FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Qarabağ Abidələri silsiləsindən - Yeddi qapı məbədi
10-02-2018, 09:10 | MƏDƏNİYYƏT
Qarabağ Abidələri silsiləsindən - Yeddi qapı məbədi

Abidə qeyri-adi memarlıq üslubuna malikdir. İnşa tarixi tam dəqiqləşdirilməyib, amma bir çox tarixçilərin tədqiqat əsərlərində məbədin V-VI əsrlərə aid olduğu göstərilir. Lakin bu abidənin texniki quruluşu və tikinti üslubu, abidənin V-VI əsr abidələrindən kəskin şəkildə fərqləndirir. Bu da əsas verir deyək ki, bu məbədin inşa tarixi daha qədimdir. Yeddi qapı məbədi xüsusi memarlıq quruluşuna malik yeganə abidədir ki, onun oxşarına Azərbaycanın digər ərazilərində rast gəlinmir.

Elmi ədəbiyyatda Yeddiqapı məbədi haqqında hər hansı bir məlumat yoxdur. Bir çox hallarda bu məbəd haqqında erməni yazarlarının heç bir fakta əsaslanmayan məlumatlarına rast gəlmək olur ki, bu da daha çox ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddialarına xidmət edir.

Məbəd haqqında yalnız bir əfsanə var. Lakin bu əfsanənində abidə haqqında məlumatın həqiqət olduğunu təsdiqləyən hansısa bir yazılı mənbənin olduğuna işarə edilmir. Bütün bunlara baxmayaraq həmin dövrlərdə baş vermiş tarixi hadisələr əfsanədə təsvir edilən hadisələrin gerçək olması ehtimalını yaradır.

Əfsanəyə görə məbəd torpaqlarının azadlığı uğrunda döyüşərək vəfat etmiş yeddi qardaşın tək bacısı tərəfindən yeddi qardaşın xatirəsinə inşa edilib. Bu yeddi qaardaşın şərəfinə tikilmiş xatirə abidəsi, zaman – zaman insanların ziyərətgahına çevrilib. Bacının məzarı da məbədin həyətində olması bu fədakar qızın məzarı da ziyarətgahı kimi tanınır.

Məbədin etimologiyasındakı yeddi rəqəmi Azərbaycan bir çox nağıl və əfsanələrinin ruhunu, bəzəyini təşkil edir. Məsələn, “...yeddi gün yeddi gecə yol getmək”, “yeddi gün yeddi gecə toy etmək”, “yeddi gecəlik ay”, eləcədə həftənin yeddi günü, yeddi rəng çalarının olması, yeddi qapı məbədi ətrafında daha dərindən düşünməyə vadar edir. Məbədin adının etimologiyasına yeddi qardaşın, yeddi sayına uyğun olaraq, yeddi qapını xatırladan, müxtəlif ölçülü, yeddi apsid tikilibr. Məbəd quruluşuna görə dairəvi formada inşa edilmişdir. Apsidlərin üzəri yarımdairəvi kümbəzlərlə bağlanıb. Məbədin tarixi barədə hətta Alban tarixçisi Moisey Kalankatlının belə əsərlərində yazılı məlumata rast gəlinmir. Moisey Kalankatlının o dövr üçün verdiyi məlumat və eləcə də həmin dövr mənbələrin təsdiq etdiyi digər informasiyalardan bəllidr ki, IV-V əsrlərdə Qafqaz Albaniyası ərazisinə Şimaldan köçəri türk tayfalarının kütləvi köçü və məskunlaşması baş verir. İnsanların bu cür dalğavari gəlişi və gedişi özlərinə uyğun daha rahat həyat şəraitinin axtarılması bütün millətlərə xas olan həyat tərzidir və burada qeyri-adi heç nə yoxdur. Dünya ölkələrinin tarixində bu hal bütün dövrlərdə tez-tez baş verir. Başqa bir fakt da məlumdur ki, Qafqaz Albaniyasında məskunlaşan türk tayfaları əsasən xristian əhalinin deyil, xristianlıqdan əvvəlki dini etiqadlarını qoruyan əhalinin tərəfini saxlayırdı. Bu epizodda bir nüans diqqət çəkir, “xristianlıqdan əvvəlki dini etiqadlarını qoruyan əhali” bu məlumatdan məlum olur ki, hətta xristianlıq dövrü Qafqaz Albaniyasında heç bir dini qəbul etməyən əhali qrupu mövcud olub. Bu da belə deməyə əsas verir ki, hər hansı tayfa və ya etnik qrup təbii ki, özlərinin inanc və etiqadlarına görə xeyir-şər mərasimlərini icra ediblər. Bu ehtimal yeddi qapı məbədinin tikinti quruluşuna daha çox uyğun gəlir, çünki abidənin nə memarlıq quruluşunda, nə tikinti üslubunda və nə də ornamental görüntülərində məbədin dini ibadət və etiqad üçün inşa edildiyini təsdiq edən heç bir əlamət yoxdur. Abidənin III əsrin sonu IV əsrin əvvəllərində tikilməsi gümanı daha çox inandırıcıdır.

Erməni tarixçiləri Azərbaycanın işğal altında saxladıqları ərazilərdəki istər xristianlığaqədərki və istərsə də xristianlıq dövrü (məbəd, sovmə, bazilika, türbə. monastr, kilsə və digər qəbirüstü abidələr) memarlığının bütün tipinə aid olan abidələrn hamısını birmənalı şəkildə monastr və ya kilsə kimi təqdim edir və bu torpaqların əzəli erməni torpaqları olması barədə əsassız iddialar irəli sürərək beynəlxalq ictimai rəyi yanlış istiqamətə yönəltməyə çalışırlar. Yeddi qapı məbədi Azərbaycanın mədəni irsidir. Mədəni irs xalqın milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsin digər xalq, millət və ya xalqlar və ya millətlər tərəfindən dağıdılması, məhv edilməsi və ya vandalizmə uğradılması yolverilməzdir. Belə hərəkətlər beynəlxalq qanunlar və konvensiyalarda yoverilməz hesab edilir.

Erməni fotobloger Albert Voskanyan http://www.kavkaz-uzel.eu/blogs/929/posts/30316 və rus tədqiqatçı Aleksandr Bakulin, http://vstrokax.net/tserkvi-armenii/ohtyi-drni-gadrut-armeniya/ Erməni tarixçisi Şahen Mkrtçyanın 1988-ci ildə İrəvanın Hayastan nəşriyyatında çap etdirdiyi “Dağlıq Qarabağın tarix və memarlıq abidələri” kitabına istinad edərək Yeddiqapı məbədini kilsə bir çox hallarda monastr kimi təqdim edirlər. Yeddi qapı məbədinin kilsə və ya monastr kimi təqdim edilməsi kökündən yanlış fikirdir. Bəzi Azərbaycanlı tədqiqatçılar da başqa mənbə əldə edə bilmədiklərindən, yeddi qapı məbədi haqqında erməni tarixçisi Şahen Mkrtçyanın “Dağlıq Qarabağın tarix və memarlıq abidələri” kitabına istinad edir, kitabdan misallar gətirir və dolayısı ilə erməni yalanlarına haqq qazandırırlar. https://az.wikipedia.org/wiki/Yeddi_qapı_monastırı Yeddi qapı məbədi niyə kilsə adlandırıla bilməz?

Kilsə xristianlığın tələb və qaydalarını özündə əks etdirən, xristianların ibadət və dini ayinləri icra etmək üçün toplaşdıqları yer, dini mərkəzdir. Kilsə memarlığında bir qayda olaraq xristian dininin tələblərini təzahür etdirən bir çox nümunələri bu və ya digər formada tətbiq edilir. Dini məlumatları və görüntülərin memarlıqda tətbiq edilməsi, kilsə memarlığını digər tikintilərdən fərqləndirən yeganə cəhətdir. Kilsənin günbəzinin mərkəzi hissəsində adətən zəng qülləsi quraşdırılır. Günün müxtəlif vaxtlarında kilsə zənginin səsləndirilməsi dinə inancları olanları ibadətə çağırış kimi başa düşülür. Bu kilsə memarlığının tipik xüsusiyyətlərindən biri sayılsada bəzən zəng qülləsi olmayan kilsələrə də rast gəlmək olur.

Kilsələr adətən inzibati yaşayış məntəqələrinin, əhalinin sıx yaşadıqları yerlərdə və ya müqəddəslərin zühr etdikləri ərazilərdə inşa edilir. İnzibati yaşayış yerlərində yaşayan əhalinin sayından asılı olaraq kilsələr 1; 2; 3 və bəzən də 4 nefli və daha böyük olurlar. Kilsələrin daxili quruluşu əsas etibarı ilə, rahibin moizə etməsi üçün hündür yer, guşə, əhalinin ibadəti üçün zal və rahiblərin günün müəyyən vaxtlarında əyləşmək, məşvərət etmək üçün bir ya iki otaqdan ibarət olur. Kilsələrin daxili tərtibatını isə dinin ehkamlarını təzahürlərini əks etdirən müxtəlif rəsm əsərləri, ayinlər və digər dini simvolların şəkilləri bəzəyir. Yeddi qapı məbədi isə quruluşuna görə dairəvi formada yerli kobud pud daşlarla inşa edilmişdir. Daşların yonulmadan sındırılaraq kobud şəkildə düzülüşü abidənin inşaasının xristianlıqdan əvvəlki daha qədim dövrlərə və ya erkən orta əsrlər dövrünə aid etmək olar. Məbədin divarlarında heç bir dini simvolikaya və dini ayələrə rast gəlinmir. Apsidlərin hamısının kümbəzə birləşən hissəsində hər sütunda cəmi bir sadə yonulmuş daşdan istifadə edilib. Dördüncü apsidin sağ, beşinci apsidin isə sol hissəsinin kümbəzə birləşən hissəsində yonulmuş daşın üzərində iki üfiqi xətt və kiçicik kürəciklər oyulmuşdur. Bu iki daş, abidənin yeganə daxili bəzəyidir.

Apsidlərin üzəri yarımdairəvi kümbəzlərlə bağlanıb. Yeddi qardaşın xatirəsinə tikilən, yeddi apsidin əhatə etdikləri zal (ölçüsü təqribi hesablamalara görə 10-15 kvm-dir), 15 nəfərin sığışa bilməyəcəyi qədər kiçikdir. Yəni bu zala ibadət üçün toplaşmaq sadəcə mümkün deyil. Məbədin daxili quruluşu özündə kilsə memarlığının heç bir elementini əks etdirmir.

Birmənalı şəkildə demək olar ki, bu məbəd dini xarakterli tikinti deyil, sadəcə xalq tərəfindən sevilən və ziyərətgaha çevrilən xatirə abidəsidir. Xatirə abidələrinin tikintisi dövrümüzə qədər gəlib çıxmışdır və onlardan bir çoxu insanlar tərəfindən ziyarət edilir. Lakin bu o demək deyildir ki bu türbə və ya hansısa bir qəbirüstü abidə ziyarət edildiyinə görə məscid və ya kilsə adlandırılsın. Yeddi qapı məbədi niyə monastr adlandırıla bilməz? Monastrlar xristian dini etiqadlarının təbliği, tədrisi və ibadəti üçün daha geniş formada inşa edilən dini komplekslərdirlər. Kilsələrdən fərqli olaraq Monastrlar daha böyük əraziyə malik olurlar. Monastr kompleksinin mərkəzində kilsə, kilsəsinin ətrafı isə yardımçı binalarla əhatələnir və mühafizə divarları ilə tamamlanır. Monastr kompleksi əsasən rahib və rahibələrin yaşamaları üçün (gecələmələri), istirahət etmələri üçün otaqlardan, eləcədə dini tədirs etmək üçün tədris otaqlardan və monastr kilsəsindən ibarət olur. Monastrların inşaasından yeganə məqsəd, xristianlığın təblig etmək, inanclıların ibadətlərini həyata keçirilməsinə yardım etməkdir. Yeddi qapı məbədinin isə tikinti quruluşu memarlığın monastr tipinə də uyğun gəlmir. Beləki məbədin ətrafı digər yardımçı binalarla əhatələnmir. Məbədin yerləşdiyi ərazinin yaxınlığında səpələnmiş vəziyyətdə bir neçə yaşayış yerinin qalıqları var. Belə parakəndə vəziyyətdə yerləşən abidələri memarlığın monastr tipinə aid etməyə əsas vermir. Məbədin tikinti quruluşu

Məbədin tikinti quruluşu barədə ən dolğun məumat erməni tarixçisi Şahen Mkrtçyanın “Dağlıq Qarabağın tarix və memarlıq abidələri” adlı kitabında verilir. Ş.Mkrtçyan öz erməni xislətinə sadiq qalaraq abidəni monastr adlandırır. Hətta sübut üçün məbədin həyətinə iki ədəd xaçdaşıda gətirib atıb. Onlardan biri giriş qapısının üstünə ikincisi isə məbədin içərisindədir.

Yeddi qapı məbədinin yeganə giriş qapısı (ölçüsü 1.06 m) siklop memarlığına bənzəyir. Beləki iki divar arasındakı keçidin üstü bir uzun sal daşla bağlanıb, girişin yan divarları isə palçıqsız daşlarla hörülüb. Divarlar kifayət qədər böyük ölçüyə malikdir, onlarln qalınlığı 1.05 – 1.35 m-ə bərabərdir. Abidənin giriş qapısı üzərinə işğal dövrü ermənilər tərəfindən bir xaçdaşı gətirilib quraşdırılıb. Xaçdaşının başqa ərazidən gətirildiyi adi gözlə belə açıq-aydın sezilir, bunu sübut etmək üçün heç mütəxəsis olağada ehtiyac yoxdur. Burada; Birincisi, xaçdaşının qoyulduğu yer divarlarla uyğunluq təşkil etmir; İkincisi, məbədin tikintisində boz qonur, cod qəlpəli daşlarla tikilmiş, xaç daşı isə tünd qonur yumşaq daşddan hazırlanmışdır. Məbədin yerləşdiyi ərazidə isə tünd qonur yumşaq daş yoxdur.

Xaç daşının aşağı tərəfində müasir erməni dilində “Allahımız, İsa Məsih. Aşotu bağışla və xilas et” sözləri dəmir alətlə çızılmışdır. İkinci daşın üzərində isə “Erməni təqviminin 493-cü ili (miladi 1044). Ey müqəddəs xaç! Məsih qarşısında qardaş Kandaliyanı müdafiə et.” Sözləri yazılmışdir.

Azərbaycana qarşı ərazi iddiasında olan erməni siyasətçiləri tərəfindən, Alban tarixindən götürülən birinci cümləyə “Aşot” sözünün əlavə edilməsi, ikinci cümlənin əvvəlində isə “Alban” sözü “Erməni” sözü ilə əvəzlənməsi, ermənilərin bu ərazilərin qədim tayfalarından olması təsuratı yaratmaq düşüncəsi ilə edilib. Azərbaycanlı tədqiqatçıları isə bilərəkdən ya bilməyərəkdən bu ifadələrdən öz əsərlərində sitat gətirmələri, dolayısı ilə erməni yalanlarına dəstək verirlər. Bir daha qeyd edirəm, nə bu xaçdaşlarının nə də xaçdaşları üzərində cızılmış yazıların Yeddi qapı məbədinin tikildiyi dövrə, nə də məbədin özünə heç bir aidiyyatı yoxdur. Bu Ermənistanın işğal altında saxladığı ərazilərimizdəki mədəni dəyərlərimizə qarşı törədilən növbəti erməni saxtakarlığıdır.

Yeddi qapı məbədi işğal dövrü ermənilər tərəfindən ciddi dağıntılara məruz qalıb. Məbəd quruluşuna görə dairəvi formada olub, yerli kobud pud daşlar və əhəng məhlulu ilə inşa edilib. Daşların yonulmadan sındırılaraq kobud şəkildə düzülüşü abidənin inşaasının xristianlıqdan əvvəlki daha qədim dövrlərə aid olmasından xəbər verir. Məbədin divarlarında heç bir dini simvolikaya və dini ayələrə rast gəlinmir. Apsidlərin hamısının kümbəzə birləşən hissəsində hər sütunda cəmi bir sadə yonulmuş daşdan istifadə edilib. Məbədin mərkəzi hissəsində mərkəzi gümbəz mövcud olmayıb. Çünki nə apsidlərdən nə də yarımdairəvi gümbəzlərdən mərkəzə doğru çıxışlar yoxdur.

Dördüncü, apsidin sağ, beşinci apsidin isə sol hissəsinin kümbəzə birləşən hissəsində yonulmuş daşın üzərində iki üfiqi xətt və kiçicik kürəciklər oyulmuşdur. Bu iki daş, abidənin yeganə daxili bəzəyidir. Məbəd biri giriş olmaqla dörd böyük və eyni formalı dörd kiçik yarımdairə nalvari formalı hissədən ibarətdir. Böyük apsidaların hər biri 2 metr enə və təxminən elə o qədər də dərinliyə malikdirlər. Diaqonal nişlərin isə ölçüləri isə təqribən 0,80 X 0,80 metrdir.

Apsidlərin üzəri yarımdairəvi kümbəzlərlə bağlanmışdır. Yeddi qardaşın xatirəsinə tikilən, yeddi apsidin əhatə etdikləri zal (əgər buna zal demək mümkünsə), 15 nəfərin sığışa bilməyəcəyi qədər kiçikdir. Yəni bu zala ibadət üçün toplaşmaq sadəcə mümkün deyil. Məbədin daxili quruluşu özündə kilsə memarlığının heç bir elementini əks etdirmir. Birmənalı şəkildə demək olar ki, bu məbəd dini xarakterli tikinti deyil, sadəcə xalq tərəfindən sevilən və ziyərətgaha çevrilən xatirə abidəsidir.

Faiq İsmayılov, AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı




Baxış sayı: 2 370
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930