FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Dünya erməniləri Fransada növbəti dəfə rüsvay oldular
27-01-2016, 14:05 | TƏDQİQATLAR-ANALITIKA
Dünya erməniləri Fransada növbəti dəfə rüsvay oldular

Əvvəlcə, yanvarın 20-də Fransa Konstitusiya Şurası “Gayssot Act” qanununun (Holokostun inkar edilməsinin kriminallaşdırılması barədə qanunun) guya “söz azadlığını boğan” bir sənəd kimi tanınması barədə bu ölkənin erməni təşkilatlarının qaldırdığı iddianı rədd edib (bax:azertag.az/ru/xeber/921822). Fransa Femidası Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) çıxardığı nəticəni bir daha təsdiqləyib ki, Holokost faktı və qondarma “1915-ci il soyqırımı” barədə fikir müxtəlif məsələlərdir və onların inkar edilməsinə fərqli münasibət tələb olunur. Holokost məhkəmə qaydasında müəyyən edilmiş soyqırımı faktıdır. Buna görə də onun inkar edilməsi kriminallaşdırılıb. 1915-ci ildə Şərqi Anadoluda baş vermiş hadisələrin müxtəlif və ziddiyyətli yozumları isə rəylər spektridir və bu rəylərin sərbəst şəkildə söylənilməsi Avropa İnsan Haqları Konvensiyasının “İfadə azadlığı” adlı 10-cu maddəsi ilə təmin edilib. Sadə dildə desək, “erməni soyqırımı” fakt deyil. Bu mənada Fransa Konstitusiya Şurasının mövqeyi AİHM-in qəti verdiktinə tamamilə uyğundur.

Altı gün sonra elə həmin Fransanın Strasburq şəhərində (yeri gəlmişkən, Amal Kluninin uğursuz komandası AİHM-də məğlubiyyət acısını məhz bu şəhərdə dadmalı olub) ermənilərin burnuna növbəti ağrıdıcı zərbə dəydi. Avropa Şurası Parlament Assambleyası (AŞPA) bosniyalı deputat Melitsa Markoviçin “Azərbaycanın sərhədyanı regionlarının qəsdən sudan məhrum edilməsi” adlı məruzəsi üzrə 2085 (2016) nömrəli qətnamə qəbul etdi (bax:azertag.az/ru/xeber/921919). Bu sənədin 4-cü bəndində “Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik digər ərazilərinin işğal edilməsindən” bəhs olunur, 6-cı bənddə isə təsdiqlənir ki, Sərsəng su anbarı “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində” yerləşir. Sənədin 7.1-ci bəndində Ermənistandan öz silahlı qüvvələrinin göstərilən regiondan çıxarılması tələb olunur, 8-ci bənddə isə Ermənistan parlamentinin nümayəndə heyətini bu məsələdə AŞPA ilə lazımınca əməkdaşlıq etməməsi pislənilir.

İstər Ermənistan parlamentinin yüksək vəzifəli nümayəndələrinin Avropa paytaxtlarına səfərləri, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı, hətta AŞPA-nın bizə dost olan deputatlarının verdiyi məlumata görə, onların erməni həmkarlarının həmin qətnamənin “əleyhinə” səs verməyə görə 1000 avrodan 5000 avroya qədər pul təklif etmələri bu sənədin qəbul edilməsinin qarşısını ala bilməyib. Amma ermənilərin bütün bu “resursları” başqa bir sənədin - britaniyalı deputat Uolterin məruzəsinə dair qətnamənin qəbul edilməsinin qarşısını almaq üçün kifayət edib. Lakin Assambleya tərəfindən Sərsəng su anbarına dair qəbul edilmiş ikinci qətnamədə bizim üçün zəruri olan və erməniləri dəhşətə gətirən Uolter qətnaməsinin bütün ifadələrini faktiki olaraq təkrarlanmasını nəzərə alsaq, yalnız bunu demək lazımdır ki, bizim üçün gərəkli ifadələrin təsbit edildiyi qətnamənin AŞPA sənədləri sırasına daxil edilməsinin qarşısını almaq üçün Yerevanın göstərdiyi bütün səylər hədər olub. Azərbaycan üçün bu iki qətnamədən birinin qəbul edilməsi vacib idi. Bakının seçdiyi taktika çox gözəl nəticə verdi – oxşar şəkildə dürüst ifadə edildiyi iki məruzə irəli sürüldü və onlardan biri – başlığı daha sərrast olan sənəd ön plana çəkilərək bütün zərbəni öz üzərinə qəbul etdi və ikinci, faktiki olaraq mühüm terminoloji elementlərin təkrarlandığı ehtiyat sənəd qəbul edildi. Bu incə taktiki gediş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal olunmasından bəhs edilən və Ermənistanın öz qoşunlarını bölgədən dərhal çıxarması tələb edilən növbəti qətnamənin qəbul edilməsi ilə nəticələndi. Bu, Azərbaycanın daha bir uğurudur. Belə sənədlərin sayının iki deyil, bir olmasına gəldikdə isə, Allah xatirinə, qoy belə olsun. 1:0 hesabı da qələbədir, 2:0 hesabı da. Bizim üçün əhəmiyyətlisi odur ki, ermənilər Sərsəng su anbarına dair qətnamə şəklində qolu öz qapılarından buraxdılar, lakin anti-Azərbaycan ruhlu qətnamə şəklində cavab qolu vura bilmədilər. Əslində vacib olan məqam budur. Belə çıxır ki, həmsədrlər də nahaq yerə vurnuxurlarmış.

linkə istinad etməklə Fransa Konstitusiya Şurasının qərarı ilə, AŞPA-nın saytında isə Assambleyanın həmişəlik tarixə düşmüş 2085 (2016) nömrəli qətnaməsi ilə tanış ola bilərsiniz:http://assembly.coe.int/nw/xml/XRef/X2H-Xref-ViewPDF.asp?FileID=22429&lang=en.

 Beləliklə, bu il ermənilər üçün uğursuz başlanıb... (Azərtac)




Baxış sayı: 2 173
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031