FACT-INFO.AZ » CƏMİYYƏT » Artillleriya generalımızın xatirəsi əbədiləşdirilməlidir
1-10-2015, 11:55 | CƏMİYYƏT
Artillleriya generalımızın xatirəsi əbədiləşdirilməlidir

İlk hərb nazirimiz Səməd bəy Mehmandarovun yubileyi münasibətilə ölkə başçısının verdiyi sərəncam ordu generalımızın abidəsinin əbədiləşdirilməsi məsələsini gündəmə gətirmək üçün bəlkə də ciddi əsas ola bilər.
Müstəqil cümhuriyyətin ordu qurucularından olan Səməd bəy Mehmandarov tam artilleriya generalı adını Port Arturda, Çinin indiki Dalyan şəhərinin inzibati rayonu olan Lyuyşunda alıb. 
Onda Çin Lyuyşunu müqavilə ilə çar Rusiyasına 25 illik icarəyə vermişdi. Çar Rusiyası da bura dəmir yolu xətti çəkmiş, sanki 3-5 il sonra reallaşacaq Rus-Yapon müharibəsi üçün qabaqcadan tədarükünü görmüşdü. 
Həqiqətən də 1904-cü ilin yanvarın 26-da yaponlar rusların Port Artur limanında duran eskadrasına gecəykən hücum edir, iki zirehli gəmini və “Pallada” kreyserini partladır. Bununla da Rus-Yapon müharibəsi başlayır. Və həmyerlimiz Səməd bəy Mehmandarov 7-ci Sibir atıcı diviziyasının tərkibinə daxil olan 7-ci atıcı topçu divizionunun komandanı kimi Port Artura gedir. Özü də təkcə Mehmandarovmu? Əliağa Şıxlinski də, Hüseyn xan Naxçıvanskidə, yüzlərlə azərbaycanlı oğulları da.
Araşdırmaçı jurnalist Şəmistan Nəzirli deyir ki, azərbaycanlılardan birinici dəfə Port Arturda yüksək rütbə alan Səməd bəy Mehmandarov olmuşdu: “Çünki Səməd bəy Mehmandarov bir topçu kimi şöhrəti hər yerə yayılmışdı. Səməd bəy Mehmandarov artilleriya sahəsinə çox böyük yeniliklər gətirmişdi”.
Elə müstəqililk dövründə Azərbaycanın ordu qurucusu da məhz Səməd bəy Mehmandarov olur. O qısa bir vaxtda yaxın dostu Əliağa Şıxlinski ilə müstəqil Azərbaycan Respublikasının nizamlı ordusunu yaradır. 
Amma 23 ay davam edən müstəqil cümhuriyyət süqut edərkən Mehmandarovun da hərbi-siyasi fəaliyyətində böhran yaşanır. 
65 yaşlı generalı güllələnmədən Nəriman Nərimanov xilas edir. Amma çar generalı damğısından o ölən günə kimi xilas ola bilmir. 
Həyat yoldaşı və oğlunun tərk edib getdiyi general 1931-ci ilin fevralında dünyasını dəyişir. Bu gün Səməd bəy Mehmandarovun qəbri belə yoxdur. Onu Çəmbərəkənd adı ilə tanınan indiki Şəhidlər xiyabanın ərazisində dəfn etmişdilər.
1939-cu ildə Sergey Mironoviç Kirov öldürüldükdən sonra onun xatirəsini əbədiləşdirmək üçün park salanda məhz sovet rejimi məqsədli olaraq Çəmbərəkənd qəbristanlığını seçir. Qəbristanlıq dağıdılır, Mehmandarovun məzarına isə sahib çıxan olmur. 
Bu gün 160 illiyi ərəfəsində generala ən böyük hədiyyəmiz onun məzarını simvolik də olsa təşkil etməkdir. Təkliflər də var. Burada general Həzi Aslanovun məzarının yanında olub Mehmandarovun qəbri. Deyirlər ki, məhz o ətrafda cümhuriyyət generallarının şərəfinə bir abidə qoymaq olar. 
Və yaxud, rəssam heykəltaraş Xanlar Əhmədovun emalatxanasında Mehmandarovun heykəlinin eskizi illərdir gözləyir. Bəlkə o eskizə ruh verək? Necə düşünürsüz? Generalın 160 illiyi ərfəsində onun ruhuna bundan gözəl hədiyyə ola bilərmi? 

 

 




Baxış sayı: 2 178
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30