FACT-INFO.AZ » CƏMİYYƏT » Almaniyalı alim Klaudia Luks: “Mərkəzi Elmi Kitabxananın işi məni heyrətləndirdi”
8-02-2019, 16:50 | CƏMİYYƏT
Almaniyalı alim Klaudia Luks: “Mərkəzi Elmi Kitabxananın işi məni heyrətləndirdi”

Fərdi oxucu kartından istifadə edərək kitabxananın kataloqunda axtarış aparıb, alman müəlliflərindən birinin kitabını sərbəst sifariş verib və çox qısa bir zaman kəsiyində istədiyini əldə edib. Qonaq MEK-in Sərgi salonunda “Heydər Əliyev - 95”, “İlham Əliyev”, “Məhəmməd Əmin Rəsulzadə - 135” mövzusunda nümayiş olunan kitablara, sənədlərə baxıb, bütün kitab fondlarını gəzib. Almaniyalı professor MEK-in Akademiklər zalında yerləşən Diplomatik fonda səfirliklər tərəfindən təqdim edilmiş kolleksiyalara tamaşa edib. Qonaq Mərkəzi Elmi Kitabxanada gördüklərindən olduqca məmnun qalıb, kollektivin fəaliyyətini yüksək qiymətləndirib, digər kitabxanalar üçün örnək olduğunu bildirib.

Klaudia Luksu daha yaxından tanıyaq. O, 34 min tələbəsi olan və Avropanın ən nüfuzlu Universitetlərindən biri hesab edilən Berlin Humboldt Universitetinin professorudur. Tərcümeyi-halında qeyd olunub ki, bu xanım kitabxana üzrə peşəkar mütəxəssisdir. Bu sahədə böyük təcrübəyə və elmi təfəkkürə malikdir. 1985-ci ildə sosial elmləri araşdırması nəticəsində Boxum Rur Universitetində sinologiya sahəsində doktorluq dissertasiyasını müdafiə edib. Bundan sonra, Ali Kitabxana Xidmətində təhsilini tamamlayıb. Berlin Dövlət Kitabxanasının Şərqi Asiya şöbəsində işləyib və bir sıra tədqiqat layihələrində iştirak edib. Senat Berlin Kitabxanasına da rəhbərlik edib. Daha sonra 1997-ci ildə Berlin Mərkəzi Kitabxanasının (Zentral- und Landesbibliothek Berlin) baş icraçı direktoru olub.

1995-ci ildən 2004-cü ilə qədər Alman Kitabxana Assosiasiyasının idarə heyətinin və IFLA Milli Komitəsinin üzvü seçilib. 2007-2009-cu illərdə IFLA prezidenti kimi çalışıb. O, Aleks Birne, Qustav Hofmann və Hans-Peter Qeh-dən sonra bu vəzifəni icra edən üçüncü alman mənsubiyyətli vətəndaş və varisdir. 2006-cı ildən Klaudia Luks Berlin Humboldt Universitetinin Kitabxana və İnformasiya Elmləri İnstitutunun fəxri professorudur. 2012-ci il aprelin 1-dən etibarən Klaudia Luks Berlin Mərkəzi Kitabxanasının (ZLB) rəhbərliyini tərk edərək, Qətərə köçür və Dohada yerləşən Qətər Milli Kitabxanasının "Layihə Direktoru" vəzifəsində çalışır.

Kitabxana sahəsi üzrə dünya şöhrətli alimin, Almaniya kimi qüdrətli bir ölkənin nümayəndəsinin Azərbaycana səfəri, MEK-i ziyarət etməsi və burada yaradılan şəraitdən, oxucuya xidmətdən razı qalması əlbəttə çox qürurverici və həm də gözlənilən idi. Ölkə prezidenti İlham Əliyevin sərəncamı və iştirakı ilə açılan bu möhtəşəm məkan, AMEA Mərkəzi Elmi Kitabxanası müasir dövrdə informasiyanın əlçatan olması, elmi təfəkkürün inteqrasiyası, millətin elmi potensialının mümayişi üçün atılmış bir addımdır. MEK rəhbərliyi də öz fünksiyasını layiqincə yerinə yetirir, nəinki ölkədə, hətta dünyaya nümunə olacaq xidmət meyarları, yeni trendlərlə çıxış edir, özünün töhfəsini təqdim edir. Məsələn, bu gün ASAN xidmət modeli məhz Azərbaycana məxsusdur və dünya ölkələri bu layihənin unikal üstünlüklərindən danışır.

Mərkəzi Elmi Kitabxanada da oxuculara xidmət modeli Azərbaycan kitabxana sistemində fərqli bir yenilikdir. Burada oxucu elektron texnologiyanın imkanlarından bəhrələnir. Axtarışı asan şəkildə reallaşır və vaxt itikisinə məruz qalmadan istənilən materialı əldə etmək fürsəti qazanır.

AMEA MEK-də almaniyalı mütəxəssisin iştirakı ilə “MEK “Müasir kitabxana- problemlər və trendlər” mövzusunda keçirilən dəyirmi masanın məqsədi məhz müasir kitabxana informasiya sistemindəki yenilikləri diqqətə çatdırmağa, trendləri müzakirə etməyə yönəlmişdir.

Tədbirdə respublika kitabxanalarının və bu sahə üzrə ali məktəblərin nümayəndələri iştirak ediblər.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova “Mərkəzi Elmi Kitabxananın strateji hədəfləri və tətbiqi fəaliyyəti” mövzusunda çıxış edib və elektron kitabxanaların təşkilində qabaqcıl təcrübədən səmərəli istifadənin zəruriliyini vurğulayıb. Rəhbərlik etdiyi kitabxananın bu istiqamətdə fəaliyyətinin rəqəmsal sənədlərin formalaşdırılması, kataloqlaşdırılması, oxucular ilə iş istiqamətində qurulduğunu bildirib. Kitabxanalar üçün bir vaxtlar aktuallıq kəsb edən problemləri müasir kitabxana-informasiya problemləri ilə müqayisə edən L.İmanova MEK-in strateji hədəflərinin məhz müasir dövrün çağırışlarına əsaslandığını deyib. Əlavə edib ki, yeni çağrışlara əsasən kitabxanalar mütləq təmsil etdikləri icmaların mərkəzinə çevrilməlidir. MEK rəhbəri informasiyanın kiber və kontent təhlükəsizliyi, kitabxanaların elektron kataloqlarının tətbiqi, sərbəst elektron resursların formalaşdırılması zamanı üzləşdiyi problemlərdən də söz açıb.

“Müasir kitabxana-informasiya çağırışları və trendlər” mövzusunda çıxış edən professor Klaudia Luks qeyd edib ki, yeni sistemə inteqrasiya olunmaq, oxucuları informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq məqsədilə kompüter texnikası əsasında qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsi kitabxanaların əsas hədəflərindən olmalıdır. Konfrans iştirakçıları tətbiq edilən yeni proqram formatlarının üstün cəhətləri, mövcud elektron kataloqların müasir formatlara konvertasiya imkanları, formalaşdırılan biblioqrafik məlumatların digər kitabxanalar üçün əlçatanlığı, yeni formatlara keçidin kitabxanalara gətirdiyi üstünlük və çətinlikləri ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Sonda MEK direktoru Leyla İmanova Klaudia Luksa Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin alman dilində çap olunmuş şeirlər kitabını hədiyyə edib. Öz növbəsində K.Luks elmi məqalələrini MEK-ə təqdim edib, onunla müəllif müqaviləsi imzalanıb. Almaniyalı alim səfəri ilə bağlı Azərbaycan mətbuatının nümayəndələrinə müsahibələr verib. O Azərbaycan Televiziyasında qonaq olub. Maraqlı məqamlardan biri də budur ki, qonaq televiziyaya ona hədiyyə edilmiş və boynuna saldığı zərif Şəki kəlağayısı ilə çıxıb və bu da aparıcının diqqətini çəkib. Canlı yayımda aparıcı “Sizə bizim milli kəlağayı çox gözəl yaraşır”-deyərək Kladia Luksın gözəl görünməsinə işarə edib. Söhbət şən əhval-ruhiyyə ilə davam edib. Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova və Almaniyalı mütəxəsis kitabxana informasiya sahəsinin müasir dünya trendlərindən bəhs ediblər. Aparıcının “bu trendləri Azərbaycanda müşahidə etdiniz” sualına K.Luksun cavabı belə olub. “Mən MEK-də kitabxana işinə heyran qaldım. Mərkəzi Elmi Kitabxana, o cünlədən Vahid qeydiyyat sistemi (VİS) vasitəsi ilə nəşrlərin açıq girişini əldə edib. Əlbəttə ki, bu müasir tələblərə cavab verir. MEK əməkdaşları o qədər buna səy göstərirlər ki, onlar işlərinə heyrandırlar və yorulmadan çalışırlar. MEK-ə daxil olan hər bir nəşr kitabxana işinin sistemli şəkildə elektron kataloquna daxil edilir. Və bunu əməkdaşlar uğurla həyata keçirirlər. Mən belə fikiriləşirəm ki, artıq bu sistem telefonlara da köçürülə bilər və vaxt məhdudluğu aradan götürülər, telefonda onu icra edə bilərlər. Bütün kitabxana prosesləri MEK-in daxilində həyata keçirilməli , sonra isə Azərbaycanın digər kitabxanaları da bu sistem üzrə işləməlidir. Yeni trendlərdən biri və ən aktualı odur ki, hər şeydən əvvəl qədim kitabların rəqəmsallaşdırılmasıdır. Leyla İmanovanın rəhbərlik etdiyi kitabxana bu işdə çox aktivdir. Mərkəzi Elmi Kitabxana artıq öz kitab fondunun 20 faizini rəqəmsallaşdırıb...”

Leyla İmanova almaniyalı mütəxəssisi heyran qoyan MEK-in öz əməkdaşları tərəfindən hazırlanmış Vahid İdarəetmə Sistemi proqramının özəlliyndən danışıb, VİS proqramı çərçivəsində tərtib edilən kataloqun bir neçə sahəyə, rahat transformasiya olunmasından söhbət açıb, 200 meyar arasında lazım olan 5, 10 meyarı seçib, məlumatın eksportunu, istənilən hər bir təşkilatın sorğularını qısa vaxt ərzində tam təmin olunması imkanlarının olduğunu bildirib. Görülmüş işlərdən birini misal çəkib ki, Nazirlər Kabinetinə “Kitab abidələri” çərçivəsində mindən artıq kitabın, MEK hazırladığı balaca bir disk formasında elektron reyestrini, axtarışa, seçimə, sistemləşdirməyə çox asan bir formatda təqdim ediblər. Halbuki, indiyə kimi hər bir kitab üzrə 6-7 səhifə pasport məlumatı verilirdi...

Bugünkü gündə dizayn cəhətdən könül oxşayan tərtibat əsasında qurulmuş, modern üslubda inşa olunmuş arxitektura nümunəsi olan, lazımi zəruri texnologiya ilə hər cür təmin olunmuş AMEA-nın Mərkəzi Elmi Kitabxanasında yaradılan müasir şərait, oxuculara təqdim edilən rəqəmsal kitablar, eləcə də dünyanın ən qədim və unikal nəşrlərini əldə etmək imkanı, bir sözlə tədqiqatçılara göstərilən tam fərqli xidmət dünyanın kitabxana informasiya sistemində tələb olunan trendlərə nəinki tam cavab verir, həm də ölkə məkanında özəl bir yenilikdir.

Şəlalə Məhyəddinqızı




Baxış sayı: 2 421
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031