FACT-INFO.AZ » SİYASƏT » “The Jewish Voice” qəzeti: Erməni antisemitizmi yenidən baş qaldırır
12-06-2018, 08:10 | SİYASƏT
“The Jewish Voice” qəzeti: Erməni antisemitizmi yenidən baş qaldırır

Fact-info.az AZƏRTAC-a istidadən xəbər verir ki, məqalədə bir çox ekspertlərin Ermənistanın yəhudi icmasının rəhbəri Rima Varzhapetyanın yəhudi olduğuna şübhə ilə yanaşdıqları bildirilir. Qeyd edilir ki, bir çoxları onun antisemit hökumətin siması olduğunu düşünürlər. “Pew” Araşdırma Mərkəzinin məlumatına münasibət bildirən Varzhapetyan isə bununla razılaşmadığını bildirib. Rəqəmlər isə yalan demir.

Martın 28-də “Pew” Araşdırma Mərkəzi tərəfindən dərc edilən məlumata əsasən, Mərkəzi və Şərqi Avropanın 18 ölkəsi arasında Ermənistan yəhudilərə qarşı ən az tolerant olan ölkə seçilib. Respondentlərin 32 faizi bildirib ki, ermənilər yəhudiləri hətta soydaşları kimi də qəbul etmirlər. Bu rəqəm kəskin görünsə də, əslində, təəccüblü deyil.

Mərkəz 2015-ci ilin iyun ayından 2016-cı ilin iyul ayına qədər keçirdiyi sorğuya əsaslanaraq, 2014-cü ildə Antiböhtan Liqası tərəfindən keçirilən səsvermənin nəticələrini təsdiqləyir. Bu da onu göstərir ki, ermənilərin əksəriyyəti antisemitizm nəzəriyyələrinin bir çoxunun “doğruluğuna” inanır. Onlar, həmçinin yəhudilərin biznes dünyası (72 faiz) və beynəlxalq maliyyə bazarlarında (68 faiz) böyük hakimiyyətə malik olmalarına, İsrailə yaşadığı ölkədən daha loyal olduğuna (68 faiz), insanların yəhudilərə davranışlarına görə nifrət etmələrinə (63 faiz), yəhudilərin özlərindən başqa heç kəsə önəm vermədiklərinə (60 faiz), özlərini digər xalqlardan üstün hesab etmələrinə (53 faiz), qlobal işlərdə böyük hakimiyyətə malik olmalarına (51 faiz), ABŞ hakimiyyətinin üzərində yəhudilərin böyük təsirinin olmasına (51 faiz) inanırlar.

Məqalədə bildirilir ki, Ermənistanda antisemitizmə tipik rəsmi cavab onun varlığını rədd etməkdir. Ermənistanın paytaxtı Yerevanda Holokost xatirəsinə ucaldılan abidə 2004-2005-ci illərdə bir neçə dəfə vəhşicəsinə dağıdılıb. Lakin polis bunu inkar edərək “abidə özü çöküb” məlumatını verib və beləliklə, bununla bağlı araşdırma aparılmayıb.

Ermənilərin “168 Saat” qəzetində dərc olunan bir məqalədə jurnalist Emil Danielyan yazır ki, erməni antisemitizmin kökləri 1960-cı və 1970-ci illərə gedib çıxır. Bəzi sovet tarixçilərinin fikrincə, gənc türklər “erməni soyqırımı”nı törədərkən “sionistlər” tərəfindən idarə olunublar. Bir çox erməni millətçiləri bu gülünc nəzəriyyədən istifadə edirdilər. Milliyyətçi qüvvələr ötən bir neçə il ərzində mətbuatda antiyəhudi şərhlər yaymaqla daha da aktivləşdilər. “Tribe Worshippers”in tanınmış nümayəndəsi Armen Avetisyan 2003-2004-cü illərdə Ermənistan mediasında ən çox haqqında danışılmış insan oldu. Müsahibələrdən birində Avetisyan bütün yəhudiləri Ermənistandan sürgün etməklə təhdid etdi. Hətta ALM televiziya şəbəkəsinin sahibi Tiqran Karapetyan yəhudiləri lənətləməkdən həzz aldi.

Danielyan, həmçinin qeyd edib ki, 2006-cı ildə Ermənistanda Holokost xatirəsinə həsr olunmuş tədbirə yerli yəhudi icmasının müxtəlif nümayəndələri, erməni dövlət rəsmiləri və ictimai xadimlər dəvət edilsə də, yalniz deputat Mkrtiç Minasyan orada iştirak etmək qərarına gəlmişdi.

Müəllif vurğulayır ki, erməni antisemitizmi ciddi problemdir və bu məsələ inkar olunmamalı, nəzərdən qaçırılmamalıdır. Bəlkə də bu səbəbdən İsrail Ermənistanla ikitərəfli əlaqələrə belə az maraq göstərir, amma onun əhalisi müsəlman olan qonşusu və yüksək dərəcədə tolerant ölkə sayılan Azərbaycanı bağrına basır.




Baxış sayı: 1 540
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031