FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycan qlobal istedad rəqabətliliyi indeksində MDB-də liderdir
30-10-2019, 07:15 | İQTİSADİYYAT
Azərbaycan qlobal istedad rəqabətliliyi indeksində MDB-də liderdir

Fact-info.az azvision.az-a istinadən xəbər verir ki, hesabatı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib: “Postsovet məkanında Azərbaycanın ən yaxın izləyiciləri Rusiya 49-cu və Qazaxıstan isə 57-ci yeri tutub. Azərbaycan bu indeksə görə 2015-2016-cı ildə 71-ci, 2017-ci ildə 66-cı və 2018-ci ildə 57-ci yerdə qərarlaşmışdı. Azərbaycan qlobal istedad rəqabətliliyi indeksinə görə yuxarı orta gəlirli ölkələr arasında top-3-lükdə qərarlaşmaqla daxil olduğu region - Qərbi Asiya və Şimali Afrika ölkələri arasında 7-cidir”.

O bildirib ki, "Qlobal İstedad Rəqabətliliyi İndeksi" hesabatı 5 indikator əsasında hesablanır: istedada yaradılan şərait, istedadın cəlb edilməsi, istedadın inkişafı, istedadın ölkədə qalmasının təmin edilməsi, peşə və texniki təhsil, yüksək ixtisaslar. Azərbaycan bu indikatorlar üzrə ən yüksək reytinqi peşə və texniki təhsil (25-ci yer) və ən aşağı reytinqi isə istedadın inkişafında (81-ci yer) alıb. Digər indikatorlar üzrə vəziyyətimiz belə olub: istedada yaradılan şərait 48-ci yer, istedadın cəlb edilməsi 44-cü yer, istedadın ölkədə qalmasının təmin edilməsi 41-ci yer və yüksək ixtisaslar 68-ci yer.

“Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019”da Azərbaycan bir sıra sub-indikatorlarda daha öndə olub: işə götürmənin asanlığı birinci yer, aktiv əmək bazarı siyasəti 32-ci, işçi-işəgötürən əməkdaşlığı 30-cu, əməkhaqqının məhsuldarlığa uyğunluğu 14-cü, birbaşa xarici investisiyalar və texnologiya transferi 28-ci, istedadların cəlbi 17-ci, qadınların liderlik imkanları 34-cü, müəssisə daxilində əməkdaşlıq 26-cı, müəssisələr arasında əməkdaşlıq 19-cu, sosial müdafiə 33-cü, istedadların ölkədə saxlanılması 25-ci, həkim sıxlığı 26-cı, orta təhsilli əmək qüvvəsi 5-ci, orta təhsilli əhali 4-cü, ixtisaslı işçinin tapılması imkanı 30-cu, təhsilin iqtisadiyyata uyğunluğu 33-cü, orta təhsilin əmək bazarına uyğunluğu 20-ci, ali təhsilin əmək bazarına uyğunluğu 36-cı, ali təhsilli əhali 33-cü, alimlərin və mühəndislərin əlçatanlığı 23-cü yer. Hesabatın məqsədi innovasiya, artım və rəqabətliliyi gücləndirmək üçün fərdlərin və komandaların potensialı və istedadı ətrafında qlobal müzakirə açmaqdır. Xüsusilə sahibkarlıq istedadını araşdıran hesabatda Azərbaycanın öncüllüyü Prezident İlham Əliyevin “qara qızıl”ın insan kapitalına çevrilməsi və sahibkarlığın inkişafı siyasətinin birbaşa nəticəsidir. Təkcə 2019-cu ildə həyata keçirilən 2 inqilabi sosial paket birbaşa insan kapitalına qoyulan sərmayədir və dövlətimizin başçısının siyasətinin mərkəzində insan amilinin olmasını göstərir. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanda əldə olunan iqtisadi nailiyyətlərin sosial rifah halının, o cümlədən, insan kapitalının inkişafına yönəldilməsində əhəmiyyətli rol oynayır”, - deyə V. Qasımlı bildirib.

Qeyd edək ki, "Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019" Hesabatı dünyanın lider universitetlərindən olan INSEAD Biznes Məktəbi, “The Adecco Group” və “Tata Communications” tərəfindən hazırlanıb.




Baxış sayı: 1 233
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30