FACT-INFO.AZ » CƏMİYYƏT » Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
6-12-2017, 09:35 | CƏMİYYƏT
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi

Ermənistanın ikinci prezidenti Robertin də soyadı türkcədir – Köçəryan. Ümumiyyətlə, ermənilərin bir çoxunun adı və ya əsasən soyadı türkcədir. Məsələn, Allahverdiyan, Pambıqçıyan, Emekçiyan (Çörəkçiyan) və s.

Məsələ budur ki, Edvard Nalbandyan noyabr ayının ilk həftəsində İsrailə rəsmi səfərə gedib.[i] Səfər zamanı iki ölkə arasında müxtəlif məsələlər müzakirə olunub. İki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsi gündəmə gəlib. Ümumiyyətlə, Ermənistan və İsrail arasındakı münasibətlər bəzi erməni analitiklərin iddia etdikləri kimi heç bir zaman yüksək səviyyədə olmayıb. İsrail Ermənistan ilə münasibətlərdə daha təmkinlidir. İki ölkə arasnda ticarətin həcmi bir neçə milyon dollardır və Ermənistanın xarici ticarət dövriyyəsinin 0,1 faizini təşkil edir. Diplomatik münasibətlərin 1992-ci ildə qurulmasına baxmayaraq, İsrailin Ermənistanda səfirliyi belə yoxdur.

"Mavi Mərmərə'' gəmisində baş vermiş hadisədən sonra Türkiyə-İsrail arasında yaranmış böhran zamanı belə İsrail hökuməti qondarma "erməni soyqırımı''nın tanınması məsələsini Knessetin gündəminə gətirmədi. Erməni tərəfdarı bəzi yəhudi milliyyətçilərin "erməni soyqırımı''nın tanınması çağırışı isə heç bir nəticə vermədi.

Nalbandyan soyadından irəli gələn psixologiya ilə İsrail səfərində baş nazir Benyamin Netanyahunun atını nallamaq fikrinə düşmüşdü. Nal vurmaq təşəbbüsü isə həm öz adından, həm də "Böyük Ermənistan” adından həyata keçirildi.

Nalbandyan səfər zamanı İsrailin "i24 news'' televiziya kanalına müsahibə verib və bir sıra məsələlərə toxunub. Bu məsələlərdən biri də qondarma "erməni soyqırımı'' olub. Nalbandyan belə deyib: "Erməni soyqırımının tanınması holokostun qarşısını ala bilərdi.''[iii ] Əlbəttə, İsraildə səfərdə olan Nalbandyan İsrail dövlətinin və yəhudi xalqının gözünə necə girə bilərəm həyəcanı ilə nə dediyini bilməyib. Moskva Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsindən məzun olan və siyasi elmlər namizədi elmi dərəcəsi alan Nalbandyanın belə məntiqsiz fikir bildirməsi onun savadsızlığından yox, erməni xislətindən irəli gəlir. Belə ki, Nalbandyanın iddia etdiyi qondarma "erməni soyqırımı'' ilə holokost arasında təxminən 25 il fərq var və XX əsrin əvvəllərində beynəlxalq hüquqda soyqırımı anlayışı yox idi. Nalbandyan erməni xislətindən sıyrılaraq tarixə bir nəzər salsaydı, həqiqətən, soyqırımı törədilən cinayətləri xatırlamalıydı. Məsələn, – ingilislərin 1769-70, 1876-79, 1896-1900-cü illərdə, xüsusilə də XIX əsrin sonu – XX əsrin əvvəllərində Hindistanda müxtəlif qətliam və aclıqdan 27 milyon hindlini öldürməsini;[iv]

– Mora müsəlmanlarına qarşı 1821-ci il avqust ayına qədər davam edən yunan din adamlarının törətdikləri qətliamı;[v]

– 1877-1878-ci illərdə bolqarların 450 min müsəlman türkü qətl etməsini;

– XIX əsrə qədər kölə ticarəti nəticəsində təxminən 35 milyon insanın öldürülməsini;

– 1492-ci ildə Kolumbun Amerika qitəsini kəşf etdiyində sayları 8 milyon olan Aravaks yerlilərinin 22 ildən sonra 28 minə qədər azalmasını;

– norveçlilərin taterlərə qarşı qətliamı və qadınlarının zorla qısırlaşdırılmasını;

– ingilislərin Avstraliya aborigenlərinə qarşı soyqırımı. İngilislərin onları heyvan kimi ovladıqlarını;

– almanların Afrikada (Namibiyada) heroro və namalılara qarşı qətliamı nəticəsində 132 min yerlidən sadəcə 15 minin sağ qaldığını və s.

Əlbəttə, Nalbandyan bunları bilir, amma dilə gətirmir. Çünki ermənilər milli kimlik və ənənələrini qorumaq üçün bir düşmən obrazı axtarırdı və türkləri tapdılar.

Nalbandyanın İsrail səfəri region mətbuatında da müzakirə edildi. İran Ermənistanın İsrail ilə əlaqələrini genişləndirməsindən narahat olduğunu bildirdi. İran XİN-nin mətbuat katibi "sionist rejimin'' bölgədə sabitliyi pozmağa cəhd etdiyini, bu səbəblə də ermənilərin Qafqaz bölgəsində diqqətli olması gərəkliyini ifadə edərək, Ermənistana ultimatum verdi.[vi]

Ermənistanın İrana rəğmən İsrail ilə münasibətlərini genişləndirməyə çalışması olduqca problemlidir və ciddi nəticələr əldə edilmə ehtimalı olduqca zəifdir. İran bölgədə Ermənistana əsasən iqtisadi və siyasi olaraq nəzarət edə bilən ölkələrdən biridir. Ayrıca, Ermənistanın İsrail ilə iqtisadi və hərbi-siyasi sahələrdə əməkdaşlıq etməyə potensialı yoxdur. Ermənistan əsasən Rusiyanın verdiyi borcla Rusiyadan silah aldığı üçün başqa dövlətlərdən silah almağa sadəcə iqtisadi gücü çatmır.

Newtimes.az

Hatəm Cabbarlı, siyasi elmlər doktoru




Baxış sayı: 1 648
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30