FACT-INFO.AZ » CƏMİYYƏT » Hikmət Şikarov: Bəyanat imzalamaqla diqqətdən kənarda qalan siyasi qüvvələr özlərinin mövcud olduqlarını göstərmək istəyirlər
11-12-2019, 10:10 | CƏMİYYƏT
Hikmət Şikarov: Bəyanat imzalamaqla diqqətdən kənarda qalan siyasi qüvvələr özlərinin mövcud olduqlarını göstərmək istəyirlər

Həyatımızın müxtəlif sahələrini əhatə edən bu islahatlar hər şeydən əvvəl ölkəmizin hərtərəfli inkişafına nail olmağa, eləcə də əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb. Bu gün biz elə bir mərhələyə qədəm qoymuşuq ki, hər bir dövlət qurumu, hər bir vətəndaş öz fəaliyyəti ilə Prezidentin həyata keçirdiyi islahatlara dəstək verməli, həmin islahatları öz fəaliyyətində tətbiq etməlidir. Bu mənada Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentin buraxılması haqqında təşəbbüsü və Azərbaycan Parlamentinin dövlət başçısının həyata keçirdiyi islahatlara dəstək məqsədilə buraxılması və ölkədə həyata keçirilən islahatlara cavab verə biləcək yeni qanunverici orqanın formalaşması istiqamətində atılan addım təqdir edilməlidir.

Bildiyimiz kimi vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas təsisatlarından biri siyasi partiyalardır. Siyasi partiya kütlələri siyasi cəhətdən sosiallaşdıran və onları siyasətdə iştirak etməyə hazırlaşdıran, siyasi hakimiyyəti ələ almaq, yaxud siyasi münasibətlərdə iştirak etmək məqsədini güdən ideoloji əlaqələr əsasında yaranan könüllü ittifaqdır. Bütün bunların fonunda isə ölkəmizdə mövcud olan bəzi müxalifət partiyaları nəinki öz funksiyalarını həyata keçirməkdən boyun qaçırır, eyni zamanda baş verən proseslərə kölgə salmaqdan da çəkinmirlər.

Ölkəmizdə bu gün parlament seçkiləri öncəsi mühit şəffaf və demokratikdir, bütün məsələlər qanun çərçivəsində tənzimlənir. Lakin bəzi radikal müxalifət partiyaları elektoratlarını itiriblər deyə hamının qəbul etdiyi və razılaşdığı qaydalar onları razı salmır. Bu radikal partiyalardan biri də tərkibi ancaq qeyri-milli şəxslərdən ibarət olan “Milli Şura”dır. Yarandığı gündən siyasi karyerası yalnız uğursuzluq üzərində qurulan bu şuraya toplaşanlar ayrı-ayrı qurumların, partiyaların, təşkilatların, cəmiyyətlərin təmsilçiləridir. “Milli Şura” adlanan təşkilat fəaliyyətdə olduğu dövrdə nə özü, nə auditoriyası, nə də xalq üçün heç bir uğurlu nəticə əldə etməyib.

Bir qurum ki, il ərzində 8 dəfə aksiya keçirib və hamısında da iflasa məhkum olursa, bu artıq onların ictimai etimadlarının sıfırın altında olduğundan xəbər verir. Şurada təmsil olunanların hər biri yalnız özü üçün maraq kəsb edir, başqası üçün yox! Burada vahid ideya, əqidə, məqsəd yoxdur. Əksinə “Milli Şura” şəxsi maraqlar zəminində formalaşan qurumdur. Buna görə də boykot variantı seçən bu siyasi qüvvələrin sosial bazalarının zəif olması və seçkidə uduzacaqlarını bildiklərinə görə, seçkiyə qatılmadıqları cəmiyyətə məlumdur.

Seçkini boykot etməklə, bəyanat imzalamaqla diqqətdən kənarda qalan siyasi qüvvələr özlərinin mövcud olduqlarını göstərmək istəyirlər. Amma cəmiyyət üçün onların nə demək istədikləri və mövcudluqları maraqlı deyil. Əgər həqiqətən də “Milli Şura” adlandırılan qurum, iddia etdiyi kimi, xalqı təmsil edirsə o zaman seçkidə iştirak edib xalqın dəstəyini qazanardılar. Buna görə də seçkidə iştirak etməkdən boyun qaçıran siyasi qüvvələrin heç bir mənəvi hüquqla nə seçki prosesinə, nə də seçkinin nəticələrə dair fikir səsləndirmələri yolverilməzdir.

Hikmət Şikarov

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri




Baxış sayı: 1 138
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30