FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Azərbaycanın mədəni irsi UNESCO-da” adlı sərgi açılıb
12-05-2018, 10:40 | MƏDƏNİYYƏT
“Azərbaycanın mədəni irsi UNESCO-da” adlı sərgi açılıb

İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında keçirilən sərginin təşkil olunmasında əsas məqsəd ulu öndər Heydər Əliyevin Azərbaycanın UNESCO ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində göstərdiyi əvəzsiz xidmətlərin əhəmiyyətini ictimaiyyətə çatdırmaqdır.

Sərgidə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi Mədəni Mərkəzinin direktoru Cavid Kazımov Ulu Öndərin müasir Azərbaycanın qurucusu olduğunu vurğulayaraq, onun Azərbaycan xalqının mədəni irsinə göstərdiyi diqqət və qayğıdan söz açıb.

Sonra çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov Ulu Öndərin əziz xatirəsinin silsilə tədbirlərlə yad edildiyini söyləyib. E.Sultanov Ulu Öndərin müasir Azərbaycan dövlətinin memarı olduğunu və ölkəmizdə qazanılan bütün nailiyyətlərin Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğulayaraq deyib ki, ölkəmizin UNESCO ilə əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində Ümummilli Liderin xidmətləri əvəzedilməzdir. Natiq qeyd edib ki, dahi şəxsiyyətin diqqəti nəticəsində UNESCO-da Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tədbirlər keçirilib, Bakıda da bu beynəlxalq qurumun dəstəyi ilə müxtəlif tədbirlər təşkil olunub. E.Sultanov bildirib ki, Ümummilli Liderin 21 fevral 1994-cü il tarixli Sərəncamı ilə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb.

Azərbaycanın UNESCO-nun fəal üzvü olduğunu və artıq 26 ildir ki, ölkəmizin UNESCO dəyərlərinin təşviqində müstəsna rol oynadığını qeyd edən baş katib Azərbaycan ilə UNESCO arasında mövcud olan sıx əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi xidmətlərinin olduğunu qeyd edib. E.Sultanov bildirib ki, bu gün ictimaiyyətə təqdim edilən sərgidə nümayiş olunan hər bir əsər xalqımızın zəngin mədəni irsini əks etdirir, istər muğam sənəti, tar, kamança alətlərimiz, istər aşıq sənəti, yaxud da xalça sənətimiz, kəlağayımız, Qobustan qayaüstü abidələri, eləcə də tədbirimizin keçirildiyi İçərişəhərimiz qədim irsimizin parlaq nümunələridir. Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi mayın 19-dək davam edəcək.

Bu rəsm sərgisində yer alan əsərlər bir çox gənc və tanınmış rəssamların müxtəlif üslubda işlədikləri, zəngin və qədim mədəni irsimizi əks etdirən mövzular üzrə özünəməxsus tərzdə yaratdıqları əsərlərdən ibarətdir. Qeyd edək ki, ötən il də Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 25 illiyi münasibətilə Bakıda keçirilmiş tədbir zamanı UNESCO-nun müvafiq siyahılarında yer alan Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinə həsr olunmuş rəsmlərdən ibarət sərgi təşkil olunub.




Baxış sayı: 3 390
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir Bu gün, 10:00 “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti Bu gün, 10:00 Xocalı, Xocavənd və Şükürbəyliyə növbəti köç karvanı yola salınıb Bu gün, 09:30 Baş nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb Bu gün, 08:00 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib Dünən, 19:00 İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir Dünən, 18:00 Bu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır Dünən, 16:30 Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See Dünən, 16:30 Vətən və Qərbi Azərbaycan Dünən, 15:00 Seyid Yəhya Bakuvi irsinin davamı Dünən, 11:30 Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub Dünən, 11:00 Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər Dünən, 09:30 İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb Dünən, 08:30 Üç Türk dövlətinin “Birliyin Gücü – 2026” hərbi təlimi Dünən, 08:30 Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir 28-09-2026, 21:00 Bir şəhidin xatirəsi 28-09-2026, 20:30 Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir 28-09-2026, 20:30 Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirili 28-09-2026, 19:30 Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 28-09-2026, 19:00 Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex 28-09-2026, 17:30 Dünya mediası Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumundan yazıb 28-09-2026, 10:30 Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib 28-09-2026, 09:30 Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib 28-09-2026, 09:30 Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq 28-09-2026, 08:00 İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   27-09-2026, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 27-09-2026, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb 27-09-2026, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub 27-09-2026, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub 26-09-2026, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib 26-09-2026, 17:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930