FACT-INFO.AZ » SİYASƏT » “Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq”
10-05-2018, 08:45 | SİYASƏT
“Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq”

APA-nın məlumatına görə, müzakirələr zamanı çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Ermənistan beynəlxalq hüququn Azərbaycanın lehinə olduğunu bildiyi üçün başqa yollara əl atır. S. Seyidov bu yollardan birinin işğal olunmuş ərazilərdə ticarətlə bağlı olduğunu söyləyib: “Bu münaqişə bütün Avropa üçün təhlükədir. Düzgün yanaşma vəziyyətin normallaşmasına səbəb ola bilər. Ona görə də Avropa İttifaqından bu sahədə mövqe gözləyirik”.

Avropa Parlamentinin ümumi katibliyinin nümayəndəsi Florian Karmona Avropa Parlamentinin qətnamələr qəbul etməklə siyasi mesaj verdiyini nəzərə çatdırıb: “Ancaq biz bu qətnamələri icra edə bilmirik. Biz inanan tərəfdaşa çevrilmək üçün ikili standartlara yol verməməliyik. Buna da çalışırıq. Avropa İttifaqı olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi nümayəndə də təyin etmişik. Bununla biz istəyirik ki, münaqişənin həllində aktiv olaq. Çünki bu münaqişə bizə də təsir edir. Biz başa düşürük ki, regionda sabitlik önəmlidir və Azərbaycan Cənubi Qafqaz regionunda sabitliyin qorunub saxlanmasında çox önəmli tərəfdaşdır. Minsk qrupuna gəldikdə, qrupda Rusiya həmsədrdir”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Florian Karmona ilə razılaşmayıb: “Deyirsiniz ki, qətnamələriniz siyasi mesaj xarakteri daşıyır. Ancaq Avropa İttifaqı bu qətnamələrdən sonra sanksiyalar da qəbul edir. Bu halda niyə işğalçı Ermənistana qarşı sanksiya qəbul edilmir? Digər tərəfdən, Minsk Qrupunda Rusiya ilə bərabər, Fransa və ABŞ da həmsədrdir”.

Millət vəkili Elman Nəsirov qeyd edib ki, Azərbaycan Avropa Parlamentindən qətnamələrin icrası mexanizminin formalaşmasında dəstək gözləyir: “Siz deyirsiniz ki, biz qətnamələr qəbul etməklə siyasi mesaj veririk. Buna görə də biz bilirik ki, Avropa İttifaqı münaqişənin həllində rol oynamayacaq. Şəxsən mən hesab edirəm ki, heç vaxt bu münaqişəni ATƏT, Avropa İttifaqı həll etməyəcək. Bu münaqişəni Azərbaycan xalqı, Ali Baş Komandan İlham Əliyev həll edəcək”.

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsi 30 ildir davam edir: “Qaçqın və məcburi köçkün ailələrində 30 il ərzində dünyaya gələn insanlar hələ də o torpaqlara getməyiblər. Biz istəyirik ki, Azərbaycan və Ermənistan xalqları üçün məqbul sülh yolu tapılsın. Avropa Parlamentindən də bu istiqamətdə dəstək gözləyirik. Hazırda Azərbaycan əhalisi səbirsizliklə Ermənistanda gedən prosesləri izləyir. Bu proseslər Ermənistanda sülhpərvər qüvvələrin hakimiyyətə gəlməsinə səbəb olacaqsa, sülh danışıqları nəticə verə bilər. Əgər bu münaqişə sülh yolu ilə həll olunmasa, işğal olunmuş torpaqlarımız müharibə yolu ilə azad ediləcək. Buna Azərbaycanda heç kəs şübhə etmir. Yəqin ki, Ermənistanda da buna heç kəs şübhə etmir. Bu münaqişə Avropa üçün də təhlükədir. Ona görə də belə görüşlərdə təkliflərimizi verməyə çalışırıq ”.

Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, britaniyalı Sayyad Kərim deyib ki, Avropa Parlamenti həmişə rəsmi mövqeyini bəyan edib: “Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və tanımağa da bəyan edəcəyik. Ermənistan anlamalıdır ki, mövqeyini dəyişən zaman regional əməkdaşlıqda iştirak edə bilər. Rusiyanın münaqişədə roluna gəlincə, bu məsələ müzakirələrdə qeyd olundu. Ermənistanın təhlükəsizliyinə gəlincə, bu, ermənilərin düşündüyü birinci məsələdir. Biz Ermənistanda dəyişiklikləri izləyirik. Regionda sabitliyi təmin edən dinamikanı dəstəkləyəcəyik”.




Baxış sayı: 1 587
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30