FACT-INFO.AZ » İQTİSADİYYAT » Avropaya ixracat
14-05-2019, 07:35 | İQTİSADİYYAT
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. Bir qədər sonra ixracatın məkanı daha da genişlənərək uzaq Avstriyanı belə əhatə edəcək. Sözsüz ki, müstəqilliyini əldə etmiş gənc ölkə üçün bu, ciddi uğurdur. Keçən əsrin 90-cı illərində elektrik enerjisi istehsalı və ötürülməsində bir sıra problemlər yaşayan bir ölkənin indi Avropanın inkişaf etmiş dövlətlərinə elektrik enerjisi verməsi, əlbəttə, xüsusi diqqətə layiq haldır. Bu, hər şeydən öncə, Azərbaycan rəhbərliyinin islahatları sistemli, ardıcıl və düşünülmüş şəkildə aparmasının göstəricisidir. O da şübhə doğurmur ki, ölkə rəhbərliyi həmin istiqamətdə yeni addımlar atacaq. Azərbaycan daha sıx surətdə Avropa ölkələri ilə əməkdaşlıq edəcək. Bunlarla yanaşı, təhlükəsizliyin təminində əhəmiyyətli addımların atıldığını da vurğulamaq lazımdır. Geniş mənada söhbət, ümumiyyətlə, Azərbaycanın milli təhlükəsizliyinin təminindən və dünyanın ən çox inkişaf etmiş məkanına inteqrasiyasından gedir. Bu məsələlərin prizmasından həm də ölkənin ərazi bütövlüyünün bərpa edilməsi üçün yeni imkanların yaranmasını vurğulamaq gərəkdir. Yəni məsələnin geosiyasi konteksti də əhəmiyyətlidir. Bütün bunların fonunda "Azərenerji"nin Avropa ölkələrinə elektrik enerjisi ixrac etməsinin geosiyasi təhlili aktuallıq kəsb edir. Bu məsələ üzərində geniş dayanmağa ehtiyac gördük.

Enerji siyasətinin vacib aspekti: elektrik enerjisi istehsalı və yeni infrastruktur

Müasir dünyada enerji faktoru ən yaxın ölkələri belə bir-birindən ayıra, ən uzaqları isə birləşdirə bilir. Böyük dövlətlərin mübarizəsi də əsasən enerji və enerjidaşıyıcıları ilə bağlıdır. Belə bir inam vardır: kim daha çox enerji ehtiyatlarına sahib olacaqsa, o qədər də söz sahibi olacaq. Siyasi aspektdə isə enerji siyasəti milli təhlükəsizliyin tərkib hissəsi kimi götürülür. Bu tezisin arxasında çox vacib faktorlar dayanır. Təcrübə göstərir ki, enerji təhlükəsizliyinin milli təhlükəsizliyin tərkib hissəsi olması, ümumiyyətlə, dünyada baş verən dəyişikliklərlə sıx bağlıdır.

Məsələ ondan ibarətdir ki, enerji amili XXI əsrdə təbii mahiyyəti və təyinatı ilə yanaşı, sosial, siyasi və geosiyasi-hərbi məzmun da kəsb etməyə başlayıb. Daha sürətlə inkişaf etmək və suveren olmaq üçün lazımi səviyyədə enerjiyə malik olmalısan. Məsələn, Çin iqtisadiyyatının sürətli inkişafı üçün daha çox enerji sərf etməsi lazım idi. Bu səbəbdən ölkənin enerji ilə təmini birbaşa milli təhlükəsizliklə sıx bağlıdır. Təsadüfi deyil ki, Amerika Çini ilk öncə enerji sahəsində "vurmağa" çalışır.

Böyüyən Türkiyə və Avropa bazarı üçün də enerjiyə ehtiyac sürətlə artır. Həmin ölkələrin təhlükəsizliyi və suverenliyi enerji ilə nə dərəcədə təmin olunmaları faktorundan çox asılıdır. Şübhəsiz ki, yuxarıda vurğulanan məqamların Azərbaycan kimi gənc müstəqil ölkələrə də birbaşa aidiyyəti var. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsidir və ölkə rəhbərliyi məsələnin bu aspektinə ciddi diqqət yetirir. Həyata keçirilən hər bir enerji layihəsinin son təyinatı məhz milli təhlükəsizliyə xidmət edir.

Bu baxımdan neft-qaz layihələrinin reallaşması Azərbaycanın həm daxili inkişafına, həm də dünyaya inteqrasiyasına əhəmiyyətli dərəcədə yardım edir. Bu məsələnin müxtəlif aspektləri haqqında dünyanın böyük dövlətlərinin liderləri, tanınmış analitik və ekspertlər kifayət qədər fikir bildiriblər. Azərbaycan iqtisadiyyat, energetika, nəqliyyat sferalarında Avropa ilə getdikcə daha sıx əməkdaşlıq qurur. Müxtəlif qlobal layihələrdə Bakının aktiv iştirakı bu prosesə xüsusi məzmun verir. Neft, qaz və yüklərin daşınması ilə əlaqəli olan müxtəlif proyektlərin uğurlu olaraq həyata keçirilməsi ölkənin geosiyasi nüfuzunu da yüksəldir. Bütün bunlara elektrik enerjisinin ixracını da əlavə etmək tam yerinə düşərdi.

Elektrik enerjisinin istehsalı məsələsi xüsusi infrastruktur sisteminin formalaşdırılmasını tələb edir. SSRİ dağılandan sonra demək olar ki, bütün respublikalarda bu problem kəskinliklə qarşıda dayandı. Azərbaycanda da müəyyən çətinliklər yarandı. Hətta 90-cı illərdə elektrik enerjisi ilə təminatda ciddi problemlər özünü göstərdi. Ancaq ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra digərləri ilə yanaşı bu istiqamətdə sistemli və ardıcıl layihələr həyata keçirilməyə başlandı. Ardıcıl aparılan işlər yeni elektrik enerji infrastrukturu formalaşdırmağa imkan yaratdı. Azərbaycan Rusiya və İranla elektrik enerjisi mübadiləsini davamlı hala gətirdi. Buraya Gürcüstan da daxil edildi. Bir neçə il öncə Gürcüstanda kəskin olaraq elektrik enerjisi böhranı yarananda Azərbaycan yardım əlini uzatdı. Qonşu ölkəni məhv olmaqdan sözün həqiqi mənasında Azərbaycan qurtardı.

Növbəti mərhələ: Avropaya ixracatın verəcəyi töhfələr

Lakin Azərbaycanın bu sahədə apardığı islahatlar daha böyük proqramların reallaşmasını tələb edirdi. O cümlədən elektrik enerjisi istehsalının və istifadəsinin milli inkişaf və təhlükəsizliyə daha çox töhfə verməsi lazım idi. Təcrübə bu məsələdə də Azərbaycanın uğurlu yol tutduğunu sübut etdi. "Azərenerji" ASC bu yaxınlarda maraqlı bir informasiya yaydı. Azərbaycan Yunanıstana, Rumıniyaya və Macarıstana elektrik enerjisi ixrac etməyə başlayıb! Bu, enerjinin Gürcüstan, Türkiyə və Bolqarıstan vasitəsilə ötürülməsi sayəsində baş tutub. Sonrakı mərhələdə isə Avstriya və İtaliyaya "Azərenerji" elektrik verməlidir. Bununla da, "Azərenerji" beynəlxalq miqyaslı əməkdaşlıq infrastrukturu yaratmış olur. Nəzərə almaq lazımdır ki, bir neçə ildir, Azərbaycan region dövlətlərinə – Rusiya, İran, Gürcüstana və eyni zamanda, Türkiyəyə elektrik enerjisi ixrac edir. Yəni söhbət artıq sadəcə enerji mübadiləsindən getmir, ixrac faktoru ortadadır!

Bu sistemə indi Avropa da daxil olur. Bu o deməkdir ki, Azərbaycan artıq Asiya və Avropanı birləşdirən enerji infrastrukturunun çox əhəmiyyətli bir məkanına çevrilib. Həmin hadisə üç aspektdən milli dövlətçilik baxımından əhəmiyyət daşıyır. İlk növbədə, ölkə rəhbərliyinin həyata keçirdiyi enerji siyasətinin çox səmərəli olmasını vurğulamaq gərəkdir. Prezident İlham Əliyevin elektrik enerjisi sahəsində həyata keçirdiyi islahatlar, istifadəyə verilən obyektlər, infrastrukturun müasir tələblər əsasında yenidən qurulması öz müsbət nəticələrini verir. Dövlət başçısı məlum Mingəçevir hadisəsinə çox həssas yanaşmaqla və həmin sferada lazımi tədbirlər görməklə prosesləri daha səmərəli müstəviyə keçirdi. "Azərenerji"də çalışan vətənpərvər və peşəkar kadrların da dövlət başçısının tapşırıqlarına ciddi əməl etməsi sayəsində təşkilat Avropa bazarına çıxa bildi.

İkincisi, dövlət başçısı neft və qaz sahəsi ilə bağlı olan layihələri uğurla elektrik enerjisi istehsalı və bu sahədə infrastrukturun yeniləşdirilməsi prosesi ilə yüksək dərəcədə uyğunlaşdıra bildi. Məsələnin bu tərəfi asan həll edilən deyil. Neft və qaz sahəsində Azərbaycanın həm zəngin təcrübəsi var, həm də bu layihələr beynəlxalq miqyasda daha çox dəstəklənir. Digər tərəfdən, "Yeni İpək Yolu" kimi layihələr çərçivəsində müxtəlif növ yükdaşımaları mexanizmlərinin inkişaf etdirilməsi lazım gəlir.

Bütün bunların fonunda elektrik enerjisinin həm istehsalı, həm də uzaq məsafələrə ötürülməsi mexanizmlərinin işlənib hazırlanması xüsusi fəaliyyət tələb edir. Bu baxımdan konkret olaraq elektrik enerjisi sferasında həyata keçirilən proqramları birbaşa enerji təhlükəsizliyi və milli təhlükəsizliyin ayrılmaz bir aspekti olaraq qəbul etmək gərəkdir.

Üçüncüsü, "Azərenerji" ASC bütövlükdə Azərbaycanın enerji siyasətinin reallaşmasında vacib bir struktur kimi özünü təsdiqləməkdədir. Bu təşkilatın dövlətçiliyin strateji maraqları üçün daha çox fəallıq göstərməsi təbii ki, tələbatdır. Bu istiqamətdə dövlət başçısının həyata keçirdiyi proqramların tam və tələb olunan səviyyədə yerinə yetirilməsi zərurətdir. Belə görünür ki, "Azərenerji" məhz həmin kontekstdə fəaliyyətini gücləndirməkdədir.

Bütün bunların, əlbəttə, Azərbaycanın geosiyasi nüfuzunun daha da yüksəlməsinə və beynəlxalq tərəfdaş kimi daha çox etibar qazanmasına təsiri danılmazdır. Avropa ölkələri enerjinin bir qismini Azərbaycandan alırsa, onlar arasında əməkdaşlığın daha sıx olması üçün əlavə imkanlar meydana gəlir. Təsəvvür edək ki, neft və qaz sahəsində Avropanın təhlükəsizliyində Azərbaycanın rolu getdikcə daha da artır. Bu prosesi elektrik enerjisi sferasında əməkdaşlıq tamamlayır. Deməli, faktiki olaraq, Azərbaycan dünyanın ən inkişaf etmiş məkanı ilə qarşılıqlı faydalı əməkdaşlıq prosesini yeni səviyyəyə yüksəldib. Dünyanın enerji və maliyyə böhranı içində olduğu bir mərhələ üçün bunun əhəmiyyətini anlamaq çətin deyildir.

Beləliklə, elektrik enerjisinin Avropa ölkələrinə ixrac edilməsi yalnız iqtisadi-energetik məzmunu olan hadisə deyil. Bunun geosiyasət və təhlükəsizliklə bağlı məzmun çalarları da vardır. Belə ki, Azərbaycan rəhbərliyi bütün sahələrdə islahatları dərinləşdirir və genişləndirir. Həyata keçirilən proqramların hər biri buna xidmət edir. Bununla Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq getdikcə daha çox sahələrdə dünyanın müxtəlif regionları ilə infrastruktur bağlantıları qurur. Bu, gənc müstəqil dövlət üçün nəhəng proqramdır. Bunun qarşısını kimsənin alması da mümkün deyildir.

Deməli, dünya Azərbaycanı getdikcə daha yaxşı duymağa və hiss etməyə məhkumdur. Bu gedişatın Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə də yardımçı olacağına şübhə yoxdur. Strateji olaraq bu gün Avropa ölkələrinə ixrac edilən elektrik enerjisi, bütün istiqamətlərdə Azərbaycan dövlətçiliyinin inkişafına və ərazi bütövlüyünün təmin edilməsinə xidmət edəcək. Artıq bu proses başlayıb!

Newtimes.az




Baxış sayı: 1 475
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031