FACT-INFO.AZ » SİYASƏT » "Ermənistanın regional təhdidi" mövzusunda Beynəlxalq Forum keçirilib
31-05-2019, 08:45 | SİYASƏT
"Ermənistanın regional təhdidi" mövzusunda Beynəlxalq Forum keçirilib

Fact-info.az-ın məlumatına görə, forumu giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, BMAM sədri Rufiz Qonaqov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması və bir milyondan artıq məcburi köçkün həyatı yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi istiqamətində dünya birliyi ciddi qərarlar qəbul etməlidir. O, dünya birliyini ikili standartlara son qoymağa, ədalətli mövqe sərgiləməyə cağırıb, Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz regionuna ciddi təhlükə olduğunu bildirib.

Şura üzvü qeyd edib ki, bütün səylərə baxmayaraq, Ermənistanın işğala son qoymaması regional və qlobal təhlükəsizlik sistemi üçün də ciddi təhdiddir və bu siyasət regionda acı nəticələrə gətirib çıxarır.

Onun sözlərinə görə, Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən sonra prosesin normallaşmasına ümid yaransa da, təkrarlanan qeyri-konstruktiv mövqe indiki rejimin də mahiyyətinin özündən əvvəlkinə bənzədiyi göz önündədir.

Milli Məclisin Komitə sədri, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi yeni mərhələdə” mövzusunda məruzə edib.

S.Seyidov bildirib ki, danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin ənənəvi separatizm siyasəti bu danışıqların effektivliyinə mane olur. Ermənistanda hakimiyyət dəyişikliyi də bu prosesə hələ ki, öz töhfəsini verməyib. Azərbaycan sülh yolu ilə torpaqlarımızın azad olunmasının tərəfdarıdır və bunu dəfələrlə bildirib:

"Biz bunu bütün səviyyələrdə bəyan etmişik və Ermənistanı bir daha danışıqlar yolu ilə problemi həll etməyə çağırırıq".

Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev “Erməni terrorunun doğurduğu real təhdidlər və tarixi həqiqətlər” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi bildirib ki, bu proses illərdir davam edir: "Ermənistanın təhdid və təzyiqləri region üçün olduqca təhlükəli nəticələrə gətirib cıxarıb. Ermənistandakı hakimiyyət dəyişikliyi prosesi müsbət istiqamətdə aparmır, əksinə daha təhlükəli nəticələrə yol açır. Ermənistan tərəfi anlamalıdır ki, bu münaqişə nəticəsində özlərini pis duruma salıblar və bu ölkədə faktiki olaraq, iqtisadi və siyasi böhrandır. Bütün bunlar Ermənistanı süquta aparır".

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev məruzəsində Ermənistanın Cənubi Qafqazda xalqların təhlükəsizliyinə qarşı davam etməkdə olan təhdid siyasətinin aradan qaldırılması istiqamətində region dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayıb. Deputat beynəlxalq ictimaiyyətin ədalətsiz qərarları, bəzi beynəlxalq təşkilatların tətbiq etdiyi ikili standartlara etirazını bildirib:

"Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır. Həmçinin dünya birliyinin işğalçı tərəfin bu hərəkətlərinə etinasız münasibəti müasir beynəlxalq münasibətlər sistemi üçün arzuolunmaz ənənələrin təməlini qoyur".

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat idarəsinin rəisi Leyla Abdullayeva “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırki danışıqlar prosesindəki vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib.

XİN rəsmisi, həmçinin münaqişənin həlli istiqamətində ölkə başçıları və xarici işlər nazirləri arasında son dövrlərdə keçirilən görüşlərin nəticələrini şərh edib, Ermənistanın qeyri-konstruktiv mövqeyini Forum iştirakçılarının diqqətinə çatdırıb.

O bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir: "Müxtəlif beynəlxalq qurum və təşkilatlar, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal altındadır, 1 milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayır.

Millət vəkili, professor Elman Nəsirov bu kimi beynəlxalq forumların keçirilməsinin ölkəmizin və regionun təhlükəsizliyi istiqamətində əhəmiyyətindən danışıb. O, Ermənistanın separatizm siyasətinin qarşısının alınması istiqamətində BMT qətnamələrinə diqqəti yönəldib:

"Ermənistan beynəlxalq hüquqa əməl etməklə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, öz etnik separatizm əməllərindən imtina etməlidir. Ermənistanın faktiki işğal siyasəti bütün dünya tərəfindən pislənilməli, ikili standartlara son qoyulmalıdır".

Trend İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev bildirib ki, son vaxtlar ermənilərin bəyanatları da artıq effekt vermir:

"Bu gün kütləvi informasiya vasitələrində belə bir bəyanat veriblər ki, "Arsenal" ona görə uduzdu ki, Mıxtaryan orada iştirak etmədi. Görün, onlar buna necə qiymət verirlər!"

A.Nağıyev ATƏT-in son 25 il ərzində münaqişənin həlli üçün yalnız deklarativ bəyanatlar verməsinə də təəssüfləndiyini söyləyib:

"Digər məsələ odur ki, regional dövlətlərin bu münaqişənin həllinə münasibəti necədir. Regionda düşmən olmayan dövlətlər var. Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinə görə Ermənistan ilə bütün diplomatik fəaliyyətini dayandırıb. İran bunu istəyirmi? Sərhədimiz Dağlıq Qarabağ ərazisində 143 km boşdur. Bütün qaçaqmalçılıq halları bu ərazi vasitəsilə həyata keçirilir. Düşünürəm ki, bu da nəzərə alınmalıdır".

Tədbirdə daha sonra "Ermənistanın regional təhdidi" mövzusunda Beynəlxalq Forumun iştirakçıları adından bəyanat qəbul edilib.

Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması Azərbaycanın xarici siyasətində prioritet təşkil edir:

"Münaqişənin tezliklə ədalətli həlli, bölgədə əmin-amanlığa nail olunması, təkcə Azərbaycan üçün deyil, həm də bütöv regionun sosial-iqtisadi inkişafına, dünyada təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verə bilər.

Məlumdur ki, Ermənistanın tarix boyu apardığı təhdid siyasəti nəticəsində bir milyondan artıq Azərbaycan ailəsi, eləcə də ölkəmizdə yaşayan digər xalqların nümayəndələri öz tarixi yaşayış yerlərini tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Çox təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesini uzatmağa yönəlik cəhdlər münaqişənin həlli istiqamətində konkret nəticələrin əldə olunmasına maneələr yaradır. Dünyaya məlumdur ki, Ermənistanın terror siyasəti ən dəhşətli faciələrdən olan Xocalı soyqırımına səbəb olmaqla, dinc sakinlərə qarşı törədilmiş ən amansız soyqırım kimi tarixə düşüb.

Azərbaycan ərazilərini danışıqlar yolu ilə qaytarmaq istəməyən Ermənistanın etnik separatizm siyasəti bu gün də davam edərək, yalnız Azərbaycan üçün deyil, ümumiyyətlə Cənubi Qafqaz regionu üçün ciddi təhlükə olaraq qalır. Dünya ictimaiyyəti, BMT, AŞPA, Aİ, ATƏT-in Minsk qrupu kimi nüfuzlu beynəlxalq təşkilatların Ermənistana tətbiq etdiyi qətnamə və tələblərin bu günə qədər nəticəsiz qalması ikili standartların bariz nümunəsidir. Ermənistanın separatizm siyasəti həm də regionun dünya əhəmiyyətli bütün qlobal layihələri üçün təhlükə mənbəyidir. Aydın görünür ki, Ermənistanda son seçkilər zamanı siyasi hakimiyyətə gələn qruplar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə mane olmaq, Cənubi Qafqazda sabitliyi pozmaq, regionda təxribata yönəlik siyasi xətt seçiblər.

Bu bəyanatı imzalayan forum iştirakçıları dünya ictimaiyyəti, BMT Təhlükəsizlik Şurasına üzv dövlətləri tarixən insanların və mədəniyyətlərin dialoq məkanı olan Cənubi Qafqazın Ermənistanın regional təhdid siyasəti ilə hədəfə çevrilməsinin qarşısını almaqda əhəmiyyətli qərarlar qəbul etməyə, Dağlıq Qarabağ münaqişəsinin Beynəlxalq Hüquq normaları çərçivəsində həllinə nail olmağa çağırırıq".




Baxış sayı: 2 027
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031