FACT-INFO.AZ » AKTUAL » Özbək tarixçisi: "Erməni daşnakları üç ay ərzində Fərqanədə 35 000 dinc özbək öldürüblər"
17-12-2015, 09:45 | AKTUAL
Özbək tarixçisi: "Erməni daşnakları üç ay ərzində Fərqanədə 35 000 dinc özbək öldürüblər"

- Salam Şöhrət bəy. Yeni kitabınız haqda bir neçə kəlmə deyərdiniz...

- Hər şeydən əvvəl bu kitabın işıq üzü görməsində əməyi keçmiş hər bir kəsə dərin minnətdarlığımı bildirirəm. "Türküstan və Cənubi Qafqaz XIX - XX əsrlər. Daşnaklar -Qarabağdan Fərqanəyə qədər" kitabı Özbəkistanda çapdan çıxıb, xüsusilə azərbaycanlı oxucu üçün. Kitabın bütün tirajı bu yaxınlarda Azərbaycana göndəriləcək. Bu geniş araşdırmada müxtəlif mənbələrin faktlarından istifadə edilməklə Qafqaz və Türküstanda xarici qüvvələr tərəfindən yaradılmış süni problemlər dəqiq analiz edilib. Araşdırma nəticəsində Qafqaz və Türküstanda XIX əsrin birinci yarısında baş vermiş dəhşətli hadisələrin üzərinə işıq salındı. Hər iki regionun xalqlarının xarici qüvvələr tərəfindən başına gətirilən dəhşətli bəlalar haqda faktlar ortaya çıxdı.

Bolşeviklər oz Sovet imperiyalarını yaradarkən ölkəni böyük xalqlar həbsxanasına çevirdilər. Bu tarixi dövr min bir əzab görmüş xalqlarımızın qan yaddaşıdır. Həmin dövr Qafqaz və Türküstanda baş verən hadisələr Rusiya imperiyasının kolonial siyasətinin əsl mahiyyətini ortaya qoyur. Yerli xalqların ağrı-acısı, çəkdiyi əziyyətlər isə genişmiqyaslı milli fəlakətdir.

Rusiya imperiyasının qanlı Sovet hakimiyyətinin aqressiv siyasətinə sübut olaraq isə bu regionlarda yaranmış milli-qurtuluş hərəkatlarıdır. Axı bu hərəkatlar heç nədən, səbəbsiz yerə yaranmayıb. Deməli millət əziyyət çəkib, qırılıb və yox olmaq təhlükəsi qarşısında düşmənə qarşı özünün milli müqavimətini təşkil edib. Bütün tarixçilər və mütəxəssislər gözəl bilirlər ki, müxtəlif regional imperiyalar əsrlər boyu Sakit okeandan Adriatik dənizinə qədər uzanan Türk dünyasını öz nəzarətinə keçirmək üçün çalışıb-vuruşublar.

- Şöhrət bəy sizi tarixin məhz bu mərhələsini araşdırmağa nə vadar etdi?

- Məndə Türküstan milli Azadlıq Hərəkatının tarixinə marağı mənim babamın uşaqlıqda mənə danışdığı uzun əhvalatlar yaradıb. Bu mənim uşaqlıqdan yaddaşıma həkk olunmuş bir hadisədir. Ona görə də bunu araşdırmaq qərarına gəldim. Sovet propaqandasının "Basmaç hərəkatını" quldur-soyğunçu kimi qələmə verməsi milli hisslərimizin təhqiri demək idi. Mənim babam Milli azadlıq hərəkatının iştirakçısı olub. Babamın atası da bolşeviklərə qarşı vuruşub. Sovet terroru illərində ailəsi ilə birlikdə Əfqanıstana köçmək məcburiyyətində qalıb. Ailəmizin bütün malı-mülkü bolşeviklər tərəfindən müsadirə olunub. Sovetlər isə bizim kimilərinə "Bəy oğlu", "Basmaç oğlu" kimi damğalar vurub cəmiyyətdən təcrid edirdi.

1922-ci ildə babam ovda olarkən bolşeviklər onun evini yandırıblar. O, ovdan qayıtdıqdan sonra evin və evdə yanmış həyat yoldaşı ilə körpəsinin külü ilə qarşılaşıb. Məhz bu hadisə babamı bolşeviklərə qarşı vuruşmağa, onlardan qisas almağa vadar edib. İnanın ki, bu dediklərim gecə danışılan qorxulu nağıl deyil, həqiqətdir. "Türküstan və Cənubi Qafqaz XIX - XX əsrlər. Daşnaklar - Qarabağdan Fərqanəyə qədər" kitabı konkret hansısa millətin maraqları üzərində qurulmayıb. Kitab həmin illərin tarixi gerçəkliklərini özündə əks etdirir.

- Doğrusu Azərbaycanda belə bir təsəvvür mövcuddur ki, Sovet dövründən Orta Asiya respublikalarında ermənilərin mövqeləri çox möhkəmdir, xüsusən də Qırğızıstan və Türkmənistanda. Əskər Əkəyevin İrəvandakı saxta soyqırım "qurbanlarının" abidəsinə gül çələngi qoyması faktı da daxil olmaqla, bu haqda nə deyə bilərsiniz?

- Ermənilərin harada və hansı sahələrdə mövqelərinin möhkəm olması haqda heç nə deyə bilmərəm. Türkmənistanda və "Demokratiya adası"nda ermənilərin mövqeyinin nə yerdə olduğunu bilmirəm, amma bu "Demokratiya adası" adı altında Qırğızıstanda nəyin gizləndiyi heç kəsə sir deyil. Əskər Əkəyev hazırda Qırğızıstan prezidenti deyil. Hətta prezident olduğu dövrdə də o, qırğız xalqının maraqlarını təmsil etməyib. Yəqin o gül dəstəsi ilə Avropa ölkələrinə özünü "demokrat" kimi göstərmək istəyirmiş. Əgər Əskər Əkəyev belə ürəyiyumşaq adamdırsa, onda niyə gəlib Bakıda və Qubada kütləvi şəkildə, vəhşicəsinə qətlə yetirilmiş minlərlə müsəlmanın, türkün məzarına əklil qoymur, niyə Xocalı soyqırımı abidəsinə gəlib ölən günahsız körpələrin xatirəsini yad etmir? Deməli məsələnin kökündə duran başqa şeydir. Bundan başqa "Orta Asiya" termini daha bu region ölkələrində siyasi termin kimi işlədilmir.

- Sizcə Mərkəzi Asiya ölkələri Dağlıq Qarabağ məsələsində niyə öz konkret mövqelərini ortaya qoymurlar?

- Özbəkistanın xarici siyasət konsepsiyası hamıya məlumdur. Özbəkistan Respublikası həmişə aqressiyanın və zorakılığın əleyhinə çıxış edib. Özbəkistan bütün silahlı konfliktlərin dinc yolla həllinin tərəfdarıdır. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və dəstəkləyəcək də. Ölkəmizdə 136 millət və müxtəlif konfessiyaların nümayəndələri yaşayır. Burada insan faktoruna fikir verilir, onun şəxsi intellektual səviyyəsinə fikir verilir.

- Sizin nəşrlərinizə qədər Türküstanda baş vermiş daşnak qırğınları barədə çox az adam bilib. Sizcə ictimaiyyətin bu faktlara reaksiyası necə olacaq?

- Bu faciə haqda, Türküstanda daşnak-bolşevik qırğınları haqda özbək müəllifləri çox yazıblar. Yazıçılar, şairlər, publisistlər, müstəqil müəlliflər və araşdırmaçı tarixçilər baş vermiş hadisələri dərindən araşdıraraq və analiz edərək həmin dövrlər Türküstanda daşnaklar və boşeviklər tərəfindən minlərlə günahsız insanın amansızcasına qətlə yetirilməsini sübut ediblər. Məsələn, özbək tarixçi-alimi Şamaqdiyev özünün "Fərqanə vadisindəki vətəndaş müharibəsinin oçerkləri" kitabında, hələ 1961-ci ildə erməni daşnaklarının Fərqanə və Türküstan müxtariyyətiin digər şəhərlərində törətdikləri vəhşiliklərdən yazıb. Özbək alimi M. Həsənov özünün "Kokand muxtariyyəti" kitabında erməni daşnaklarının Türküstandakı vəhşilikləri barədə məlumatlar verib. Məlumdur ki, Sovet dövründə bu haqda yazmaq qadağan idi, ona görə də bu faktlar heç vaxt ictimailəşdirilməyib.

- Mərkəzi Asiya ölkələrinin milli arxivlərində erməni-daşnak qırğınları haqda faktlar var?

- Bütün Mərkəzi Asiya respublikarı adından danışa bilmərəm, çünki onların arxivlərində olmamışam. Erməni-daşnak qırğınları Fərqanədə baş verdiyindən bu haqdakı materiallar əsasən Özbəkistanın arxivlərində saxlanılır. Fərqanə vadisinin əhalisi erməni daşnakları və bolşeviklər tərəfindən etnik təmizləməyə məruz qalıblar. Bu haqda həm Özbəkistanın Mərkəzi Arxivində və Özbəkistan Prezidentinin Arxivində kifayət qədər material var. Fərqanə, Əndican və Namanqan vilayətlərinin arxivlərində də daşnak qırğınları haqda onlarla faktlar var. Qafqaz və Türküstan əhalisinin günahı nə idi? Nəyə görə erməni daşnakları və bolşeviklər paralel olaraq 1918-ci ildə hər iki bölgədə dinc insanları amansızcasına qırıblar?

- Sizcə nəyə görə hər iki bölgədə bu qırğınları törətmək üçün ruslar erməni daşnaklarından istifadə ediblər?

- Bu sualınıza cavab bolşevik-daşnak cəlladlarının qanlı və çirkli izi ilə getməyimizə imkan verəcək. Bu sualın cavabı sadə və asan olduğu qədər, həm də çətin və birmənalıdır. Erməni daşnak banditlərinin bolşeviklər tərəfindən seçilməsi və bu qırğınları törətmələrinə şərait yaradılması onlarda müqəddəs heç nəyin olmaması ilə əlaqədardır. Bundan başqa belə çirkli işi ruslar qısdən ermənilərə gördürüblər ki, gələcəkdə buna görə özlərinə qarşı çox nifrət qazanmasınlar. Ermənilər bu işdə ruslara türk düşmanı kimi sadiq quduz köpək xidməti göstəriblər. Ermənilərdəki türkofobiya və islamofobiya həmin illərdə ruslar tərəfindən çox məharətlə istifadə olunub. Erməniləri "böyük ermənistan" yuxusuna verən Rusiya onlardan həm Osmanlı imperiyasına qarşı istifadə edib, həm də Rusiyanın daxilində ən çirkin işlərdə, azərbaycanlılara, Türküstan əhalisinə qarşı qırğınlarda istifadə edib.

- Kitabınızda gətirdiyiniz faktlar, öldürülənlərin sayı..Bilirsiniz bu əsl soyqırımdır..

- Ümumiyyətlə bolşevik ekspansiyası Türküstanda milyonlarla insanın ölümü ilə nəticələnib! Bu qırğında erməni daşnaklarının rolu böyükdür! Dinc əhalidə qorxu yaratmaq üçün onun vəhşicəsinə qırılması əsl terrordur, etnik təmizləmədir və soyqırımdır!

- Ümumilikdə Türküstanda həmin illərdə daşnaklar və bolşeviklər tərəfindən nə qədər insan öldürülüb?

- Özbək tarixçisi Ş. Şamaqdiyevin asrxiv materialları əsasında ortaya çıxardığı rəqəmlərə görə, 1918-1919-ci illərdə Fərqanə vadisində 180 yaşayış məntəqəsi əhalisi ilə birlikdə yandırılıb. Kokandda 3 günə 10 000, Mərgilanda 7000, Əndicanda 6000, Namanqanda 2000, Kokand yaxınlığındakı Bazarkurqanda 4500, Oşda 2000, Çustda 1500 insan vəhşicəsinə qətlə qetirilib və cinayətin izini itirmık məqsədi ilə daşnaklar bütün meyidləri yandırıblar. Türküstanda bütün bu bolşevik-daşnak terroru arxiv materialları ilə təsdiqlənir. Üç ay ərzində Fərqanə vadisində erməni daşnakları tərəfindən 35 000 özbək öldürülüb. 10 il davam edən bolşevik terroru nəticəsində isə Türküstanda 1 milyon 700 min nəfər öldürülüb.

- Bütün faktların açılmasından sonra Özbəkistan tarixində bu hadisələr öz əksini tapacaq?

- Daşnak-bolşevik cəlladlarının cinayətləri Fərqanədə törətdikləri soyqırımla bitmir. Onlar bütün Mərkəzi Asiyada belə qırğınlar törədiblər. Türküstanın milli azadlıq mübarizəsi isə müasir Özbəkistanın tarixində öz əksini tapıb və ümumtəhsil müəssisələrində tədris olunur. Ali məktəblərdə bu haqda mühazirələr oxunur və bu mövzu dövlət imtahanına salınıb. Sovet dövrü Özbəkistan Respublikasının tarixində "Sovet Kolonial dövrü" kimi öz əksini tapıb.

- Müsəlman xalqlara qarşı Sovet hakimiyyətinin siyasəti Rusiya imperiyasının siyasətindən nə ilə fərqlənirdi?

- Qısa deyəcəm, faktiki olaraq heç nə ilə fərqlənmirdi. Sadəcə kolonial siyasət sifətini dəyişmişdi, mahiyyətcə həmin siyasət davam edirdi. Rusiya imperiyası bu kolonial siyasətin əsasını qoymuşdu, sovetlər həmin siyasəti davam etdirirdilər.

- Və bir az da Özbəkistanın Ermənistanla əlaqələrindən danışaq...

- Çin atalar sözündə belə deyilir: "qaranlıq otaqda qara pişiyi tapmaq olmaz, üstəlik əgər o pişik orada yoxdursa". Ermənistanla Özbəkistanın heç bir əlaqəsi yoxdur. Bizim hətta Ermənistanda səfirliyimiz belə yoxdur. Özbəkistanda da erməni səfirliyi yoxdur. Mal dövriyyəsi sıfıra bərabərdir. Özbəkistan BMT TŞ-ının Dağlıq Qarabağ haqqında qəbul etdiyi №822, №853, №874 и №884 qətnamələri dəstəkləyir. Özbəkistan Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.

- Şöhrət bəy, maraqlı müsahibəyə görə təşəkkür edirəm və sizə çoxlu yaradıcılıq uğurları arzulayıram. 

- Sağ olun, söhbətimizdən çox məmnun oldum. (Ölkə.az)




Baxış sayı: 2 475
Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir Dünən, 21:00 Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb Dünən, 19:00 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib Dünən, 17:00 Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb Dünən, 17:00 President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan Dünən, 15:00 Zelenski ABŞ-dən "Patriot" raketlərinin ən azı 5 faizini Ukraynaya satmağı xahiş edib Dünən, 10:30 İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi Dünən, 10:00 BDYPİ piyadalara müraciət edib: “Yol təhlükəsizliyi hər kəsin düzgün davranışından başlayır” Dünən, 10:00 Türk dünyasında diasporun rolu müzakirə edilib Dünən, 10:00 Türkiyə Prezidenti: Seçkilər fələstinlilər arasında barışığın təmin olunması üçün vacibdir Dünən, 09:30 Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb 12-08-2026, 21:00 "Onun adındakı işıq"  12-08-2026, 20:00 Müdafiə Nazirliyinin rəhbərliyi Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub 12-08-2026, 17:00 Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir 12-08-2026, 16:30 Səfir: Azərbaycan ABŞ-dan minatəmizləmə texnologiyaları sahəsində dəstək gözləyir 12-08-2026, 15:00 II Qareginin məhkəməsi qaranlıq həqiqətlərə işıq salacaqmı? 12-08-2026, 12:30 “Euronews” Qəbələ musiqi festivalından reportaj hazırlayıb 12-08-2026, 10:00 Bu gün Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür 12-08-2026, 09:30 Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük 12-08-2026, 08:30 Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır 12-08-2026, 08:00 Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu 11-08-2026, 18:30 Azərbaycan və ABŞ rəsmiləri Strateji Tərəfdaşlıq Xartiyasının icrasını müzakirə ediblər 11-08-2026, 18:30 Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media 11-08-2026, 16:30 Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb 11-08-2026, 15:30 DİN onlayn alış-verişdə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib 11-08-2026, 15:30 Xalq şairinin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb 11-08-2026, 15:00 Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz 11-08-2026, 11:30 Bakıda növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək 11-08-2026, 11:00 ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb 11-08-2026, 10:00 BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib 11-08-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31