FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Moskvada “İrs-Naslediye” jurnalının növbəti nömrəsi çapdan çıxıb
23-04-2018, 07:00 | MƏDƏNİYYƏT
Moskvada “İrs-Naslediye” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Moskvada nəşr olunan “İrs-Naslediye” jurnalının yeni nömrəsində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” məqaləsinin ikinci hissəsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, Əli Həsənov məqalənin ikinci hissəsində Xocalı faciəsi zamanı dəhşətli hadisələrdən bəhs edərkən 1992-ci ildə dünya mətbuatında dərc olunmuş materiallardan sitatlar gətirir. Müəllif oxucuları Parisdə çıxan “Valer aktual” jurnalı və “Le Monde” qəzeti, Britaniyanın “The Sunday Times”, ABŞ-ın “Washington Post”, Rusiyanın “İzvestiya” qəzetləri və bir digər nəşrlərin bu mövzudakı materialları ilə tanış edir.

Məqalədə Britaniyanın “The Sunday Times” qəzetinin 1992-ci il 1 mart tarixli nömrəsində dərc olunmuş materialdan sitat gətirilir: “Erməni əsgərləri yüzlərlə ailəni qırdılar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar. İnsanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə, əri, qaynı və kürəkəni qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür”. Ə.Həsənov xatırladır ki, bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, 2002-ci il fevralın 25-də isə ulu öndər Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini açıb göstərib. Hazırda bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu baxımdan Heydər Əliyev Fondu sistemli və ardıcıl fəaliyyət göstərir.

Ə.Həsənov məqaləsində yazır ki, Heydər Əliyev Fondu müxtəlif ölkələrdə faciə haqqında həqiqətlərin yayılması istiqamətində genişmiqyaslı tədbirlər keçirir. 2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsinin ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası təsis edilib. Məqalədə vurğulanır ki, 2011-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Şurasının sessiyasında Xocalı faciəsini “insanlığa qarşı törədilmiş kütləvi cinayət” kimi tanımağa çağıran Bəyannamə qəbul edilib. Müəllif yazır: “Bu tanınma 2009-cu ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyətinin məntiqi nəticəsi olmuşdur. Onu da qeyd etmək vacibdir ki, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlər arasında bu qətnamədə ilk dəfə olaraq Xocalı faciəsinə soyqırımı aktı səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” məqaləsinin sonuncu hissəsi jurnalın növbəti nömrəsində dərc olunacaq. Nəşrin baş redaktoru Musa Mərcanlının “Redaktorun sütunu” rubrikasında dərc edilmiş “Lələtəpədən Şuşayadək” məqaləsində qeyd olunur ki, jurnalın hazırkı nömrəsinin işıq üzü görməsi 2016-cı ildə Azərbaycan-Ermənistan cəbhə xəttində baş vermiş aprel döyüşlərinin ildönümünə təsadüf edir. Baş redaktor diqqətə çatdırır ki, bütün Azərbaycan xalqı Lələtəpənin əsrin dörddəbirinə yaxın müddətə qədər uzanan “nə sülh, nə müharibə” şəraitində həlledici dönüş nöqtəsi olacağına, Azərbaycan bayrağının vaxtilə Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhəri üzərində dalğalanacağına ümidvardır və bunu səbirsizliklə gözləyir. M.Mərcanlı vurğulayır ki, 2018-ci ildə xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edir. Bu əlamətdar bayram münasibətilə jurnalın ingilis dilində versiyası olan “IRS-Heritage”in xüsusi buraxılışı çapdan çıxacaq. Önəmlisi odur ki, buraxılışın müəlliflərinin böyük əksəriyyəti xarici ekspertlərdir.

Jurnalın bu nömrəsində oxuculara “Müasir Azərbaycan – AXC-nin layiqli xələfi”, “XX əsrdə Azərbaycanda talanlar”, “İrəvan necə Ermənistanın paytaxtı oldu?”, “2016-cı ilin aprel döyüşləri – Qarabağın azad olunmasının müjdəçisi” və digər məqalələr təqdim edilib.




Baxış sayı: 1 653
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031