FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Hikmət Şikarov: “Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir”
20-05-2019, 06:50 | TƏDQİQATLAR-ANALITIKA
Hikmət Şikarov: “Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir”

-Bu gün Azərbaycan dünyanın iqtisadi xəritəsinin formalaşmasında və həmçinin nəhəng tranzit layihələrin reallaşmasında mühüm rol oynayır. Bu faktorlar regionun inkişaf tendensiyasını sürətləndirə bilərmi?

-Bu gün Azərbaycan tam müstəqil siyasət yürüdən ölkədir. Müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq respublikamız qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərdən biri kimi tanınır. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çox¬formatlı əlaqələrinin daim genişlənməsi onu demə¬yə əsas verir ki, indiyədək aparılmış və bu gün də davam etdirilən siyasi kurs düzgün istiqa¬mət¬dədir. Son on altı il ərzində görülən işlərin miq¬yası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçi¬ri¬lən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.

Azərbaycan dünyanın lider ölkələri ilə rəqabət aparmaq, qlobal iqtisadiyyata inteqrasiyanı daha da sürətləndirmək və yeni idarəçilik texnologiyalarına əsaslanan iqtisadi islahatları həyata keçirmək istiqamətində uğurla irəliləyir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Azərbaycanda olan sabitlik və inkişaf isə bütövlükdə regiona müsbət təsir edir. Regionda mühüm enerji layihələri, dəmir yolu layihələri həyata keçirilir ki, bütövlükdə bölgənin inkişafını şərtləndirir. Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu bu layihələr təkcə ölkəmizə deyil, region və Avropa xalqlarına da xidmət edir.

Avropa ilə Asiyanın qovuşağında, möhtəşəm İpək Yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Bütün bu imkanlar isə öz növbəsində ölkəmizi Avropa ilə Asiya arasında mühüm tranzit ölkəyə çevirir. Çox mühüm coğrafi mövqedə yerləşən respublikamız regionda əsas enerji resurslarına malikdir. Hazırda bu regionda qlobal əməkdaşlığa daha böyük maraq olduğu bir dövrdə nəqliyyat, təhlükəsiz enerji dəhlizləri daha çox əhəmiyyət daşımağa başlayır. Azərbaycan yalnız enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə deyil, eyni zamanda, bunları hasil edən dövlətdir. Bununla yanaşı, nəhəng qaz potensialımız da mövcuddur. Ona görə də ölkəmiz iqtisadi dividendlərlə yanaşı siyasi nüfuz da qazanır. Azərbaycan dövlətinin, mütəmadi olaraq, mövqeləri dünya səviyyəsində möhkəmlənməkdədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin olunmasındakı rolundan tutmuş, digər bir sıra beynəlxalq məsələlərin həllinə qədər əhəmiyyətinin artması, bütövlükdə, beynəlxalq müstəvidə Azərbaycanın yerini, rolunu möhkəmləndirir. Buna görə də Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir. Azərbaycanın atdığı addımlar həyata keçirmək istədiyi, iştirakçısı olduğu layihələr, həmişə beynəlxalq tərəfdaşlığa yardım edən, əməkdaşlığı sıxlaşdıran əlaqələrdir. Artıq məlumdur ki, bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə uğur qazana bilməz. Bu, regionda və regiondan kənarda da qəbul olunan reallıqdır.

-Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinə səfəri zamanı imzalanan “Bir kəmər və bir yol” layihəsi Asiya ilə Avropa arasında iqtisadi münasibətlərin, daha çevik, sürətli yükdaşımaların yeni mərhələsi hesab olunur. Bu kəmərin hədəfləri barəsində sizin fikirləriniz necədir?

-Azərbaycanın dünyanın ən nəhəng ölkələrindən biri olan Çin ilə çox yaxın siyasi, iqtisadi, ticarət, hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələri mövcuddur. Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Azərbaycan - Çin əlaqələri hər zaman yalnız yüksələn xətt üzrə inkişaf etmişdir. Hər iki ölkə regional məsələlər və beynəlxalq problemlərə yanaşmada çox vaxt eyni mövqe tutmuşdur. Geosiyasi baxımdan əhəmiyyətli mövqeyə malik olmaqla yanaşı, sürətlə inkişaf edən Azərbaycan və dünya iqtisadiyyatının inkişafında həlledici mövqeyə malik olan Çin arasında münasibətlərin inkişaf perspektivləri böyükdür və hər iki tərəf üçün qarşılıqlı əlaqələr xüsusi maraq kəsb edir.

Azərbaycan Çinin “Bir kəmər - Bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan Çinin bu strategiyasını dəstəkləyən ilk ölkələrdən biridir. Dünyanın iqtisadi cəhətdən ən qüdrətli dövlətlərindən biri olan Çin ilə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin xalqlarının mənafelərinə tamamilə uyğun gəlir. Kifayət qədər ciddi əsaslar mövcuddur ki, bu əməkdaşlıq daha da genişlənsin və inkişaf etsin. Burada əsas oyunçu rolunda Çinin çıxış etməsi gerçək amil olsa da, faydalanma Şanxaydan Avropanın son Atlantik sahillərinə qədər bir nəqliyyat oxunda düzlənən bütün region ölkələrini əhatə edəcək. "Bir kəmər - Bir yol" layihəsində iştirak edən bütün ölkələri özündə birləşdirən prosesdə Azərbaycan özü mühüm və həlledici geosiyasi, mədəni və nəqliyyat məkanına çevrilir. Çünki müxtəlif tranzit marşrutlarını birləşdirərək və geosiyasi bir mərkəz rolunu oynayaraq, ölkəmiz bu marşrutları müxtəlif istiqamətlərdə genişləndirə bilir. Bu baxımdan Azərbaycan "Bir kəmər - Bir yol" layihəsi çərçivəsində Şərqi Avropa ölkələri üçün ən cəlbedici ölkədir. Bu layihə eyni zamanda yeni strateji reallıqların tərənnümü kimi çıxış edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, " Bir kəmər - Bir yol" layihəsi yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır. Bununla da Azərbaycan “Bir kəmər - bir yol” layihəsinin həyata keçirilməsində çox böyük rol oynayacaq. Azərbaycanda yeni iş yerlərinin açılması, ümumiyyətlə, sənaye istehsalında restrukturizasiya daha çevik formada həyata keçiriləcək. Burada təbii ki, logistik və nəqliyyat məsələləri var. Azərbaycan bu sahədə investisiya qoyulması üzrə, eləcə də Çinin bir neçə şirkəti ilə əməkdaşlıq edə biləcək.

-Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Prezident İlham Əliyevin Brüsseldə keçirdiyi görüşlər hazırkı mərhələdə Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığının kifayət qədər inkişaf etdiyini göstərir. Bu əməkdaşlıq ölkəmiz üçün hansı müsbət gözləntilər vəd edir?

-Azərbaycan xarici siyasətində balanslı və tarazlaşdırılmış siyasət aparır. Sözsüz ki, Azərbaycanın xarici ölkələrlə münasibəti bərabərhüquqlu və qarşılıqlı maraqlar əsasında qurulub. Bütün beynəlxalq təşkilatlar Azərbaycanla qarşılıqlı əməkdaşlıq şəraitində işləyirlər. Azərbaycan heç bir təşkilatdan asılı deyil və üzərinə götürdüyü öhdəlikləri də milli maraqlarına uyğun olaraq yerinə yetirib. Prezidentin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın dünyada rolu gün keçdikcə artır. Bu gün Azərbaycanın necə sürətli inkişaf etdiyi dünyaya məlumdur. Bu inkişaf cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılmış xarici siyasət xətti yürüdən Azərbaycan bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Ölkəmizin belə əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa Birliyidir.

Şərq Tərəfdaşlığının 10 illiyi ilə əlaqədar cənab Prezidentin Brüsseldə sammitdə iştirak etməsi və nümayəndə heyətinin orada göstərdiyi mövqe bütün ictimaiyyətimiz tərəfindən yüksək qiymətləndirildi. Sammitdə əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü məsələsini gündəmə gətirmək və mövqeyimizi qorumaq idi ki, bu da cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. Azərbaycan prezidenti İlham Əliyevin Belçikaya səfəri bir neçə mühüm görüşlə yadda qaldı. Ölkə başçısı Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşüb. Demək olar ki, bütün görüşlərdə cənab Prezident İlham Əliyev Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Prezidentin orada keçirdiyi görüşlər Azərbaycanla Avropa Birliyi arasında tərəfdaşlığın möhkəmlənməsi baxımdan mühüm əhəmiyyət kəsb edir. Görüşlərdə bir sıra sahələr üzrə əməkdaşlıq prioritetləri təkrar müzakirə olundu, milli maraqlarımızın təmin olunması, torpaqlarımızın işğaldan azad olunması istiqamətində danışıqlar aparıldı. Səfər bir daha təsdiq etdi ki, Azərbaycanın Avropa Birliyini çərçivəsində əlaqələri uğurla inkişaf edir, Azərbaycan Avropa Birliyi ilə qarşılıqlı maraqlara cavab verən formatda əməkdaşlıq etmək niyyətindədir. Çox güman ki, yaxın vaxtlarda tərəflər arasında əməkdaşlığın qurulması üçün real addımların şahidi olacağıq.

Toğrul

Fact-info.az




Baxış sayı: 1 995
USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq Bu gün, 10:30 İƏT Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb Bu gün, 10:00 İçərişəhərdə tanınmış fotoqraf Reza Deqatinin “Xocalı - yaralı ruhlar” adlı sərgisi açılıb Bu gün, 10:00 ABŞ-ın Virciniya ştatında Xocalı həftəsi keçirilib Bu gün, 09:00 Zelenski: Ukrayna ABŞ ilə müqavilədə 10 sent borcun olmasına belə razı deyil Bu gün, 08:00 Ankara Qazi Universitetində Xocalı soyqırımına həsr olunmuş müzakirələr təşkil edilib Dünən, 18:30 Türkiyə Orta Dəhlizin əsasını təşkil edən BTQ dəmir yolunun tam gücü ilə işləməsinə əhəmiyyət verir - Hakan Fidan Dünən, 18:30 Deputat: Azərbaycan neomüstəmləkəçiliyin heç bir halı ilə barışmır Dünən, 17:00 Xocalı: Xalqımızın qan yaddaşı Dünən, 12:00 “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub Dünən, 12:00 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər Dünən, 11:00 Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib Dünən, 10:00 "Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəyik" - Pakistan səfiri Dünən, 10:00 Hikmət Hacıyev Fəxrəddin Altunla görüşüb Dünən, 09:00 Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib Dünən, 07:30 Türkiyə Avropada həlledici rol oynayacaq 25-02-2025, 20:30 İnkişaf edən Azərbaycan və Pakistan münasibətləri sarsılmaz dostluğa və qardaşlığa söykənir 25-02-2025, 19:00 Pezeşkian Lavrovu qəbul etdi 25-02-2025, 18:30 Vətən müharibəsinin iştirakçısı, cərrah Anar Yusibov: “Xocalı heç vaxt yaddaşımızdan silinməyəcək faciədir” 25-02-2025, 16:00 “İslam iqtisadiyyatı və maliyyəsinə ümumi baxış” mövzusunda təlim keçirilib 25-02-2025, 13:00 Corc Vaşinqton Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib 25-02-2025, 12:30 "Dünya dövlətləri Xocalı soyqırımı canilərinin öz layiqli cəzalarını alması üçün səylərini artırmalıdır" 25-02-2025, 11:00 Qərbi Azərbaycan İcması Ermənistan hökumətinə çağırış edib 25-02-2025, 11:00 Rumıniyada Xocalı qurbanlarının xatirəsi anılıb 25-02-2025, 10:30 Azərbaycanla Pakistan birgə istehsal müəssisələri yaradır 25-02-2025, 08:00 Şahbaz Şərif: Azərbaycanla dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olub 24-02-2025, 20:30 Elnur Məmmədov Cenevrədə Ermənistanın xarici işlər nazirinin qaldırdığı iddialara cavab verib 24-02-2025, 20:00 Shehbaz Sharif: Our friendship, political understanding, union of thought and action with Azerbaijan at international levels have been legendary 24-02-2025, 19:30 Prezident İlham Əliyev: Azərbaycan və Pakistan iqtisadi tərəfdaşlığı siyasi sahədəki səviyyəyə çatdırmalıdırlar 24-02-2025, 15:00 Rusiya-Ukrayna müharibəsi ədalətlə bitəcəkmi? 24-02-2025, 15:00
Köşə yazarları
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728