FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Yaqub Mahmudovun xarici dillərdə çap olunan kitablarının təqdimatı oldu
8-02-2019, 08:35 | TƏDQİQATLAR-ANALITIKA
Yaqub Mahmudovun xarici dillərdə çap olunan kitablarının təqdimatı oldu

İnstitutdan verilən məlumata görə, təqdimat mərasimi Prezident Kitabxanasının təşkilatçılığı və Tarix İnstitutunun elmi dəstəyi ilə reallaşıb. Tədbiri Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açaraq, Y.Mahmudovun Azərbaycan tarix elminə verdiyi töhfələrdən və əsərlərinin əhəmiyyətindən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə Tarix İnstitutunda son 15 ildə Azərbaycan tarixinin ən mühüm problemləri saxtalaşdırmalardan və təhriflərdən təmizlənib. İnstitutda Qarabağ, İrəvan, Naxçıvan, soyqırımları və itirilmiş torpaqların tarixi araşdırılaraq, tarixi həqiqəti əks etdirən əsərlər yazılıb. Milli Məclisin deputatı Fəzail Ağamalı, AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavinləri Tofiq Nəcəfli və Cəbi Bəhramov, Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli və başqaları qeyd ediblər ki, Tarix İnstitutu əsərlərin xarici dillərdə nəşr olunması və dünya ölkələrində yayılmasını diqqət mərkəzində saxlayır, Y.Mahmudovun elmi yaradıcılığında xarici dillərdə nəşr olunan əsərlər mühüm yer tutur. Qeyd olunub ki, institut rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, fars, erməni və başqa dillərdə "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi", "Qarabağ: real tarix, faktlar, sənədlər", "Real tarix və "Böyük Ermənistan" uydurması", "Azərbaycan: qısa dövlətçilik tarixi", İrəvan xanlığı ilə bağlı broşürlər və digər kitabları çap etdirib. Bu əsərlər Türkiyədə, Rusiyada, Ukraynada, Pakistanda, Latın Amerikasında, Avropada, ərəb ölkələrində və digər yerlərdə yayılıb. Əlavə olunub ki, institut nəşrlərin yayılmasının səmərəliliyini artırmaq üçün dünyanın müxtəlif ölkələrində Azərbaycanşünaslıq mərkəzləri yaradır. 2018-ci ildə Tarix İnstitutunun təşəbbüsü ilə Polşada Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə sənəd topluları, soyqırımı və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi polyak dilinə tərcümə olunur. Yaxın zamanlarda xaricdə yeni Azərbaycanşünaslıq mərkəzləri açılacaq.




Baxış sayı: 1 464
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30