FACT-INFO.AZ » CƏMİYYƏT » Dünyəvi ədalətin türk modeli: bu günü və sabahı
18-10-2019, 10:25 | CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və sabahı

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istəmirlər. Çox maraqlıdır ki, Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı qanlı mübarizəsini “azadlıq aktı”, Azərbaycanın ərazi suverenliyini bərpa etmək uğrunda mübarizəsini isə azadlığı boğma kimi dəyərləndirənlər az deyil.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Əməkdar müəllim, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov deyib.

“On il əvvəl Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında əsas sənədi təsdiq etdik. Biz təşkilatın həm qlobal kontekstdə, həm də özümüz üçün zəruriliyini və aktuallığını sübut etməyə nail olduq. Keçən 10 il ərzində Türk Şurası tamhüquqlu beynəlxalq təşkilat kimi özünü doğruldub. Zirvə Görüşü Türkiyə Prezidentinin dediyi kimi, "Odlar Yurdu” can Azərbaycanın paytaxtı Bakıda keçirilib. Bu, yubiley - 10 illik Zirvə Görüşü idi” – deyə professor qeyd edib.

Alim bildirib ki, oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə türkdilli ölkələrin geniş təmsilçiliyi var idi. Keçən müddət ərzində yeni üzvlər də qəbul edilib. Şuranın qərarları gələcəkdə türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək. Macarıstanın Türk Şurası ilə əməkdaşlığının genişlənməsi isə təşkilatın Avropa ölkələri və regional qurumlarla əlaqələrinin inkişafına təkan verəcək. Məhz bu təşkilatın uğurlu fəaliyyəti sayəsində indi nəqliyyat dəhlizləri genişləndirilir, energetika müəssisələri inşa edilir, yüngül sənaye və kənd təsərrüfatı, logistika, nəqliyyat, turizm, innovasiya texnologiyaları kimi sektorlar da uğurla inkişaf etdirilir.

“Prezident İlham Əliyev Zirvə Görüşündə qeyd etdi ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib” – deyə H.Sadıqov qeyd edib.

Həmçinin Zirvə Görüşündə beynəlxalq ticarətin dollar əsaslı olmasının qeyri-müəyyənlik şəraitində risklər yaratması kimi fikirlər səsləndirildi. Buna görə iqtisadiyyatlarımız üzərindəki valyuta təsirini azaldacaq mexanizmləri tətbiq etməyin lazım olduğu qeyd edildi.

Tədbirdə təşkilatın perspektivi haqqında mülahizələr də səsləndi. Təşkilatın inkişafının növbəti mərhələsinə keçildiyi, gündəlikdə "Türk baxışı 2040” proqramının işlənilməsi məsələsi durduğu da qeyd edildi. Bununla əlaqədar Şuranın katibliyi tərəfindən təşkilatın perspektivlərini müəyyən edən "Türk Şurası 2025” adlı yeni strategiya hazırlanır.




Baxış sayı: 1 109
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30