FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Klassiklər və müasirlər” layihəsi
29-08-2018, 09:20 | MƏDƏNİYYƏT
“Klassiklər və müasirlər” layihəsi

Fact-info.az-ın məlumatına görə layihənin müəllifi Azərbaycan yazıçısı Kamran Nəzirli AZƏRTAC-a bildirib ki, məqsəd Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin yaradıcılığını MDB kimi geniş məkanda yaymaq və təbliğ etməkdir.

“Ötən əsrin 90-cı illərindən bəri dünyada baş verən tektonik dəyişikliklər, habelə məlum ictimai-siyasi proseslər xalqlar arasında ədəbi-mədəni əlaqələrə də təsir edib. Bu müddət ərzində formalaşan yeni nəsillər, xüsusən MDB məkanı kimi geniş bir ərazidə doğulan əhalinin əksəriyyəti Azərbaycanın klassik və müasir ədəbiyyatı barədə az məlumatlıdır. Buna görə də Beynəlxalq Humanitar Portalın redaksiya heyəti ilə birlikdə razılaşdıq ki, bu sahədə əməkdaşlığımızı daha da möhkəmləndirək, Azərbaycanla bağlı yeni layihələrə başlayaq. Mənim təqdim etdiyim yeni layihə Azərbaycanda tarixən ənənə halını almış yaradıcı ailələr və onların davamçıları ilə bağlıdır. Bu layihə onların diqqətini çəkdi və beləliklə, onlar səhifəni Azərbaycanın ilk Xalq şairi, klassik sovet poeziyasının görkəmli nümayəndəsi Səməd Vurğun və onun oğlanları ilə başladılar”, - deyə K. Nəzirli söyləyib.

“Unikal ailənin unikal şəxsiyyətləri” sərlövhəsi ilə təqdim edilən məqalənin giriş hissəsində K. Nəzirli qeyd edir ki, tarixən formalaşan belə unikal ailələr dünya mədəniyyətinə onlarca alim, rəssam, musiqiçi, şair və nasir bağışlayıblar: “Həsən bəy Zərdabi və onun arvadı, Müslüm Maqomayev və onun nəvəsi, Üzeyir Hacıbəyli və onun qardaşları, Qara Qarayev və onun qardaşı, Fikrət Əmirov, atası və oğlu, Cəlil Məmmədquluzadə və onun arvadı, Mir Cəlal Paşayev, oğlanları və nəvələri, Mirzə İbrahimov və onun qızları, Rəsul Rza, arvadı, oğlu və nəvəsi... Lakin bu gün mən sizə belə ailələrdən biri - Səməd Vurğun və onun oğlanları haqqında danışmaq istəyirəm”.

Təqdimatda daha sonra Azərbaycan və sovet poeziyasının klassiki Səməd Vurğunun, Yusif və Vaqif Səməd oğlu qardaşlarının həyat və yaradıcılığı barədə oxuculara geniş məlumat verilir, ölməz Səməd Vurğunun məşhur “Azərbaycan” şeiri və Vaqif Səmədoğlu yaradıcılığından nümunələr təqdim edilir.

- Belə səhifələr davamlı olacaq, - deyən K. Nəzirli müxbirimizə bildirib: “Azərbaycanın klassik və müasir ədəbiyyatından nümunələri həm rus, həm də Belarus xalqının dilində təqdim etməyə çalışacağıq. Amma düşünürəm ki, bu, bir nəfərin işi deyil, tərcümə ilə bağlı çətinliklər var, materialların əksəriyyəti Azərbaycan dilindədir. MDB kimi geniş məkana, habelə Şərqi Avropaya çıxmaq üçün bizə rus, yaxud ingilis dilində materiallar lazımdır. Bu işlərlə peşəkar məşğul olan adamlar isə çox azdır, onları barmaqla saymaq olar. Başqa texniki çətinliklər də mövcuddur. Buna görə də hələlik müvafiq sahədə təcrübəsi olan insanlarla könüllülük prinsipi əsasında işləyəcəyik”.




Baxış sayı: 1 515
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031