8-5-2025 10:36
FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev gürcüstanlı həmkarı ilə görüşüb - Prezidentlər Birgə Bəyannamə imzalayıb
5-11-2015, 21:05 | SİYASƏT
Prezident İlham Əliyev gürcüstanlı həmkarı ilə görüşüb - Prezidentlər Birgə Bəyannamə imzalayıb

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, Azərbaycan prezidentinin Gürcüstana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulanıb. Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Görüşdə beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ölkəsinin bu səfəri  xeyli vaxtdır gözlədiyini bildirib: “Sizin Gürcüstana səfərinizi ürəkdən alqışlayım. Deməliyəm ki, çoxdandır bu səfərin intizarında idim. Bizim mehriban qonşuluğumuz, əməkdaşlığımız və həyata keçirdiyimiz ortaq strateji layihələrimiz nümunəvidir. Ancaq cənab Prezident, mən əminəm ki, Sizin Gürcüstana bu rəsmi səfəriniz əməkdaşlığımızı daha da dərinləşdirəcək və əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək”.

Azərbaycan Prezidenti İlham Əliyev isə gürcüstanlı həmkarına göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib: “Yenidən Gürcüstanda olmağımdan çox məmnunam. Əminəm ki, səfərimin nəticələri iki ölkə arasındakı əlaqələrin inkişafına çox müsbət təsir göstərəcək. Bizim üçün Gürcüstan çox yaxın ölkədir, strateji tərəfdaşdır. Biz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik və bu əməkdaşlıq getdikcə daha da dərinləşir. Çox istəyirik ki, ikitərəfli əlaqələr daha da sürətlə inkişaf etsin və bütün sahələri əhatə etsin. Gündəlikdə duran məsələlər çoxdur. Hər məsələ ilə bağlı konkret proqramlar var və icra mexanizmləri də mövcuddur. İndi biz bu məsələləri geniş tərkibdə məmnuniyyətlə müzakirə edəcəyik”.

Görüşdə iqtisadiyyat, infrastruktur, energetika, dəmir yolu, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparılıb. 

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında Birgə Bəyannamə imzalayıblar.

 Daha sonra Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.




Baxış sayı: 1 943
UNEC-də XVI Karyera Yarmarkası Bu gün, 11:00 IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək Bu gün, 10:00 Türkiyə Prezidenti ölkəsinin Pakistanla həmrəy olduğunu bildirib Bu gün, 08:00 To Lam: Birgə Bəyanat Vyetnam-Azərbaycan münasibətlərinin tarixində yeni səhifə açır Bu gün, 07:00 Qazaxıstanda QHT-lərlə bağlı yeni qanun hazırlanacaq Dünən, 21:00 “Konstitusiya və Suverenlik İli” çərçivəsində Gürcüstanın Qardabani şəhərində elmi-praktik konfrans keçirilib Dünən, 20:00 Prezident İlham Əliyev: Qoşulmama Hərəkatının daha sanballı təsisat kimi fəaliyyəti Azərbaycanın və Vyetnamın marağındadır Dünən, 19:00 President: There is strong potential for cooperation between Azerbaijan and Vietnam in various fields Dünən, 18:30 Azərbaycan və AİİB əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib Dünən, 14:30 Misir Mərdanov elmi sessiyada Kaşğari Fondunun fəaliyyətindən danışdı Dünən, 13:00 Milli Məclisdə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş iclas keçiriləcək Dünən, 12:00 Azərbaycan XİN Pakistana qarşı hərbi hücumları pisləyib Dünən, 11:30 BMT Baş katibi Hindistan və Pakistana sülh çağırışı etdi Dünən, 11:00 ABŞ Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir Dünən, 11:00 Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava davam edib FAKTİKİ HAVA Dünən, 09:30 Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb 6-05-2025, 21:00 Azərbaycan Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verib 6-05-2025, 20:30 Cəbrayıl Könüllüləri qrupuna qəbula start verilib 6-05-2025, 17:30 "Zəngəzur dəhlizinin açılması ilə regional əməkdaşlığın gücləndirilməsi hədəflənir" 6-05-2025, 17:00 Avropa İttifaqı-Azərbaycan münasibətləri yeni strateji mərhələnin astanasında 6-05-2025, 16:30 Suriyanı hərbi poliqona çevirmək cəhdləri 6-05-2025, 14:00 Xocalı və Ağdərəyə 2073 nəfər qayıdıb 6-05-2025, 12:30 Fərid Əhmədov ictimai şuranın üzvləri ilə gələcək planları müzakirə edib 6-05-2025, 10:30 Oxuma prosesi beyində necə gerçəkləşir? 6-05-2025, 10:30 Ərdoğanla Tramp arasında telefon danışığı olub 6-05-2025, 07:30 Laçın sakini olan zərərçəkmiş şəxs: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu 5-05-2025, 20:30 Protocols related to massacre committed by Armenian armed forces in Balligaya village examined in court 5-05-2025, 19:30 “Səhra qartalı” kitabının təqdimatı olub 5-05-2025, 19:30 Xarici İşlər Nazirliyinin Əsasnaməsi və strukturu təsdiqlənib 5-05-2025, 19:30 Media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlimlərə başlanılıb 5-05-2025, 19:00
Köşə yazarları
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031