FACT-INFO.AZ » XƏBƏR » Tatyana Borzova: Ermənistan “Kim erməni deyilsə ərazilərimizi tərk etsin!” siyasətini yürüdür
15-12-2015, 09:15 | XƏBƏR
Tatyana Borzova: Ermənistan “Kim erməni deyilsə ərazilərimizi tərk etsin!” siyasətini yürüdür

Son 10 il ərzində Ermənistandan köçənlərin 64 faizi rusdilli əhalidir. Bundan başqa, Ermənistanda əsrlərlə yaşayan azərbaycanlılar, gürcülər, belaruslar, ukraynalılar da bu ölkəni tərk etmək məcburiyyətində qalıblar. Bu gün Ermənistan “Kim erməni deyilsə, zəhmət çəkib bizim əraziləri tərk etsin!” siyasətini yürüdür.

Bu fikirləri Rusiyanın “İnterfaks” agentliyində “MDB və Baltikyanı ölkələrdə rusdilli vətəndaşların vəziyyətinin öyrənilməsi” mövzusunda keçirilən mətbuat konfransında Avrasiya Strateji Tədqiqatlar İnstitutunun eksperti Tatyana Borzova deyib. Ekspert qeyd edib ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən rusdilli əhali kütləvi şəkildə köçür. İnstitutun Dağlıq Qarabağdakı rusdilli icma ilə telefon vasitəsilə apardığı sorğunun nəticələri göstərib ki, son bir ildə bu bölgəni min rusdilli ailə tərk edib.

Avrasiya Strateji Tədqiqatlar İnstitutunun “NGO Acceptare” qeyri-hökumət təşkilatı ilə birlikdə apardığı tədqiqatın nəticələrinə görə, MDB ölkələrində rusdilli əhaliyə münasibət Azərbaycanda daha ürəkaçandır. Azərbaycanda rus dilində orta və ali təhsil almaqla yanaşı, rusdilli əhali bütün dövlət və qeyri-dövlət strukturlarında işlə təmin oluna bilir, rus icmasının nümayəndəsi parlamentdə təmsil olunur. T.Borzova deyib: “Azərbaycana səfərim zamanı Bakı Slavyan Universitetində oldum. Bu ali məktəbin mütəxəssisləri bizi ölkənin digər bölgələrinə səfərlərdə də müşayiət edirdilər. Heydər Əliyev Beynəlxalq Aeroportundan tutmuş ən ucqar bölgələrədək heç yerdə rus dilində ünsiyyət bizim üçün maneə yaratmırdı. Rusdilli əhaliyə bu cür münasibətə görə Azərbaycana minnətdarıq”. Tədqiqat çərçivəsində aparılan sorğunun “Fikrinizcə, yaşadığınız ölkədə rusdilli əhalinin hüquqlarının pozulması üçün hansı səbəblər ola bilər” sualına Azərbaycanda dini əqidə səbəbini heç kim misal gətirməyib. Halbuki dini baxımdan Rusiyaya yaxın Ermənistanda rəyi soruşulan rusdilli əhalinin 3,27 faizi dini əqidəsinə görə hüquqlarının pozulmasından şikayət edib.

Ermənistana səfərindən danışan T.Borzova vurğulayıb ki, rusdilli mətbuatda yazılanlarla Ermənistandakı vəziyyət arasında böyük fərq var. O deyib: “Mən Ermənistanda sovet dövründə də olmuşam. Ancaq budəfəki səfərim məni şok vəziyyətinə saldı. Hətta Amerikada belə mənə yolu göstərə biləcək rusdilli yerli sakin tapmaq çətin deyildi. Ermənistanda bununla bağlı çox böyük problemlərim oldu. Bu ölkədə rus dilində danışan qonağa olduqca pis münasibətlə rastlaşdım”.

Mətbuat konfransının digər iştirakçısı, “NGO Acceptare” qeyri-hökumət təşkilatının prezidenti Viktoriya Pavlenko deyib ki, Azərbaycanda qanunvericiliyə görə, rusdilli əhalinin rus dilində informasiya almaq, təhsil almaq hüququ var. Azərbaycanda qanunvericiliklə faktiki vəziyyət arasında tam uyğunluq müşahidə olunur.

Tədqiqatın nəticələrindən məlum olur ki, Ermənistan təhsil müəssisələrində rus dili hətta fakültativ səviyyədə belə öyrənilmir. V.Pavlenko deyib: “Ermənistanda rus dilində təhsilin səviyyəsinin getdikcə aşağı düşməsi həm də onunla əlaqədardır ki, bu ölkədə rus dilində təhsil alan əhali, demək olar qalmayıb. Bütün bunlar Ermənistanın tamamilə monomilli dövlətə çevrilməsi istiqamətində atılan addımlardır. Rusdilli əhalinin ölkədən köçməsi baxımından Ermənistan MDB respublikaları arasında birinci yeri tutur ”(AZƏRTAC)

 

 




Baxış sayı: 1 934
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30