FACT-INFO.AZ » CƏMİYYƏT » 21 oktyabr 1987-ci il: Heydər Əliyevin SSRİ rəhbərliyindən istefası və anti-Azərbaycan ssenarilərinin işə düşməsi
22-10-2019, 08:40 | CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin SSRİ rəhbərliyindən istefası və anti-Azərbaycan ssenarilərinin işə düşməsi

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbaycan qüvvələr xüsusi sevinc hissinə qərq olmuşdular. Çünki həmin gün görkəmli siyasi və dövlət xadimi, SSRİ-nin ən qüdrətli liderlərindən biri kimi tanınan Heydər Əliyev Mixail Qorbaçovun yürütdüyü yanlış xəttə, onun anti-Azərbaycan və anti-müsəlman siyasətinə etiraz əlaməti olaraq tutduğu bütün vəzifələrdən istefa vermişdi. Məlum olduğu kimi, Heydər Əliyev 1976-cı ilin mart ayında Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büronun üzvü seçilmiş, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, həmin yüksək vəzifədə çalışdığı dövrdə 60-dan çox ümumittifaq nazirliyinin, komitə və digər mərkəzi idarələrin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmiş və bu sahələrin işinə əsl dinamizm gətirmişdi.

Bu fikirlər Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı statusda yer alıb.

Statusda deyilir: Heydər Əliyevin istefaya göndərilməsinin əsas səbəblərindən biri də SSRİ-nin siyasi rəhbərliyini o zaman ələ almış erməni lobbisinin təsiri və təzyiqi idi. Elə onun SSRİ rəhbərliyindən kənarlaşdırılmasından dərhal sonra ermənilər Mixail Qorbaçovun xeyir-duası ilə Qarabağ avantürasına start vermiş, qısa müddət sonra - 1987-ci il noyabrın 18-də Qorbaçovun müşavirlərindən biri olan akademik Abel Aqanbekyan Fransanın "Humanite" qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırmışdı.

Azərbaycanın ərazi bütövlüyünün pozulması, ermənilərin respublikamızın ərazisinin bir hissəsini işğal etməsi planı xeyli əvvəllərdən hazırlanmışdı. Həm də bu plan təkcə Qorbaçovun yanında və Kremldə mərkəzi rəhbərlikdə oturan ermənilər və ermənipərəst qruplar tərəfindən deyil, bütün dünyadakı anti-Azərbaycan və anti-türk dairələr tərəfindən müdafiə edilirdi, onu həyata keçirmək üçün ciddi hazırlıq işləri görülürdü. Heydər Əliyevin Kremldə, SSRİ-nin əsas rəhbərlərindən biri olması qarşıda dayanan ən əsas maneə idi. Odur ki, Qorbaçov ermənilərin təhriki ilə, ilk növbədə, Heydər Əliyevin Kremldən uzaqlaşdırılmasına çalışırdı və iki il müddətində bu istiqamətdə açıq-aşkar formada xüsusi canfəşanlıq göstərirdi. Təsadüfi deyil ki, Qorbaçov Heydər Əliyevə istefaya getməsini təklif edəndə, Ulu Öndər bu təklifə görə heç təəccüblənmədiyini bildirmiş, böyük mətanət hissi və soyuqqanlılıqla illərdir rəhbər şəxslərdən biri olduğu SSRİ rəhbərliyindən ayrılmışdı. SSRİ kimi böyük bir ölkədə vicdanla çalışan, işində heç vaxt ciddi qüsuru olmayan, bütün dünyada böyük siyasətçi və bacarıqlı təşkilatçı kimi tanınan, əhali arasında böyük siyasi nüfuza malik olan belə bir görkəmli siyasi və dövlət xadiminin istefaya göndərilməsi haqda məlumatlar ildırım sürəti ilə bütün dünyaya yayılmış və böyük təəssüf doğurmuşdu.

SSRİ-yə rəhbərliyi dövründə Heydər Əliyev təkcə istedadlı idarəçiliyi və uzaqgörən siyasəti ilə bütün sovet vətəndaşlarının rəğbətini qazanmamışdı, o, həm də uzun müddət Kremldə bütün türk-müsəlman xalqlarının himayədarı, onlara qarşı mərkəzi hakimiyyət dəhlizlərində hazırlanan əksər məkrli planların qarşısına keçilməz sədd çəkən qətiyyətli və vətənpərvər bir insan kimi sevilirdi. Azərbaycana qarşı hazırlanan və həyata keçirilməsi üçün məqam gözlənilən bütün məkrli planların reallaşmasına da məhz Heydər Əliyev mane olurdu. Əlbəttə ki, onun belə qətiyyətli siyasi mövqeyi SSRİ rəhbərliyində təmsil olunan anti-Azərbaycan qüvvələrdə ciddi narahatlıq doğururdu. Qeyd etməliyəm ki, o dövrdə Sov.İKP MK Siyasi Bürosunun üzvü, siyasi rəhbərlikdə böyük nüfuz sahibi olan Heydər Əliyevin tez-tez dəyişilən SSRİ rəhbərliyində birinci şəxs olması ideyası da artıq xalq içərisində, yüksək dairələrdə müzakirə olunur və etiraf edilirdi. SSRİ-nin görkəmli siyasi xadimlərindən olan Andrey Qromıko öz oğlu ilə söhbətində qeyd edirdi ki, “Bizim Siyasi Büroda ancaq üç adam nisbətən cavandır: Romanov, Qorbaçov və Əliyev. Axırıncı mənə daha xoş gəlir. Onun vaxtında Azərbaycan, xüsusən respublikanın kənd təsərrüfatı çox sürətlə inkişaf etmişdir. Əliyev gözəl təşkilatçıdır, təmiz və abırlı adamdır. Amma təəssüf ki, onun namizədliyi istisna olunur...”. Oğlunun “Nəyə görə, milliyyətinə görəmi?” - sualına cavabında A.M.Qromıko açıq şəkildə etiraf etmişdi: - “Bu məsələdə - hə. Milliyyətinə görə”.

Beləliklə, 1987-ci il oktyabrın 21-də Heydər Əliyevin istefaya məcbur edilməsi ilə həm onun dinamik sosial-iqtisadi rəhbər fəaliyyətindən bəhrələnən bütün sovet vətəndaşları, həm çoxmillətli SSRİ-nin ədalətli milli-dini siyasətinin əsas qarantlarından biri kimi çıxış etməsindən faydalanan müttəfiq və muxtar respublikaların qeyri-rus əhalisi, həm də, ilk növbədə, canından çox sevdiyi doğma xalqı - Azərbaycan Respublikasının vətəndaşları özlərinin əsl himayədarını itirdilər. Əlbəttə ki, Heydər Əliyevin istefası qeyd etdiyim bütün kateqoriyadan olan insanlar üçün böyük itki oldu. Lakin onun istefasından ən çox ziyan görən, əlbəttə ki, doğma Azərbaycan oldu. İstefadan az keçməmiş xalqımız üçün heç də xoş olmayan məkrli ssenarilər dövriyyəyə buraxıldı və anti-Azərbaycan planlara start verildi. Amma dahi şəxsiyyət və fenomenal siyasətçi kimi Ulu Öndər geri çəkilmədi, ruhdan düşmədi, məğlub olmadı, xalqının ağır günlərində xilas meydanına atılaraq, öz tarixi missiyasını həyata keçirdi. Azərbaycanı bir dövlət olaraq parçalanma və məhvolmadan xilas etdi, müstəqil dövlət yaratdı, vətəndaş həmrəyliyinə və dövlətçilik ətrafında xalqın monolit birliyinə nail oldu.




Baxış sayı: 1 241
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30