FACT-INFO.AZ » MƏDƏNİYYƏT » İşğal altındakı yurd yerlərimiz
17-10-2018, 09:10 | MƏDƏNİYYƏT
İşğal altındakı yurd yerlərimiz

Hoçaz kəndi Laçın rayonunun ən qədim yaşayış mərkəzlərindən biridir. Bu ərazi tarixi baxımdan hələ tam öyrənilmədiyindən bu ərazinin tarixi barədə hələ tam və qəti fikir söyləmək mümkün deyildir. 1992-ci il erməni işğalından sonra ermənilər Hoçaz kəndinin adını dəyişdirərək Hunçak bəzən Hoçany bəzən də Xoçes adlandırırlar.

Hoçaz kəndində I-II əsrə aid olan ilk insan məskəni sayılan mağara, yaxşı vəziyyətdə dövrümüzə qədər gəlib çatmışdır. Üzərindən min illər keçsə belə abidə heç bir təbiət hadisələrinin təsirinə məruz qalmamışdır. Mağara V-IX əsrlərdə yenilənməyə məruz qalmış, divarlarda 200-dən çox oyuqlar qazılmış, mağaranın içərisini işıqlandırmaq üçün bir neçə yerdən baca (deşik) açılmışdır.

Höçaz kəndindən, Höçaz qayası (dağı) istiqamətində, diqqətəçatacaq qədər sayca çox qədim yaşayış yerlərinin qalıqları, istehkamlar, siklop tipli memarlıq abidələrinin qalıqları, çoxlu sayda kurqanlar ermənilər tərəfindən istismar edilir.

Böyük tarixi əhəmiyyəti olan abidələr o cümlədən bir çox bədii daş nümunələri yazı nümunələri Hoçaz kəndini illərdir ermənilərin diqqət mərkəzində saxlayır. Ermənilər bu kəndin də tarixi erməni “ərazilərinə” aid olduğunu təbliğ etmək üçün, özlərinin ənənvi metodlarından yəni bu ərazilərə erməni dilində daş yazı nümunələri basdırmaqla “sübut” etməyə çalışırlar.

Hoçaz kəndinin ərazisində antik dövrlərə aid olan qala tikintisi, Qafqaz Albaniyası dövrünə aid birnefli Sovmə və eləcə də sujet xarakterli daş oymalar, at qoç fiqurları və digər bədii daş sənətinin unikal nümunələri mövcuddur. Kəndin mərkəzində yerləşən tikintisi XII-XIII əsrə güman edilən Qafqaz Albaniyası dövrünə aid ikinefli Bazilikanın ümumi ölçüsü 13,40x8,15 m divarlarının qalınlığı 105-110 sm-dir. Abidənin cənub fasadının üzərindəki yazılı daş 1995-ci ildə ermənilər tərəfindən dəyişdirilmişdir. Abidənin tikintisində pud daşlardan və əhəngdən istifadə olunmuşdur.

Ermənistan hökuməti 2007-ci ildən öz qərarı ilə buradakı alban abidəsinə erməni kilsəsi statusu verib.

Hoçaz kəndinin etnik tərkibi bütün dövrlərdə azərbaycanlılardan ibarət olmuşdur. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Əhalinin yaşayış evləri kahalardan, qara damlardan və sonralar müasirləşən tipik kənd evlərindən ibarət idi.

Faiq İsmayılov

Azərbaycan Nazirlər Kabineti yanında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun eksperti




Baxış sayı: 2 690
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031