emal sahələrinin dünya standartlarına uyğun yaradılması və neftdən müxtəlif çeşidli məhsulların emal edilməsi zəruri məsələdir. Bu sahədə mühüm işlər görülməkdədir. SOCAR-ın yaratdığı zavodlar fəaliyyətini genişləndirir. Neft avadanlıqlarının, avtomobil yanacaqlarının və digər məhsulların istehsalı prosesi davam edir. Burada vacib məqamlardan biri odur ki, idxalın qarşısı alınır. Azərbaycan öz məhsullarını xaricə ixrac etmək imkanları yaranır. Emal sahəsinin yaradlması iqtisadiyyat üçün zəruri olmaqla bərabər yeni iş yerlərinin açılması deməkdir. Düşünürəm bu proses gəcəkdə daha da genişlənəcək.

--Müasir avadanlıqların köməyi ilə neft istismarı zamanı ekoloji vəziyyətin tarazlığı və işçilərin təhlükəsizliyi məsələri necə qorunur?

-Sovet dönəmində, sonrakı dövrlərdə ekoloji vəziyyətin nəzərə alınmaması ciddi fəsadlar törədirdi. Bəzən neft istismar edilən ərazilər mazut gölməçələrini xatırladırdı. Bu gün isə vəziyyət kökündən dəyişib. Bizim neft mədənlərinin ərazisi tam yaşıllıqdır, gül-çiçəkdir. Mədən ərazisində vaxtilə yaşıllıq salmaq qeyri mümkün idi. Biz həmin torpaqları təmizləyərək 100 mindən artıq ağac əkmişik. Dəniz platformalarında qapalı yuma sistemlərini tətbiq etməklə lay sularının dənizə axıdılması hallarının qarşısı tamamilə alınmışdır. Bütün bunlar ekoloji standartlara riayət olunduğunu bir daha təsdiqləyir. Dənizdə ətraf mühitin qorunması sahəsində SOCAR tərəfindən görülən işlər Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində təsdiq olunmuş qanun və qaydalara, beynalxalq ekoloji konvensiyalara və SOCAR-ın müvafiq ekoloji sənədlərinə əsasən tənzimlənir. Digər tərəfdən neft-qaz sahəsində əməyin mühafizəsinin daha modern təşkili baxımından texnoloji proseslərin təhlükəsizliyinin təmin edilməsi və insan əməyinin yüngülləşdirilməsi məqsədi ilə müxtəlif təyinatlı qurğu va avadanlıqların mərhələlərlə yeni nəsil avadanlıqlarla əvəz edilməsini, işçilərin əməyin təhlükəsizliyi sahəsində biliklərinin artırılması məqsədilə təlim-kursların təşkili və digər məsələlər hər zaman diqqət mərkəzində olur.

Toğrul

Fact-info.az




Baxış sayı: 3 202
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031