FACT-INFO.AZ » CƏMİYYƏT » Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir
15-11-2017, 21:00 | CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İclasda Şuranın 2018-ci il birinci qrant müsabiqəsinin elan edilməsi ilə bağlı qərar qəbul edilib. Müsabiqənin mövzuları, həmçinin şərt və qaydaları haqqında məlumatlarla Şuranın www.qhtxeber.az, www.e-qht və www.cssn.gov.az saytları vasitəsi ilə tanış ola bilərsiniz.

Fact-info.az-ın məlumatına görə, Şura müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri dəstəkləyir: 1. İnsan hüquqlarının, söz, ifadə və fikir azadlığının təmin edilməsi istiqamətinə dair təşəbbüslər;

2. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması;

3. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsinə dair təşəbbüslər;

4. Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin problemlərinin həllinə dair təşəbbüslər; 5. Qəhrəmanlıq tarixinin təbliği və şəhid ailələrinə dəstək təşəbbüsləri;

6. Təhsil və mədəniyyət sahələrinin inkişafına dair təşəbbüslər;

7. Narkomaniya, İnsan İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmunçatışmazlığı Sindromu (İİV/QİÇS) ilə mübarizəyə dair təşəbbüslər;

8. İnsan alverinə qarşı mübarizəyə dair təşəbbüslər;

9. Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair təşəbbüslər;

10. İnternet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsi istiqamətində fəaliyyətə dair təşəbbüslər;

11. İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair təşəbbüslər;

12. Əmək münasibətlərinin rəsmiləşdirilməsi əsaslarının təbliği və qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində təşəbbüslər;

13. Milli ailə dəyərlərinin təbliği, məişət zorakılığına qarşı mübarizəyə dair təşəbbüslər;

14. Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı sahəsində təşəbbüslər;

15. Qadın və uşaq hüquqlarının təbliği ilə bağlı tədbirlərin təşkili;

16. Ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına dair təşəbbüslər;

17. Kənd təsərrüfatı kooperativləri, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının müxtəlif sahəvi və regional assosiasiyaların institusional potensialının gücləndirilməsinə dair təşəbbüslər;

18. Regionların sosial-iqtisadi inkişafına dair təşəbbüslər;

19. İnnovativ ideyalara dair təşəbbüslər;

20. Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə dair təşəbbüslər. Layihələrin müddəti

Layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər. Qrantın məbləği • 2016-cı ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 10000 (on min)manat ola bilər. • 2017-ci il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər 3000 (üç min) manatdanartıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər. Müsabiqənin proseduraları

Müsabiqə üzrə ərizə və layihələrin qəbulu 15 noyabr 2017-ci il tarixdən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 5 mərhələdə aparılır:

• 1-ci mərhələ - Ərizələrin qeydiyyatı və layihə təklifinin qəbulu;

Bu mərhələ 15 noyabr–15 dekabr 2017-ci il saat 16.00-dək müddəti əhatə edir.

• 2-ci mərhələ - Ərizələrin texniki seleksiyası;

Bu mərhələ 15 noyabr-15 dekabr 2017-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir

• 3-ci mərhələ - Layihə təkliflərinin texniki seleksiyası;

Bu mərhələ 15 noyabr-20 dekabr 2017-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan layihə təklifi, ona əlavə olunan sənədlər araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

• 4-cü mərhələ - Qeydə alınmış layihə təkliflərinin ekspertizası;

Bu dövr 21 dekabr 2017-ci il tarixdən–18 yanvar 2018-ci il tarixədək müddəti əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən ayrı-ayrılıqda və konfidensial qaydada qiymətləndirilir.

• 5-ci mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi. Müsabiqə qalibləri 2018-ci il fevral ayının 10-dan sonra elan olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın internet saytında yerləşdiriləcək. Qalib təşkilatlara məlumat fərdi qaydada çatdırılır və müqavilə imzalanır.

Qeyd edək ki, müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 30 noyabr 2017-ci il saat 15.00-da Şuranın ofisində (Fikrət Əmirov 1, 2-ci mərtəbə) keçiriləcək.

Ərizənin elektron forması, həmçinin qaydaları və şərtləri ilə Şuranın www.cssn.gov.az, www.e-qht.az və www.qhtxeber.az internet saytlarında tanış olmaq olar. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinin Hüquq məsələləri üzrə baş məsləhətçisi Rauf Məcidbəyliyə müraciət etmək olar. Tel /faks: (012) 493 17 80, 493 17 32 (daxili 125). E-mail: r.medjidbeyli@cssn.gov.az




Baxış sayı: 1 929
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031