FACT-INFO.AZ » SİYASƏT » XİN rəhbəri: “Şimal-Cənub nəqliyyat dəhlizinin böyük potensialını görürük”
1-11-2017, 10:00 | SİYASƏT
XİN rəhbəri: “Şimal-Cənub nəqliyyat dəhlizinin böyük potensialını görürük”

Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. E. Məmmədyarov bildirib ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən ilk görüşündə Bəndər-Abbasdan Sankt-Peterburqa qədər dəmir yolu xətlərinin birləşdirilməsi ilə bağlı ilkin müzakirələr aparılıb: “Bu nəqliyyat dəhlizi ilə Hindistan, o cümlədən Vyetnam kimi ixracatçılar maraqlanır. Hətta mən bilmirdim ki, Vyetnamın ixrac potensialı 204 milyard dollardır. Bundan 42 milyard dollar həcmində mal Avropa İttifaqı bazarlarına göndərilir. Bu yüklərin dəniz yolu ilə göndərilməsi böyük vaxt və uzun məsafə qət etməyin hesabına başa gəlir. Gəmilər Hind okeanından, Süveyş kanalından, Aralıq dənizindən, Atlantik okeandan keçir, bundan sonra Baltik dənizinə çıxır və yalnız bundan sonra Sankt-Peterburqa çatır. Bu baxımdan Şimal-Cənub nəqliyyat dəhlizinin böyük potensialını görürük. Şimal-Cənub nəqliyyat dəhlizinin potensialı Çini Avropa İttifaqı ölkələri ilə birləşdirəcək Şərq-Qərb nəqliyyat dəhlizinin potensialından az deyil. Bizim üçün Mərkəzi Avropa böyük maraq kəsb edir. Məsələn, Polşa prezidentinin son səfəri zamanı Polşa rəhbərliyi, bu ölkənin xarici işlər naziri ilə Şimal-Cənub nəqliyyat dəhlizi geniş müzakirə olundu. Polşa da infrastrukturunun, dəmir yollarının Şimal-Cənub nəqliyyat dəhlizi ilə birləşdirilməsində çox maraqlıdır. Polşanın dəmir yolları xəttinin genişliyi bizim dəmir yolları xətinin genişliyi ilə üst-üstə düşür, dəmir yollarını birləşdirən zaman relslərin dəyişməsi də lazım olmayacaq. Biz məsələni bütün tədbirlərdə müzakirə edirik. GUAM-ın Tbilisidə keçirilən son toplantısında da bu məsələ diqqət mərkəzində oldu. Bu, gömrük, sərhəd, yük daşıyıcıların geniş əməkdaşlığını tələb edir ki, yüklərin daşınmasında vaxt itkisi minimum olsun. Burada tarif, gömrük rüsumları və digər məsələlər var. Xarici İşlər Nazirliyi kimi bizim üçün əsas odur ki, bir otaqda əsas oyunçular toplaşsın və tarif barədə danışmağı bacarsınlar”.

Qeyd edək ki, E. Məmmədyarov bundan öncə noyabrın 1-də Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşündə Şimal-Cənub nəqliyyat dəhlizinin əsas müzakirə mövzusu olacağını bildirib. (apa)




Baxış sayı: 1 612
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031