FACT-INFO.AZ » İQTİSADİYYAT » Neft tariximizə böyük ehtiram hissilə
13-01-2019, 13:40 | İQTİSADİYYAT
Neft tariximizə böyük ehtiram hissilə

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanmışdır. Dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdır. Bu gün neft tariximizdə mühüm mərhələsini təşkil edən digər bir neft yatağı haqqında söhbət açmaq istərdik.

"Pirallahı" neft və qaz yatağı Abşeron yarımadasında şərqə doğru arxipelaqın Şimal-qərb hissəsində Bakı şəhərindən 60 km məsafədə yerləşir. "Pirallahı" adası yatağı qədim neft və qaz təzahürləri ilə tanınmış və uzun müddət kustar üsullarla işlənmişdir. 1861-ci ildə "Pirallahı" adasında Azərbaycanda ilk dəfə olaraq əcnəbi əczaçı (aptekçi) Vitte tərəfindən kiçik neftayırma zavodu tikilmiş və orada kerosin və şam istehsal edilməyə başlanmışdır. Qeyd etmək lazımdır ki, bu zavodda xam-mal kimi adada olan qır və neftdən istifadə edilmişdir.

Ümumiyyətlə, "Pirallahı" adasının yeraltı sərvətləri haqqında ilk geoloji məlumatı 1861-ci ildə akademik Q. Abix vermişdir. O sübut etmişdir ki, adada zəngin neft ehtiyatı vardır. 1897-ci ildə Nobel qardaşları eyni vaxtda bir neçə qazma dəzgahı ilə kəşfiyyat quyuları qazmağa başlayırlar. Arxipov, Kraft və Sulukidzenin göstərdiyinə görə "Pirallahı" adasında hələ 1870-ci ildə neft istismar quyusu olmuşdur.

1902-ci ilin dekabr ayında 44 saylı quyunun sınağı zamanı neft alınmışdır və bu vaxtdan QAD və QD horizntlarında axtarış-kəşfiyyat işləri aparılmışdır. 1928-29 – cu illərdə müəyyən edildi ki, adanın neft yataqlarının əsas hissəsi adanın şimal sərhədlərində Xəzər sularının altında yerləşər. Bu vaxt adada 10-cu mədənin bazasında Bibiheybət mədənlər qrupu sistemində Pirallahıda mədən yaradıldı. 1935-ci ildə adada neft hasilatı dünya təcrübəsində ilk dəfə olaraq dənizə addımladı, o vaxtdan başlayaraq adadan şimala doğru böyük bir sahədə qazma işləri başladı. "Pirallahı" adasında ilk sənaye əhəmiyyətli neft 1902-ci ilin dekabr ayında 44 saylı quyudan alınmışdır.

Odur ki, həmin il "Pirallahı" adası yatağının işlənməsinin başlanğıcı sayılır. Neftqazçıxarma idarəsi 1936- cı ildə yaradılmışdır. Sahildən 520 m aralı polad dirəklər üzərində 1935-ci ildə qazılmış 157 saylı quyu bu gün də işləyir. 1952-ci ildə "Abşeronneft" NQÇİ-nin neft hasilatı rekord səviyyəyə - 1,5 milyon tona çatır. Dünya üzrə dənizdə neftçıxarma sənayesində ilk olan "Pirallahı" adasında bir əsrdən çoxdur ki, neft yataqları istismar olunur.

Hazırda “Abşeronneft" NQÇİ 1902-ci ildə qazılmış quyunu muzey komleksi kimi bərpa etdirib, ətrafinda yaşıllıqlar zolağı salıb. Bu da zəngin neft tariximizə böyük ehtiramın əlamətidir. Məhz möhtəşəm neft tarixinə belə mühüm diqqətin və gərgin zəhmətin nəticəsidir ki, “Abşeronneft" NQÇİ bu gun çox ciddi iqtisadi göstəricilərə nail olub.

Toğrul

Fact-info.az




Baxış sayı: 1 875
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30