FACT-INFO.AZ » MÜSAHİBƏ » Dünənin, bu günün, sabahın işıqlı Türk Cümhuriyyəti -96
28-10-2019, 09:20 | MÜSAHİBƏ
Dünənin, bu günün, sabahın işıqlı Türk Cümhuriyyəti -96

Bayram ərəfəsində Azərbaycanın istedadlı gənc türkoloq xanımları-Jalə Zülfüqarova və Elnurə Rzayeva ilə birlikdə Türkiyənin Bakıdakı böyük elçiliyində olduq, cənab səfir Erkan Özoralla və mətbuat xidmətinə yeni təyin olunmuş müşaviri Hüseyn bəylə görüşüb öncədən bu gözəl bayram münasibətilə onları təbrik etdik.

-Hörmətli cənab böyük elçi! Öncəliklə Sizi və şəxsinizdə səfirliyin əməkdaşlarını,qardaş Türkiyə xalqını və hökumətini mübarək Cümhuriyyət bayramı münasibətilə cani-könüldən təbrik edirik. Ölkənizə əmin-amanlıq, rifah dolu illər arzulayırıq.

-Təbrik üçün minnətdaram. Əlbəttə, Cümhuriyyət bayramı bizim Türkiyə Cümhuriyyətinin ən əlamətdar bayramıdır. Hər türkün qəlbində xüsusi yer tutan çox özəl bir bayramdır.29 oktyabr 1923-cü il tariximizin ən şərəfli səhifəsidir. Cümhuriyyəti qazanmaq heç də asan olmamışdır. Ötən əsrin əvvəllərində uzun bir milli mübarizə nəticəsində uğur əldə etdik və Cümhuriyyəti elan etdik. Buna qədər isə Kamal Atatürkün Amasiyada bütün millətimizə yaydığı temimnaməsində, yəni bəyannaməsində belə deyilirdi: ”Millətin istiqlalını yenə də millətin əzm və qərarı qurtaracaqdır. ” Doğrudan da 19 may 1916-cı il tarixindən başlayaraq milli mübarizədə Türk milləti öz taleyini öz əlinə aldı. Və qurtuluş savaşında seçilmiş olan Böyük Millət Məclisi vasitəsilə öz iradəsini ortaya qoydu. Böyük Millət Məclisi müzakirəyə çıxarılan, qərarlaşdırılan və millətin ümumi qərarı ilə icra edilən bütün işlərdə Ali komandan Mustafa Kamal Paşa Atatürkün yanında olmuşdur. Qurtuluş mübarizəsi həqiqətən də Türk millətinin tarixində son olaraq etdiyi nadir və ən çətin mübarizələrdən biridir. Bu, sadəcə bir düşmənə qarşı deyildi,yeddi böyük güclərə qarşı ən ağır mübarizə idi. Həm döyüş səhnəsində, həm də masa arxasında aparılan danışıqlardan sonra zəfərlə nəticələnmiş bir qalibiyyətdir. Bu qalibiyyətin son nəticəsi, 29 oktyabr 1923-cü ildə bütün dünyaya Cümhuriyyətimizin qurulmasının elan edilməsidir. Çünki millətimiz o zaman öz taleyini özü müəyyən etmişdi.

-Azərbaycanla Türkiyə qardaşlığı istər dünən,istərsə də bu gün ulu Öndərimizin təbirincə desək,”bir millət,iki dövlət” olmuşdur.Bu qardaşlığın əməkdaşlığa verdiyi töhfələr barədə Sizin də fikirlərinizi bilmək maraqlıdır?

- Türkiyənin Azərbaycandakı səfiri olaraq vəzifəmi icra etmək doğrudan da çox fərqlidir. Çox əhəmiyyətli bir məmnunluqdur. Və düşünürəm ki,bu vəzifəm dünyadakı hər hansı bir səfirin vəzifəsinə bənzəmir.Çünki mən burada, həqiqətən də “bir millət, iki dövlət” anlayışı ilə Azərbaycan kimi qardaş ölkədə vəzifəmi icra edirəm. Türkiyədən Azərbaycana gəldiyim ilk andan yad ölkəyə gəlmədiyimi hiss etmişəm.Sanki,Türkiyənin o tayından bu biri tayına gəlmiş kimiyəm.Eyni dildə danışmaq, eyni sevinci, kədəri bölüşmək doğrudan da bizim iki dövlətimizin bir millətinin ümumi xüsusiyyətidir. Bu səbəbdən Azərbaycanda vəzifəmi icra etmək başqa bir hissdir. Və konkret olaraq gündəlik həyatımızda da görürük ki, yerinə yetirdiyimiz işlər normal diplomatik fəaliyyətdən kənarda qalan, başqa bir anlam kəsb edən işlərdir. Məsələn, bu yaxınlarda Azərbaycan Ekologiya Nazirliyi ilə müştərək bir layihə həyata keçirtdik. Beş azərbaycanlı tələbəni meşə mühəndisliyi üzrə təhsil alması üçün Türkiyəyə Qaradəniz Texniki Universitetinə göndərdik. Tələbələr təhsillərini başa vurduqdan sonra Azərbaycan Ətraf Mühit və Ekologiya Nazirliyində fəaliyyət göstərəcəklər. Bu gün bizim Azərbaycanla əməkdaşlığımız bütün sahələrdə yüksək səviyyədədir. Və fikrimcə münasibətlərimizdəki ən vacib məqama da keçən il nöqtə vurduq.15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad olunmasının ötən il 100-cü ildönümünü Bakının Azadlıq meydanında böyük təntənə ilə qeyd edildi. Və orada iki ölkə başçılarımızın birlikdə iştirak etdikləri hərbi parad münasibətlərimiz baxımından sözün əsl mənasında bir zivə nöqtəsi oldu. Dünyada bir ölkənin ordusunun başqa ölkəyə gətirib onun dövlət tədbirində iştirak etməsinin müxtəlif örnəkləri var. Amma bu tədbirdə iki ölkə başçılarının birlikdə “salam əsgər” deyərək hərbçilərimizə müraciət etməsi düşünürəm ki, dünyada analoqu az olan bir hadisədir. Elə 100 il əvvəl də belə idi. Bakının küçələrində düşmənlərə qarşı çiyin-çiyinə savaşan hərbçilərimiz qardaşlığımızın nümunəsini göstərdilər. Mən Türkiyə ilə Azərbaycan əlaqələrini,əslində strateji əlaqələrdən daha çox qardaşlıq əlaqəsi kimi səciyyələndirirəm.Doğrudan da bizim münasibətlərimiz strateji əlaqələrdən daha yüksək səviyyədədir. Yəni ölkələr arasında strateji əlaqələr ola bilər. Azərbaycanın da bir çox strateji tərəfdaşı mövcuddur. Amma Türkiyə ilə qardaş münasibətə malik olduğu başqa bir ölkə yoxdur. Türkiyə üçün də Azərbaycan eyni şəkildə. Biz hər hansı bir addım atacağımız təqdirdə Azərbaycanın bizi sonuna qədər dəstəkləyəcəyinə əvvəlcədən əminik. Azərbaycan da eynilə bu cür. Azərbaycanı biz hər zaman, hər yerdə, bütün beynəlxalq platformalarda yanımızda görürük, yanımızda olduğunu bilirik, bu dəstəkdən də hər zaman güc alırıq.

-Bu ayın 15-də Türkdilli Xalqların VII Zirvə görüşü Bakıda baş tutdu. Bu mötəbər tədbirin iştirakçılarından biri kimi Sizdən təəssüratlarınızı bölüşmənizi istərdik?

-Həqiqətən də bu Zirvə görüşü Türk dünyasının gələcəyi baxımından çox əhəmiyyətli hadisələrə səhnə oldu. Öncəliklə Türk Şurasına qardaş Özbəkistanın da üzv olması bu Zirvə görüşündə gerçəkləşdi. Artıq türklər olaraq, türksoylu ölkələr olaraq biri-birimizlə daha yaxın əməkdaşlıq edə,anlaya bilirik.Eyni zamanda paylaşacağımız çox şeylər var. Ötən əsrin əvvəlində 1918-ci ildə müsəlman Şərqində ilk müstəqilliyini elan edən Azərbaycan 23 ay yaşadı.Sovetlərin süqutundan sonra ilk müstəqilliyini elan etdiyi zaman, yəni 28 il öncə Azərbaycanın Türkiyədən başqa dünyada sahib çıxan qardaşı olmadı. Lakin bu gün artıq Türkiyə ilə Azərbaycandan başqa Qazaxıstan, Qırğızıstan və Özbəkistanın da bir araya gəldiyini ,bir beynəlxalq təşkilatda birləşdiyini görürük.Zirvə görüşündə Türkmənistanın da rəsmilərinin iştirak etməsi çox əhəmiyyətli bir irəliləyişdir. İnşaallah,yaxın zamanlarda bu qardaş ölkənin də Türk Şurasına üzv olmasını arzulayırıq. Bundan başqa, bir araya gəldiyimiz bu tədbirdə necə cəlbedici mərkəz olduğumuzu nümayiş etdirən digər misalı çəkim.

Dost-qardaş Macarıstan nümayəndələri Türk Şurasında müşahidəçi qismində türkdilli ölkələrin təmsilçiləri sırasında yer aldı və işlərimizə öz töhfələrini verdilər. Əmin ola bilərsiniz ki, bütün bunlar,yəni biz türkdilli dövlətlər ortaya konkret nəticələr qoyduqca,Türk dünyasının birliyi daha möhkəm və sağlam olacaq, bundan belə də güclənəcəkdir. 100-150 il öncə Krım tatarlarının böyük siması olan Qaspralı İsmayılın söylədiyi kimi: ”İşdə birlik, dildə birlik, fikirdə birlik” təfəkkürü artıq dünyada yerini tutur və Türk Dövlətlər Birliyi geniş və gözəçarpan bir xarakter daşıyır. Bu yaxınlarda xarici bir diplomatla söhbətimizdə o, bu Zirvə görüşü mövzusuna toxundu.Dünya üçün çox vacib olan bu Türk Birliyinin yarandığını və bu qurumun fəaliyyətini bütün beynəlxalq aləmin böyük maraqla izlədiyini dedi. Həqiqətən də böyük imkanlara malik olan Türk Şurası çox mühüm nəticələrə gətirib çıxaracaq güclü birlikdir. Sizi əmin edim ki, bu hamımızın gücünə daha böyük güc qatacaqdır.

- Məlum olduğu kimi Zirvə görüşündə cənab Nursultan Nazarbayev bir təklif irəli sürdü.Bu da Zirvə görüşünün fəaliyyətinə necə deyələr, bir növ öz möhürünü vurdu. Onun təklifi belə idi ki, ”Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası”adı “Türk Dövlətləri Təşkilatı” adına dəyişdirilsin. Təbii ki, bir ad dəyişdirilməsi olmayacaqdır. Bu təklifin Türk Şurasına üzv dövlətlər üçün istər siyasi, istərsə iqtisadi və sair baxımından Sizcə necə bir faydası ola bilər?

-Cənab Nazarbayevin bu təklifi son dərəcə məqsədəuyğun,doğru və yerində, vaxtında verilmiş bir təklifdir. Əslində bu hələ bəzi türkdilli respublikaların ilk müstəqilliklərini bərpa etdikləri zaman müzakirə olunan bir mövzu idi. Təbii ki,dünyamızın bəzi siyasi reallıqları vardır,hər şey bir andaca baş vermir.Amma bu gün cənab Nursultan Nazarbayevin belə bir təklif irəli sürməsi, təbii ki,çox önəmli bir məsələdir. Bizlər, kökü bir,tarixi bir, keçmişi bir olan dövlətlərik. Və bu dövlətlərin Türk dövlətləri olduğunu hər kəs gözəl bilir. Bildiyiniz kimi,Prezident Administasiyamızın, dövlət başçımızın dövlət rəmzi nişanında 16 ədəd ulduz var və bu ulduzlar 16 Türk dövlətini simvolizə edir. Bu dövlətlərə nəzər saldıqda,bu gün bunlardan Qazaxıstanın,Qırğızıstanın və Türkmənistanın da ortaya çıxdığının şahidi oluruq. Bizlər hər zaman eyni millətin övladlarıyıq. Hamımız eyni millətin qollarıyıq. Lakin tarixin, coğrafiyanın və geostrategiyanın bizi məcbur etdiyi şərtlər var. Amma artıq bunun aşılması və cənab Nazarbayev tərəfindən dilə gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Və ölkələrin özləri də yüzilliklərdir, 70 ildir, yaxud daha bundan daha əvvəl unutdurulmağa çalışılan həqiqətləri artıq görüb üzə çıxardıqları bir həqiqətdir. Təbii ki, biz türk dövlətləriyik, Türkiyə Cümhuriyyəti olaraq Türkün layiqli adını özünüz qazanmışıq. Lakin heç bir zaman Türk adını təkcə özümüzə deyil, eyni zamanda qardaşlarımıza da şamil olunduğunu bilirdik və hələ Sovetlər dönəmində onları unutmamışdıq. Bu gün də unutmuruq.Bir qədər öncə söylədiyim kimi, vacib olan dildə, işdə, fikirdə birliyi qura bilməkdir. O təfəkkürə doğru bərabər addımlarla yaxınlaşırıq. Fikrimcə cənab Nazarbayevin həmin təklifi də bu baxımdan qiymətləndirilməlidir.

-Hörmətli böyük elçimiz, vaxt ayırıb bizimlə həmsöhbət olduğunuz üçün Sizə minnətdarıq. Bir daha can Türkiyəmizin Cümhuriyyət bayramı mübarək!

- Minnətdaram. Mən də can Azərbaycana bundan belə də tərəqqi, rifah və xoş illər arzulayıram.

- Sağ olun.

Şahnaz Azər-Türk Ağamir




Baxış sayı: 2 427
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930