FACT-INFO.AZ » İQTİSADİYYAT » Cənub Qaz Dəhlizi layihəsi: maraqlar balansının iki aspekti
4-03-2019, 09:55 | İQTİSADİYYAT
Cənub Qaz Dəhlizi layihəsi: maraqlar balansının iki aspekti

Tədbirdə Cənub Qaz Dəhlizi layihəsinin iştirakçısı olan ölkələrin təmsilçiləri iştirak ediblər. Toplantıda Prezident İlham Əliyev çıxış edib. Ölkə rəhbəri enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, enerji resurslarının nəqli, nəqliyyat dəhlizləri, nəqliyyat marşrutlarının və mənbələrinin şaxələndirilməsi aspektlərində əhəmiyyətli olan məsələlərə geniş yer verib. Bu layihənin reallaşmasının verdiyi faydaları ifadə edən İlham Əliyev vacib geosiyasi problemlər haqqında da fikir bildirib. Dövlət başçısı Azərbaycanın həyata keçirdiyi enerji siyasətinin milli dövlətçilik və geosiyasi dinamika üçün verdiyi səmərəni ifadə edib. Bu, çox aktual məsələ olduğundan onun üzərində daha geniş dayanmağa ehtiyac var.

Enerji siyasəti və milli təhlükəsizlik: Azərbaycan modelinin özəllikləri

Azərbaycanın enerji siyasətinə dünyanın marağı həmişə çox olub. 1993-cü ildən etibarən davamlı olaraq həyata keçirilən bu siyasət böyük səmərə verir. Artıq Azərbaycan enerji siyasətini daha böyük uğurla geosiyasi elementlərlə zənginləşdirir. Bu, rəsmi Bakının təşəbbüsü və aktiv iştirakı ilə reallaşan yeni enerji layihələrinin fonunda daha aydın görünür.

Cənub Qaz Dəhlizi burada ayrıca əhəmiyyət daşıyır.

Fevral ayında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib. Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri iştirak ediblər. Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger də iştirakçılar arasında olub. Toplantıda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev geniş məzmunlu nitq söyləyib.

Bu prosesə 2015-ci ildə Azərbaycanın təşəbbüsü ilə start verilib. Ötən müddət ərzində Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində ciddi addımlar atılıb. Yenə də Azərbaycan hakimiyyətinin fəallığı ilə bu layihə ilə bağlı beynəlxalq əməkdaşlıq qrupu yaradılıb. Həmin qrupa getdikcə daha çox Avropa ölkəsi qoşulmaqdadır. İndi ABŞ, Aİ-nin bir çox dövlətləri, Türkiyə və Gürcüstan Cənub Qaz Dəhlizinə dəstək verirlər.

Prezident İlham Əliyev nitqində layihənin əhəmiyyəti haqqında fikir ifadə edərkən vurğulayıb: “Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir. O zaman Azərbaycan nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı. Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığımızın başlanğıcı idi”.

Dövlət başçısının Cənub Qaz Dəhlizi layihəsini 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsi kimi xarakterizə etməsinin geosiyasi əhəmiyyəti var, çünki bu məqam onu göstərir ki, Azərbaycan düşünülmüş enerji siyasəti ilə milli maraqları təmin edir. Keçən əsrin 90-cı illərindən başlanan enerji əməkdaşlığı sadəcə ticari-iqtisadi məna daşımayıb. Azərbaycan rəhbərliyi bu kimi layihələrlə dövlətçiliyin və milli suverenliyin inkişaf etdirilməsinin qayğısına qalıb.

Burada müstəqil dövlətçilik və milli təhlükəsizlik üçün faydalı olan bir geosiyasi məqamı vurğulamaq gərəkdir. Azərbaycan enerji siyasətini daim milli-regional-qlobal miqyaslarda dövləti maraqların uzlaşdırılması kontekstində yeridib. Bu böyük siyasətin çox elementləri var. Ölkə rəhbəri tədbirdəki nitqində onun əsas hissələrini dəqiq ifadə edib. İlham Əliyev vurğulayıb: “Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir və o dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir”. Deməli, milli təhlükəsizlik məsələsi enerji təhlükəsizliyi kontekstində istehsalçı ilə yanaşı istehlakçı dövlət üçün də önəm daşıyır. İstehlakçı davamlı və dayanıqlı enerji ilə təmin olunacağına əmin olmalıdır, istehsalçının isə etibarlı bazarlara ehtiyacı var. Bu o deməkdir ki, enerji təhlükəsizliyi enerji şaxələndirilməsi ilə beynəlxalq əməkdaşlığı birləşdirməlidir ki, praktiki səmərə versin. Azərbaycan rəhbərliyi bu məqsədə yüksək səviyyədə nail olub.

Mənbələrin şaxələndirilməsi və geosiyasi reallıqlar: Avrasiya üçün yeni şans

Onun təməlini isə ölkə rəhbərliyinin daim enerji layihələrində ümumi marağı və qarşılıqlı faydanı nəzərə ala bilməsi təşkil edir. Bu kurs Azərbaycana başqa bir sahədə də ciddi uğurlar gətirib. Məsələn, dövlət başçısı həmin kontekstdə ifadə edib ki, “bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir”. Etiraf etmək lazımdır ki, ciddi rəqabətin və bir sıra dost olmayan dairələrin maneələri şəraitində buna nail olmaq böyük iradə və zəhmət tələb edir.

Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi üçün ciddi səylər göstərmək və real addımlar atmaq gərək idi. Bu məsələ həm də “Bir Qurşaq, Bir Yol” layihəsi çərçivəsində geosiyasi əhəmiyyət kəsb edirdi. Azərbaycan sistemli fəaliyyəti ilə həm enerji layihələrini reallaşdırır, həm də nəqliyyat sahəsində regionda aparıcı funksiyanı yerinə yetirir. Onu demək istərdik ki, Ermənistan bütün çabalarına baxmayaraq, bu istiqamətdə Azərbaycana heç bir maneə törədə bilmədi. Çox sevindiricidir ki, bütün bu fəaliyyətin nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş imicini qazana bilib. Bunun nə dərəcədə vacib olduğunu sübut etməyə ehtiyac yoxdur. Müasir dövrdə etibarlılıq olmasa, sərmayə qoyulmaz. Bu çatışmazlıqdan çoxlu sayda dövlət əziyyət çəkir. Azərbaycan isə əksinə, getdikcə daha etibarlı dövlət kimi qəbul edilir. Dövlət başçısının nitqində vurğuladığı kimi, “Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan ölkə kimi təqdim etməyə imkan verib. Bizim enerji şirkətləri ilə bütün müqavilələrimiz parlament tərəfindən ratifikasiya olunur və qüvvəyə minir. Bu səbəbdən də investorlar 100 faiz əmin olurlar ki, bu müqavilələrdə bir söz belə dəyişdirilməyəcək. Bu, etimad yaradır. Bu, həmçinin, bizə digər sektorlara milyardlarla investisiya cəlb etməyə imkan verib”.

Nəhayət, Cənub Qaz Dəhlizinin reallaşmasının digər bir geosiyasi mənasını da vurğulamaq zəruridir. Biz, Prezident İlham Əliyevin nitqində ifadə etdiyi maraqların balansı məsələsini nəzərdə tuturuq. Dövlət başçısı bununla bağlı ifadə edib: “Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik - yəni, istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir”. Dövlət başçısı Azərbaycanın enerji siyasətində milli maraqlara münasibətdə müxtəlif güclərin maraqlarının balanslaşdırılmasının önəm daşıdığını göstərib. Konkret olaraq Cənub Qaz Dəhlizində bu məqam öz əksini tapıb.

Digər faktor Cənub Qaz Dəhlizinin nəqliyyat marşrutlarını və mənbələrini şaxələndirmə vasitəsi kimi balansı təmin etməsi ilə bağlıdır. Bu çərçivədə Azərbaycanın Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olması ciddi məqamdır. Deməli, Azərbaycan qlobal geosiyasət üçün vacib sayılan enerji marşrutlarının şaxələndirilməsi ilə tarazlığı təmin etmək prosesində özəl yeri olan dövlətdir. Konkret ifadə edilsə, “...əslində, bu, Avropanın enerji xəritəsini dəyişdirir və beləliklə, Cənub Qaz Dəhlizinin əhəmiyyəti artır”. Geosiyasi maraqların balanslaşmasının bu iki aspektini uyğunlaşdırmaqla Azərbaycan beynəlxalq əməkdaşlığa öz töhfəsini vermiş olur. Gənc müstəqil ölkə üçün bu, böyük nailiyyətdir. Şübhə yoxdur ki, bu prosesi rəsmi Bakı daha da inkişaf etdirəcək. Bununla Azərbaycan Avrasiya məkanında xüsusi geosiyasi yeri olan və regional əməkdaşlıqda aparıcı rol oynayan dövlət olaraq beynəlxalq aləmdə öz mövqelərini daha da möhkəmlədəcək. Newtimes.az




Baxış sayı: 1 351
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30