FACT-INFO.AZ » AKTUAL » Fazil İbrahimov: “Maarifçilik işlərinin müsbət nəticəsidir ki, təhlükəsizlik qaydalarının tələblərinə tam əməl olunur”
26-11-2018, 20:05 | AKTUAL
Fazil İbrahimov: “Maarifçilik işlərinin müsbət nəticəsidir ki, təhlükəsizlik qaydalarının tələblərinə tam əməl olunur”

Fact-info.az-ın suallarını “Azneft” İstehsalat Birliyi "Abşeronneft" NQÇİ-nin baş geoloqu Fazil İbrahimov cavablandırır:

-Fazil müəllim, məlumdur ki, Azərbaycanda neftçıxarmanın tarixi çox maraqlı və qədimdir. Söhbətimizə "Abşeronneft" NQÇİ-in tarixinə nəzər salmaqla başlayaq.

- Həqiqətən Abşeron yarımadası qədim neft diyarı sayılır. "Pirallahı" neft və qaz yatağı Abşeron yarımadasında şərqə doğru arxipelaqın Şimal-qərb hissəsində Bakı şəhərindən 60 km məsafədə yerləşir. "Pirallahı" adası yatağı qədim neft və qaz təzahürləri ilə tanınmış və uzun müddət kustar üsullarla işlənmişdir. 1861-ci ildə "Pirallahı" adasında Azərbaycanda ilk dəfə olaraq əcnəbi əczaçı (aptekçi) Vitte tərəfindən kiçik neftayırma zavodu tikilmiş və orada kerosin və şam istehsal edilməyə başlanmışdır. Qeyd etmək lazımdır ki, bu zavodda xam-mal kimi adada olan qır və neftdən istifadə edilmişdir. Ümumiyyətlə, "Pirallahı" adasının yeraltı sərvətləri haqqında ilk geoloji məlumatı 1861-ci ildə akademik Q. Abix vermişdir. O sübut etmişdir ki, adada zəngin neft ehtiyatı vardır. 1897-ci ildə Nobel qardaşları eyni vaxtda bir neçə qazma dəzgahı ilə kəşfiyyat quyuları qazmağa başlayırlar. Arxipov, Kraft və Sulukidzenin göstərdiyinə görə "Pirallahı" adasında hələ 1870-ci ildə neft istismar quyusu olmuşdur. 1902-ci ilin dekabr ayında 44 saylı quyunun sınağı zamanı neft alınmışdır və bu vaxtdan QAD və QD horizntlarında axtarış-kəşfiyyat işləri aparılmışdır. 1928-29 – cu illərdə müəyyən edildi ki, adanın neft yataqlarının əsas hissəsi adanın şimal sərhədlərində Xəzər sularının altında yerləşər. Bu vaxt adada 10-cu mədənin bazasında Bibiheybət mədənlər qrupu sistemində Pirallahıda mədən yaradıldı. 1935-ci ildə adada neft hasilatı dünya təcrübəsində ilk dəfə olaraq dənizə addımladı, o vaxtdan başlayaraq adadan şimala doğru böyük bir sahədə qazma işləri başladı. "Pirallahı" adasında ilk sənaye əhəmiyyətli neft 1902-ci ilin dekabr ayında 44 saylı quyudan alınmışdır.Odur ki, həmin il "Pirallahı" adası yatağının işlənməsinin başlanğıcı sayılır. Neftqazçıxarma idarəsi 1936- cı ildə yaradılmışdır. Sahildən 520 m aralı polad dirəklər üzərində 1935-ci ildə qazılmış 157 saylı quyu bu gün də işləyir. 1952-ci ildə "Abşeronneft" NQÇİ-nin neft hasilatı rekord səviyyəyə - 1,5 milyon tona çatır. Dünya üzrə dənizdə neftçıxarma sənayesində ilk olan "Pirallahı" adasında bir əsrdən çoxdur ki, neft yataqları istismar olunur.

- "Abşeronneft" NQÇİ-in indiki durumu, istehsalın rentabelleyi, həmin idarənin Azərbaycanın neft sənayesinə verdiyi töhfələr haqqında nə deyə bilərsiniz?

-"Abşeronneft" NQÇİ-in fəaliyyəti bu gün tam rentabellidir. Bizim idarə hazırda gəlirlə işləyir. Qarşımıza qoyulan tapşırıqlar yerinə yetirilir. Neftin çıxarılması nəzərdə tutulduğu qaydada gerçəkləşir. Hətta vaxtı ilə fəaliyyəti dayandırılmış bəzi quyular bu gün yenidən istismara verilmişdir.

-Bəs, dəniz şəraitində çalışarkən təhlükəsizlik qaydalarına necə əməl olunur?

-Dəniz şəraitində neft-qaz yataqlarının istismarında çalışan neftçilərimizin təhlükəsizliyi SOCAR-da hər zaman prioritet məsələdir. İş şəraitində təhlükəsizliyin təmin edilməsi üçün bir sıra zəruri addımlar atılıb. İş yerlərinin zəruri mühafizə vasitələri ilə təmin olunmaları üçün kompleks tədbirlər görülüb. Bəzi avadanlıqların, qurğuların, o cümlədən hidrotrexniki qurğuların vəziyyətinə nəzarət gücləndirilib.

-Təhlükəsizliklə bağlı riskləri aradan qaldırılmış hesab etmək olarmı?

-Mütəmadi olaraq aidiyyəti üzrə yoxlamalar keçirilir, aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Əgər bütün lazım olan texnika orada mövcuddursa və işçi ondan istifadə etməyi bacarmırsa bu təhlükəli ola bilər. Ona görə də orada çalışan işçilər arasında maarifçilik işləri aparılır. Yəni əməyin mühafizəsi üçün cavabdeh olan şəxslər arasında təlimatlandırma işləri həyata keçirilir ki, həmin işçilər nəzərdə tutulan avadanlıqlardan lazım olan məqamda düzgün istifadə etməyi bacarsınlar. Onu da qeyd edək ki, dənizdəki estakadalara xilasedici qayıqlar yerləşdirilib. Mütəmadi olaraq həmin qayıqların sazlığı yoxlanılır. Bu texnikadan istifadə edəcək məsul şəxslər üçün təlim kursları keçirilib. Belə texnikalarla çalışan insanlarla, ümumilikdə, orada fəaliyyət göstərən işçilərlə maarifləndirmə işlərinə hər zaman üstünlük veririk. Belə maarifçilik işlərinin müsbət nəticəsidir ki, təhlükəsizlik qaydalarının tələblərinə tam əməl olunur. Bundan əlavə dəniz şəraitində tibbi ləvazimatların təminatında heç bir problem yoxdur. Artıq estakadalarda qidalanmadan, tibbi ləvavazimatların təminatından tutumuş bütün məqamlar mövcud təlimatlara uyğun səviyyədə həyata keçirilir.

-Məlum məsələdir ki, neftçıxarma ərazilərində mövcud olan estakadalar müxtəlif dəmir borular üzərindədir. Bu boruların dözümlülüyü, real vəziyyəti necə öyrənilir?

-Həmin borulara daim nəzarət edən müvafiq şöbələr var. Mütəmadi olaraq həmin qurum monitorinq keçirir. Əgər hər hansı boruda nasazlıq aşkar edilərsə, həmin borular dərhal dəyişdirilir, ehtiyac yaranarsa təmir edilir. Dəniz şəraitində sərt iqlim şəraiti nəzərə alınaraq qabaqcadan çox ciddi tədbirlər görülür. İstər əməyin təhlükəsizliyi, istər iş şəraitinin normallaşması istiqamətində atılan addımlar realığa cavab verir.

-Geoloq kimi perspektiv yataqlar barəsində nə deyə bilərsiniz?

-Hər zaman geoloji kəşfiyyat işləri davam edir. Perspektivdə xeyli neft-qaz yataqlarımız var. Bizim hesablarımıza görə, “Qoşadaş” və “Ağburun” yataqları kifayət qədər potensialı olan mənbələrdir. Dənizdə elə mənbələr var ki, hələ həmin yataqların resursları tam öyrənilməyib. Aparılan elmi tədqiqatlar zaman keçdikcə bu sahədə öz bəhrəsini verəcək, yeni texnologiyalar tətbiq olunacaq.

Toğrul

Fact-info.az




Baxış sayı: 3 986
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30