FACT-INFO.AZ » Tədqiqat jurnalistikası niyə inkişaf etmir?
28-05-2015, 10:30 | ---
Tədqiqat jurnalistikası niyə inkişaf etmir?

Əgər media  hadisələrin arxasınca gedib başını girələyirsə, vaxtını keçirirsə  bu  çox ciddi problemdi. Təbii ki, baş verən yanğın hadisəsinə, digər  çatışmazlığa görə,  medianı günahlandırmaq fikrindən uzağam. Lakin cəmiyyətin tərkib hissəsi olan  televiziyaların, medianın bütün proseslərlə bağlı məsuliyyəti var. 

  Televiziyalar, çap və internet mediası  yalnız  informasiyanı alıb paylaşmaqdan,  intiriqalar aparmaqdan və yaxud  telekanallar əyləncə predmetinə  çevrilməkdən ibarət olmamalıdır. Burada həmçinin  gözlənilən təhlükələrlə,  millətin, dövlətin, insanların taleyi ilə bağlı  məqamlarda  ən azından qabaqcadan  fikir,  mülahizə ortaya qoymalıdır. Neçə illərdi ki,  binaların divarlarına  örtüklər çəkilirdi, inşaat işləri aparılrdı. Bütün  bunların keyfiyyətli olub-olmaması haqqında  bir dəfə olsun  geniş jurnalist tədqiqatına,  ciddi araşdırmalara rast gəlmirik.

  Şübhəsiz  bu işdə günahi olan,  məsuliyyətsizliyə  yol verən cavabdeh şəxslər  cəzalarını alacaqlar. Ancaq  onların hər hansı formada cəza alması bu yanğında dünyasını dəyişən insanları,  digər maddi və mənəvi itkiləri geri qaytara bilməyəcək. Deməli,  zamanında nadan, işinə məsuliyyətsiz yanaşan  həmin cavabdeh şəxsləri bu yoldan çəkindirmək, ictimaiyyəti və dövləti  bu məsələdə məlumatlandırmaq üçün   tədqiqalar aparılmalı  və   problem ictimailəşməli idi.  Bu da  ondan irəli gəlir ki, jurnalist tədqiqatı  inkişaf etməyib. Təbii ki, bunun kifayət qədər  səbəbləri var.

  Ancaq  onu da  qeyd etmək lazımdır ki,  televiziya sahəsində yalnız  ANS-də əvvəllər  “Təhqiqat”  adlı veriliş gedirdi.  Kifayət qədər maraq doğuran  və ciddi araşdırmalar aparılan  həmin veriliş  nədənsə uzun ömürlü olmadı. Təəssüf  ki, telekanallarda belə tədqiqat xarakterli verilişlərə rast  gəlinmir.  Ancaq bu o  anlama gəlməməlidir ki,  bu işləri bacaran  jurnalistlər yoxdur. Təbii ki, ixtisaslaşmış və   bu işləri yetərincə bacaran  media əhli var.   Sadəcə olaraq   tədqiqat sahəsi sosial  sifarişə çevrilmir.

  Bu vaxta qədər bu işlərin gerçəkləşməsinə,  yəni cəmiyyəti narahat edən bu problemlərin tədqiqinə o  qədər maraq olmayıb.  Açıqı  telekanallar şou proqramlara  üstünlük verərək reytinq  toplamaqla, pul qazanmaqla məşğul olublar. Hətta yeri gələndə sağlam rəqabətdən daha çox mənasız çəkişmələrə üstünlük veriblər.   Çap və internet mediası  isə pulu olanda- olmayanda bu məsələyə maraq göstərməyib.   Bu da müəyyən mənada   auditoriyanı   daha çox haylı-küylü  xəbərlərə,  qıcıq doğuracaq əslində çox mənasız infornasiyalara öyrədib. 

 Baxmayaraq ki, belə informasiyaları eşidilmirdi.  Ancaq  etiraf etmək lazımdı ki,   yanğın hadisələrindən əvvəl   həmin  binalardakı üzlüklərin təhlükəliliyi  ilə bağlı, hər hansı  problemlər haqqında  informasiyanın  yayılmasının  özü  etinasızlıqla qarşılanacağı ehtimalı vardı. Çünki  cəmiyyətdə etinasızlıq sindromu   mövcud olub.  Digər məqam  ondan ibarətdir ki, ciddi yazıları  oxuyanların sayı  az olduğuna görə,  çap və internet mediası  jurnalist tədqiqatına maraq göstərmir. Etinasızlıq sindromunun  nəticəsi  isə göz qabağındadır.

   Ümumiyyətlə, tədqiqat işi  təcrübə və intellektlə bərabər  həm  xeyli vaxt, maliyyə tələb edən işdir. Heç kəs   aylarla vaxtını,  enerjisini  az məvacibə həsr edib  araşdırma   aparmaz.  Mən KİV-ə Dəstək Fondunun,  Mətbuat Şurasının elan etdiyi müsabiqələrə  diqqət yetirmişəm. Orada  jurnalist tədqiqatı ilə bağlı  hər hansı  istiqamətlər  yoxdur.

 Məgər Bakı şəhəri,  Rayon  İcra Hakimiyyətləri,  müxtəlif nazirliklər  və digər qurumlarla birlikdə  həyata keçirilən layihələrin keyfiyyəti,  lap elə binaların üzlənməsi,  inşaat işləri ilə bağlı  Mətbuat Şurası  və yaxud  KİV-ə Dövlət Dəstəyi Fondu birgə  müsabiqələr elan edə bilməzdimi?  Təbii ki, belə müsabiqələrın  keçirilməsi nəticəsində  aparılacaq tədqiqat işləri zamanında   bir çox qüsurları   aşkar edə bilər.  Əslində bu dövlətin də, vətəındaşların da mənafeyinə uyğun bir addım olar.   

 Binəqədidə baş verən  məlum yanğın hadisələri haqqında  bu gün  hamı danışır, narahatlığını dilə gətirir.  Həqiqətən bu ürək ağrıdan mənzərədir.  Belə hadisələrin, məsuliyyətsiz inşaat işlərinin bir daha təkrar olunmaması üçün   ictimai nəzarət, ictimai qınağ,   ən əsası davamlı  QHT- media qurumlarının işirakı ilə  birgə tədqiqatların aparılması işi zəruridir.

 Bu gün cəmiyyəti, əslində hər birimizi narahat edən  çox ciddi  sahələr  var ki, onların  ciddi tədqiqatının aparılması və yekun nəticələrin  ictimaiyyətə açıqlanması  zəruridir.


Əkrəm Bəydəmirli



Baxış sayı: 3 823
Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq Dünən, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq Dünən, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb 8-10-2026, 19:30 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib 8-10-2026, 18:30 Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia 8-10-2026, 16:30 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib 8-10-2026, 14:00 Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb 8-10-2026, 12:30 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib 8-10-2026, 10:00 III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib 8-10-2026, 09:30 Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır 8-10-2026, 09:30 “Tarixə toxunuş” sərgisi açılıb 8-10-2026, 09:00 Ukraynalı uşaqların Azərbaycanın tarixi və görməli yerlərinə ekskursiyası təşkil edilib 7-10-2026, 19:00 “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib 7-10-2026, 19:00 Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb 7-10-2026, 18:30 Президент Ильхам Алиев: Ни один наш пропавший без вести гражданин не забыт 7-10-2026, 18:00 UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan 7-10-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031