FACT-INFO.AZ » SİYASƏT » Münaqişə tərəfi Azərbaycan – Həqiqətlər və Reallıqlar
6-11-2015, 09:30 | SİYASƏT
Münaqişə tərəfi Azərbaycan – Həqiqətlər və Reallıqlar

“Erməni liderləri insanlığa qarşı törətdikləri soyqırım və cinayətlərə görə mühakimə olunmalıdırlar”

“Xarici İşlər Nazirliyində baş tutan konfransda Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri, dövlət sözçüsü Hikmət Hacıyevə belə bir fikir söylədim: “Şəkərsiz çayı nə qədər qarışdırırsan qarışdır, heç vaxt şirin olmayacaq. Sizin Dağlıq Qarabağ məsələsində də vəziyyət eyni ilə belədir”.

Mən ona BMT-nin xüsusilə müsəlman ölkələrinə qarşı, faydasız orqan olduğunu söylədim. O, Şərqi Timor və Cənubi Sudan problemini həll etməkdə olduqca çevik olsa da, üzv dövlətləri və eləcə də, insan hüquqlarını qorumaqda acizdir. Bu, məhz üzvlər arasında xristianların çoxluq təşkil etdiyi ölkələr olmasından irəli gəlir. Bu da 1.5 milyarddan çox əhalisi olan 55-dən çox ölkə arasından veto səlahiyyətinə malik bir dənə belə olsun müsəlman üzvü olmayan Təhlükəsizlik Şurasının işinə gəlir. Kaşmir və Fələstin məsələsi 1948-ci ildən bəri BMT tərəfindən öz həllini gözləyən məsələlərin başında gəlir.

1993- cü ilin aprel və noyabr aylarında BMT Təhlükəsizlik Şurası işğalçı erməni qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etdi. Rusiya Federasiyasından aldığı tam dəstəyə arxalanan Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı, göz ardı etdi. 

Azərbaycanlılar çox sülhsevər insanlardır, bununla belə Gənclər Təşkilatı olan İrəli İctimai Birliyinin təşkil etdiyi və fəal gənc rəhbər Mirhəsən Seyidovun sədrlik etdiyi konfransda məhz işğal olunmuş ərazilərin bəzi yerli sakinləri çox qəzəbli görünürdülər və konfrans əsnasında onlar öz ərazilərini qısa müddətdə Ermənistandan geri ala bilmək iqtidarında olduqlarını bildirdilər. Onlar ermənilər tərəfindən zorla öz dədə-baba yurdlardan didərgin edilib və Azərbaycanın-elə öz ölkələrinin daxilindəcə qaçqına çeviriliblər. Bu məsələyə baxılmadığı təqdirdə  Dağlıq Qarabağın azadlığı uğrunda hərəkat baş qaldıra bilər. BMT nizamnaməsinə görə torpaqları xarici qüvvələr tərəfindən işğal olunmuş insanların işğalçı qüvvələr bu əraziləri tərk edənə qədər müqavimət göstərmək və silahlı qurtuluşa başlamaq hüquqları var. Bu Kaşmir, Fələstin, İraq, Əfqanıstan və Suriya üçün də keçərlidir.

20 avqustda Orxan İsmayılov The London Post –da  “Bİz bu konflikti həll edə bilərikmi?” sualını qeyd etdi.

Təxminən 30 ilə yaxındır ki, Ermənistan və Azərbaycan münasibətləri Dağlıq Qarabağ problemi həll edilə bilmədiyinə görə son həddə çatıb. Dağlıq Qarabağ hal-hazırda bir zamanlar Azərbaycan mənşəli əhalinin məskunlaşdığı Ermənistanın nəzarəti altındadır. Ermənistan adlanan bu ərazilər vaxtı ilə Azərbaycanın bir hissəsi olmuş, daha sonra isə erməni səlahiyyətliləri tərəfindən hücuma məruz qalmış və  ilhaq edilmişdir. Bu kritik vəziyyət 1988-ci il 20 fevral Xalq  Deputatları Sovetinin sessiyasında DQMV -Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni icmasının nümayəndələri Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə qatılması ilə əlaqədar Azərbaycan SSR Ali Sovetlərinə və erməni Sovet Sosialist Respublikasına ərizə göndərmək qərarına gəldikdən sonra başladı. Bu qərara qarşı dinc nümayişlər zamanı öldürülən 2 gənc azərbaycanlı münaqişənin ilk qurbanları oldu.

1988-1989 - ci illərdə Azərbaycanlılar indi Ermənistan adlanan öz doğma yurdlarından çıxmağa məcbur edildilər. Kütləvi deportasiya prosesində ən az 216 nəfər azərbaycanlı qətlə yetirildi və 1.154 nəfər yaralandı. Nəhayət təxminən 200.000 nəfər erməni qaçqınları Azərbaycana köçməyə (yerləşməyə) başladı. Bu vaxt Ermənistan SSR Ali Soveti Azərbaycan SSR-nin razılığı olmadan Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında qətnamə qəbul etdi. Bu, Sovet Sosialist Respublikaları İttifaqının konstitusiyasına zidd idi. Buna görə də 1990-ci il 10 yanvar Moskvada SSRİ-nin Rəyasət heyəti Azərbaycan SSR-nin razılığı olmadan Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsinin qeyri-qanuniliyini təsdiq edən Qətnamə qəbul etdi. Amma Ermənistan buna məhəl qoymadı.

1991-ci ildə SSRİ-nin dağılması və Azərbaycan və Ermənistanın daxilindəki siyasi qeyri-sabitlik erməniləri 1992-ci il Xocalı şəhərində Dağlıq Qarabağda yaşayan azərbaycanlılara hücum etməyə təşviq etdi. Xocalı Soyqırımı tarixə düşən hadisədə minlərlə Azərbaycan vətəndaşı qətlə yetirildi və  əsir götürüldü. Xocalı şəhəri özü isə yerlə-yeksan olundu. Black Garden (Qara Bağ, 2003) adlı kitabında britaniyalı jurnalist Tomas de Vaal Xocalının yerlə-yeksan edilməsi ilə bağlı öz fikirlərini söyləyən erməni sahə komandiri və Ermənistan prezidenti ilə olan müsahibəsini dərc edib. Keçmiş sahə komandiri söyləyib ki, Xocalı hadisəsindən öncə azərbaycanlılar bizə kələk gələ biləcəklərini düşünürdülər. Onlar heç vaxt ermənilərin sivil şəxslərə toxunmayacağını zənn edirdilər. Amma biz bu mifi poza bildik.

1993-cü ildə Erməni silahlı qüvvələri Dağlıq Qarabağın ətrafındakı 6 rayonu işğal etdi. Bu da Azərbaycan torpaqlarının təxminən beşdə bir hissəsinə bərabər idi. 

Yerevan rəsmi olaraq Ermənistanın münaqişəyə birbaşa cəlb olunduğunu inkar edir. Amma, bununla belə Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Azərbaycana qarşı düşmənçilik fəaliyyətlərinə cəlb olunduğunu təsdiq edən əsaslı sübutlar var. Hələ təkcə sənədləşdirilmiş faktların birində Azərbaycanın Kəlbəcər rayonunda gedən döyüş əməliyyatları əsnasında 555 nömrəli əlahiddə motoatıcı alayının komandirinə və əməliyyat qrupunun rəhbərinə ünvanlanmış içərisində döyüş təlimatları olan müharibə planları var idi. Bu sənəd Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi tərəfindən imzalanmışdı.

1994-cü il atəşkəs elan olunmasına baxmayaraq, bir neçə dəfə ermənilər tərəfindən pozuldu. Bəs Beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət bu həllini gözləyən münaqişə barədə nə fikirdədi? Niyə Azərbaycan xalqına və onun ərazi bütövlüyünə qarşı edilən bu ədalətsiziliyə 20 ildən çoxdur ki göz yumulur?

 

Xarici Işlər Nazirliyində keçirilən mətbuata açıqlamasında qeyd etdim ki, əgər hal-hazırda heç bir şey edilməsə, onlar bu məsələni Beynəlxalq Cinayət Məhkəməsi (ICC), Beynəlxalq Ədalət Məhkəməsi və Avropa Məhkəməsinə qaldıra bilər, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasi ilə bağlı qaydaların dəyişdirilməsinə ehtiyac duyulan zaman isə mütləq qaldırılmalıdır. Bu halda biz cinayəti törədənlərdən-ermənilərdən öz fəaliyyətlərinənin məsuliyyətlərini qəbul etmələrini gözləyə bilmərik. Bununla belə Beynəlxalq Cinayət məhkəməsini səmərəli və effektiv orqana çevirmək üçün qaydalar dəyişdirilməlidir. (qhtxeber)




Baxış sayı: 2 034
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031