FACT-INFO.AZ » MÜSAHİBƏ » Kinorejissor Arif Babayev haqqında düşüncələr
24-09-2015, 20:05 | MÜSAHİBƏ
Kinorejissor Arif Babayev haqqında düşüncələr

Teatr texnikumuna daxil olan Arif peşəkar səhnəyə çox erkən yaşlarında çıxıb. Dövlət Gənc Tamaşaçılar Teatrında çalışan böyük aktyorumuz Ağadadaş Qurbanov rejissor kimi quruluş verdiyi "İbrət" tamaşasında Arifə epizodik rol tapşırır. Moskvada təhsil alan ilk milli teatr rejissorlarımızdan biri, Ağaəli Dadaşov da gənc oğlana kiçik rollar etibar edir. Arif Babayev "Məlikməmməd", "Qaraca qız" tamaşalarında epizodik rollar oynayır.

1946-cı ildə Arifin həyatında mühüm hadisə baş verir.  O vaxtkı Azərbaycan Dövlət Teatr İnstitutu teatr texnikumunun bazası əsasında formalaşdırıldığından Arif Babayev də mexaniki bu ali məktəbin tələbəsi sayılır və görkəmli pedaqoq, rejissor və aktyor Mehdi Məmmədovun kursunda təhsil alır. Qoqolun "Müfəttiş" tamaşasını hazırlayanda rol bölgüsündə müəllimi onu da nəzərə alır. Arif Qorodniçi rolunu oynayır. 1953-cü ildə Teatr İnstitutunu bitirən Arif Babayev Naxçıvan teatrına göndərilir. Gənc rejissor həmin teatrın səhnəsində Qoqolun "Evlənmə" pyesinə quruluş verir. Qısa müddətdən sonra Bakıya qayıdaraq  onun üçün dogma olan Gənc Tamaşaçılar Teatrında rejissor kimi fəaliyyətə başlayır.

1956-cı ilin 14 fevralında milli televiziyamız ilk verilişləri ilə efirə çıxır. Arif Babayevi də yeni yaranan televiziyaya işə dəvət edirlər. 1959-cu ildə onu televiziyanın baş rejissoru təyin edirlər. Bu illər ərzində Arif Babayev "Bizim şəhərin uşaqları", "Respublika haqqında hekayət", "Biz arzulayanlar nəslindənik" sənədli filmlərini çəkir, Musa Cəlilin "Moabit dəftəri", Taras Şevçenkonun "Kor qadın", Rəsul Rzanın "Qanun", Mehdi Hüseynin "Səhər" əsərləri əsasında canlı televiziya tamaşaları hazırlayır. Bu arada onu Moskvaya ezam edirlər. "Rejissor pultunun Paqaninisi" titulunu alaraq yenidən Bakıya dönür Arif Babayev.

  Arif Babayev 1964-cü ildə ilk rəsmi mükafatını alır. Əməkdar  incəsənət xadimi fəxri adına layiq görülən ilk televiziya işçisi kimi tarixə düşür.

1964-cü ildən Arif Babayevin həyatının növbəti dövrü başlayır

 "Azərbaycanfilm" Kinostudiyasına dəvət alan Arif müəllim nəhayət illərdən bəri ürəyində gəzdirdiyi arzusuna çatır. Uşaq yaşlarından kinoteatrlarda filmlərə baxmaqdan doymayan, bu sənət barədə yazılan kitabları, qəzet məqalələrini oxumaqdan usanmayan Arif Babayevə çəkiliş meydançasının  sahibinə çevrilmək qismət olur.

   İmran Qasımovun ssenarisi əsasında lentə alınan "Kimi daha çox sevirik?" almanaxına daxil olan "Zirvə" adlı qısametrajlı bədii filmi sənət zirvəsi sayılmasa da, Arif Babayevin kinoda ilk işi kimi dəyərlidi. "Zirvə" onun Azərbaycan kinosuna bəxş etdiyi 9 filmin ilkidi. Bu filmdən sonra rejissor müxtəlif illərdə  "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", “Gün keçdi", "Ömrün ilk saatı", "Alma almaya bənzər", "Bizi bağışlayın", "Arxadan vurulan zərbə", "Birisigün, gecəyarısı" kimi məşhur Azərbaycan filmlərinə ekran ömrü verdi.

 Cəmi 54 il yaşadı Arif Babayev, 9 film çəkə bildi. Kinodakı xidmətlərinə görə, respublika dövlət mükafatı laureatı oldu, sonuncu filmi - "Birsigün, gecəyarısı" ona keçmiş SSRİ-nin Təhlükəsizlik Komitəsinin "Ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə" mükafatını qazandırdı. Bu mükafatı alan ilk azərbaycanlı rejissor kimi tanındı Arif müəllim… Amma bütün böyük rejissorlar kimi Arif Babayev də aldığı mükafatlarla deyil, çəkdiyi ekran əsərləri ilə yadda qaldı. "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Arxadan vurulan zərbə" kimi filmləri ona ölməzlik qazandırdı.

90-cı illərin əvvəllərində tanınmış teletənqidçi Elşad Quliyevin təşəbbüsü ilə "Bilik" Cəmiyyəti Arif Babayev adına mükafat təsis etdi . Ayaz Salayev, Hüseyn Mehdiyev və Baba Vəziroğlu bu mükafatın ilk laureatları oldular. Təəssüf ki, sonralar mərhum Elşad Quliyevin başladığı xeyirxah iş yarımçıq qaldı. 

2000-ci ildəsə Elşad müəllimin oğlu, tanınmış kinorejissor Cəmil Quliyevin rejissorluğu  ilə “Yaddaş” Sənədli Filmlər studiya sında “Kinorejissor Arif Babayev”  qısametrajlı sənədli  filmini çəkilir. Filmin ssenari müəllifləri: Oqtay Mirqasımov, Cəmil Qu liyev idi.  Filmdə kinorejissor və kinooperator Rasim İsmayılov, bəstəkar Xəyyam Mirzəzadə, yazıçı Anar, aktyor Həsən Məmmə dov və Arif Babayevin  qardaşı, kinorejissor Vasif Babayevin müsahibələri yer alıb.. Arif Babayevin çəkdiyi "Gün Keçdi", "Uşaqlığın Son Gecəsi", "İnsan Məskən salır" bədii filmlərindən fraqmentlər, foto və kino arxiv sənədləri filmə daxil edilib.

Rejissor, pedaqoq, filologiya elmləri doktoru Aydın Dadaşov özünün  “Rejissor Arif Babayev” kitabında  tanınmış rejissor Arif Babayevin həyat və yaradıcılığından, rejissor kimi yetişməsində yaşadığı mühitin rolundan, onu sənətkar kimi başqa həmkarlarından fərqləndirən cəhətlərdən ətraflı söz açır. Arif Babayevin yaradıcılığına müxtəlif tərəflərdən yanaşmağa çalışaraq sənət adamları ilə söhbətlərini, müsahibələrini kitaba daxil etməkdə Aydın Dadaşov öz qəhrəmanını oxucularına necə varsa eləcə, öz mühitində təqdim etmək məqsədi daşıyır. Müəllif rejissorun çəkdiyi filmlərdən, onun qəhrəmanlarından misallar gətirib deyəndə ki, “Arif Babayev filmlərindəki kiçik personajla rı belə dramaturji məqamlarda göstərmək qüdrətinə malik sənət kar idi”, onunla razılaşmaya bilmirsən.

İçərişəhərdə dünyaya gələn, İçərişəhər sevgisini son nəfəsinə qədər ürəyində gəzdirən Arif Babayev milli kinomuzda İçərişə hərin tərənnümçüsü, poetik kinonun yaradıcısı sayılır.

"Paltarların, ayaqqabıların köhnələndə təzələmək həvəsin qalmayıbsa, demək ölüm sənə yaxınlaşıb". Bu sözlər də Arif Babayevə məxsusdu. Kinodan, teatrdan qazandığı qonorarın çoxunu son dəbli geyimlərə xərcləyən bir adamın bir gün köhnə lən paltarlarını təzələmək həvəsi qalmır... 1983-cü ilin 26 avqus tunda dünyasını dəyişir Arif müəllim… Bütün varlığıyla kinoya bağlı olan, qəlbi kinematoqraf sevgisiylə vuran Arif Babayev sovet dövründə kino işçilərinin peşə bayramı kimi qeyd olunan  bir gündə, yəni, avqustun 27-də torpağa tapşırıldı. Ruhu şad olsun!

   Kinoşünas Şəhla Əmirli: -Azərbaycan kinosunda öz dəst-xətti, öz sözü ilə sayılıb seçilən kinorejissorlarımızdan biri də Arif Babayevdi. Arif Babayev Azərbaycan kinosunda həm müəllif olduğu üçün, həm də çəkdiyi filmlərin mövzularına çox sadə və səmimi yanaşdığı üçün yaradıcılığı fərqlənir. Rejissor cəmi 9 bədii film çəksə də, 20-yə yaxın sənədli filmi var. Bildiyimiz kimi, Arif müəllim televiziya rejissoru kimi də dəyərli sənət nümunələri yaradıb. Məhz televiziyada işlədiyi illərdə kamerayla peşəkarcasına davranmağı öyrənib Arif Babayev, bu da onun gələcək kino fəaliyyətinin uğurunu təmin edib.

1964-cü ildən “Azərbaycan film” kinostduyasında işləməyə başlayan rejissorun ilk bədii filmi qısametrajlı “Zirvə” novellasıdı. Bu filmə o, aktyor Həsən Məmmədovu çəkmişdi. Bundan sonra Arif müəllimin tammetrajlı, geniş ekranlı filmləri  çəkilməyə başlayır. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Arif müəllim filmlərini müxtəlif janrlarda lentə alsa da,  bütün filmlərinin əsas leytmotivi insan faktorudu. Arif müəllim özü həyatda olduq ca təvazökar, səmimi insan idi, filmlərində də məhz səmimi insan obrazını yaratmağa çalışırdı, müsahibələrində də xüsusi vurğulayırdı ki, ilk tammetrajlı bədii filmimdən başlayaraq həmişə bir mövzunu- insanın həyatda öz yerini axtarıb tapması mövzusunu inkişaf etdirməyə çalışmışam. Doğrudan da Arif müəllim ömrü boyu bu ideyaya sadiq qaldı. Onun istənilən filminə müraciət etsək, bu filmlərin hamısında əsas qəhrəmanların həm vətənpərvərliyini, həm də təvazökarlığını, səmimiyyətini aydınca görüb duya bilərik. Bununla da Arif müəllim sanki içindən gələn, düşüncələrindən doğan fikirlərini tamaşaçıya çatdırırdı, demək is təyirdi ki, insan nə qədər prşəkar və savadlı da olsa, hər zaman yüksək mənəvi dəyərləri qorumalıdı və ətrafda  baş verən hadisələrə heç vaxt biganə qalmamalıdı.

Mən Arif mü əllimin 1967-ci ildə ekranlaşdırdığı “İnsan məskən salır” filmini xüsusi qeyd etmək istəyirəm. Çünki bu film Arif Babayevin tammetrajlı kinoda çəkdiyi ilk filmdi. Bu filmdə Arif müəllim  Xəzər dənizçilərinin  çətin, təhlükəli anlarla dolu həyatını ekranlara gətirib.Əslində filmin çəkilişləri də həm təhlükəli  idi, həm də çox çətinliklə başa gəlirdi. Amma Arif müəllim böyük cəsarətlə bu işi yekunlaşdırdı və həqiqətən çox maraqlı bir ekran əsərini tamaşaçılara təqdim etməyi bacar dı. Filmdə peşəkar akt yorlar cəmlənib. Arif müəllim öz sənətinin bilicisi idi. O, bilirdi ki, kinoya uğur gətirən əsas amillərdən biri  məhz düzgün aktyor seçimidi.Bu səbəbdən də Arif Babayev bütün filmlərinə yaraşıqlı zahiri görkəmi, səlist nitqi, ürəyəyatımlı səsi olan seçmə aktyorları çəkirdi. Arif müəllimin bu yanaşma sı böyük rəğbətlə qarşılanırdı həm kino biliciləri, həm də kinosevərlər tərəfindən. Onu da qeyd edim ki, “İnsan məskən salır” filmi o zamankı ümumittifaq məkanda da böyük uğur qazandı. 1968-ci ildə İrəvanda keçirilən 2-ci Zaqafqaziya və Ukrayna respublikaları Filmlərinin Xromakey 68 Zona Kinofestivalında ən yaxşı debütə görə Arif Babayev diplomla təltif edildi və bu da təbii ki, rejissorun sonrakı yaradıcılıq fəaliyyətinin daha da uğurlu olmasına zəmin yaratdı. Arif Babayevin kino yaradıcılığında “Gün keçdi” filminin xüsusi yeri var. Milli kinematoqrafda ən peşəkar, ən gözəl çəkilən romantik, poetik filmlər  Arif Babayev yaradıcılığına məxsusdu. “Gün keçdi” filmini az aktyorlu film adlandırırlar. Filmin bir saata yaxın xronometraji var, amma bütün bu müddəti sadəcə iki obrazın daxili dünyasını seyr etdiyimizi hiss etmirik. Bu filmdə Arif müəllim cavanlara sanki bir məsləhət, nəsihət verir ki, əsl sevgilərini heç nəyə qurban verməsinlər, həyatda özlərinə peşə seçəndə, cəmiyyətdə öz mövqelərini müəyyənləşdirəndə ilk növbədə qəlblərinin səsini dinləsinlər arzularına, istəklərinə xəyanət etməsinlər. Düzdü, biz bilirik ki, insan gəncliyində daha çox həyatını qurmaq üçün çalışır və bəzən bu yolda hətta həyatının sevgisini belə unudur, amma insan yaşlandıqca onu bürüyən tənhalıq duyğusu, uğursuz sevgisi ona acı verməyə başlayır. Bu film də keçmiş SSRİ-də böyük uğurla qarşılandı,  ümumiyyətlə Arif Babayevin bütün yaradıcılığı hər zaman uğurla qarşılanıb.

    “Uşaqlığın son gecəsi” filmini də xüsusi vurğulamaq istərdim. Çünki bu film də 1969-cu ildə keçirilən Zaqafqqaaziya və Ukray na respublikalarının 3-cü Zona Kinofestivalında “gənclik üçün ən yaxşı film” nominasiyasında mükafata layiq görülmüşdü. Fil

 min musi qisinə görəsə bəstəkar Polad Bülbüloğluna Ukrayna Bəstəkarlar İttifaqının xüsusi diplomu verilmişdi. Bildiyimiz kimi, film çəkiləndən sonra ona musiqi yazılır. Arif müəlllimin kadrlarına nəzər salanda görürük ki, rejissor böyük təmkin və səbrlə olduqca poetik bir təsvir yaradır və sanki öncədən bu kadrları müşayət edəcək musiqini də müəyyənləşdirmiş olurdu. Film də əsas rolları ifa edən Səyavuş Şəfiyevin, gənclərin kumiri olan Ənvər Həsənovun  adını xüsusi vurğulamaq istərdim. Bu filmdə ölməz gənclik duyğusu, ölməz həyat sevgisi var desəm, yəqin mənimlə razılaşarsız. Bu da Arif müəllimin həyata olan baxışından irəli gəlirdi.

 Ümumiyyətlə, Arif Babayevin milli kinematoqrafa gəlişi əsl tapıntı idi. Cəmi 9 film çəksə də, hər bir filmi Azərbaycan kinosu üçün əhəmiyyətlidi, hər birinin özünəməxsus yeri var milli kinematoqrafda.

 Arif Babayevin “Alma almaya bənzər” kinokomediyasını müasir nağıl adlandırırlar. Bu filmdə çox mədəni formada, insanları qıcıqlandırmadan xeyirlə şərin sakit bir dialoqu, eyni zamanda mübarizəsi gedir. Filmdəki macəralar Nadir babanın böyük zəhmətlə yetişdirdiyi almalar üzərində qurulub. Filmin süjet xətti zəif olsa da, Arif müəllim insanlığı təbliğ edən düşüncələrini həzin  poetik bir dildə tamaşaçıya çatdırır, sevdirir. 

    Arif Babayev yara dıcılığında detektiv janrında çəkilən “Arxa dan vurulan zərbə” filmi xüsusi yer tutur. Bu film həm aktyor heyəti  nə uğur qazandırdı, həm dəAzərbaycan kinosunda özünə- məxsus yeri olan bir film kimi tarixə düşdü. Aktyor Babayev bu filmçün  də çox peşəkar aktyor seçimi edib. Filmdə baş rolu Şahmar Ələkbərov oynayır. Arif müəllim aktyor seçiminə qərar verəndə filmə hansı aktyorun uğur gətirə biləcəyini də əvvəlcədən yəqinləşdirirdi. Misalçün, “Alma almaya bənzər” filmində Həsən Məmmədovu biz ilk dəfə komik rolun ifaçısı kimi gördük. Həsən müəllim öz müsahibələrində də qeyd edirdi ki, ən böyük arzum filmlərdən birində komik obraz yaratmaqdı. Amma rejissorlar bir qayda olaraq onu dramatik rollara çəkirdilər.  Həsən Məmədovun demək olar, bütün ekran personajları uğurlu alınırdı, deyərdim ki, elə “Alma almaya bənzər” filminin uğurunun 90 faizi də məhz Həsən Məmmədovun peşəkar ifası ilə bağlıdı. Onun sadə, təvazökar ifasında igidlik, mərdlik, sevgisinə sahib çıxmağı bacaran cəhətini, eyni zamanda səmimiyyətini, meşanlığa nifrətini görürük. Bundan gözəl nə ola bilər ki?! Arif Babayev filmlərində insanlığı təlqin edirdi, bir daha təkrar edirəm, Arif Babayev kino üçün bir tapıntı idi.

 Ümumiyyətlə, kino ən güclü təbliğat vasitəsidi. Kino xarakterləri sevir. Arif Babayev filmlərində  ki mənfi tipajlarada hörmətlə yanaşırdı. Çünki bilirdi ki, mənfi xarakterli obrazları nə qədər düzgün şəkildə yaratsa, tamaşaçılar o mənfi xarakterə bir o qədər çox nifrət edəcəklər və beləcə həyatın inkişafına mane olan mənfi xarakterli insanlar geniş tamaşaçı auditoriyasının qınağına tuş gələcək.

 Arif Babayev yaradıcılığında xüsusi yeri olan filmlərdən biri də “Birisigün, gecəyarısı” filmidi. Tarixi detektiv janrında çəkilən bu filmdə hər bir həyat faktoru obrazların ifası ilə həmahəngdi. Yəni, süjüet xətti özünü tam mənası ilə doğruldur. Film ümumittifaq məkanda da çox yaxşı qarşılandı. Film geniş tamaşaçı auditoriyası toplaya bildi və 1983-cü ildə filmin yaradıcı qrupu  SSRİ Dövlət  Təhlükəsizlik Komitəsinin “çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün” 3-cü mükafata, 1986-cı ildəsə Azərbaycan Dövlət Mükafatına layiq görüldü.

 Arif Babayevin bütün filmləri onun daxili dünyasının əksi idi. Geniş tamaşaçı auditoriyası Arif müəllimin filmıərini ona görə sevir ki, orda səmimi bir həyat hekayəsi var. Arif müəllim üzün illərdi aramızda olmasada filmləri tez-tez mavi ekranların qonağı olur. Çünki bu filmlərə ehtiyac var, geniş tamaşaçı tələbatı var. Bu günkü gənclər belə Arif Babayevi tanıyır, sevir, çünki onun ekran obrazları gənc nəslin daxili dünyasını, mənəviyyatını, düşüncəsini zənginləşdirir, onların həyat yoluna işıq salır. Arif Babayevin yaradıcılığı ölməzdi. Allah ona rəhmət eləsin. 
Yazıda sənətkara ad olunan məqalələrdən istifadə olunub.
  Rübabə Səməndər (Rzayeva)                                       

 

    




Baxış sayı: 3 899
Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00 Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək - Cəlil Xəlilov 22-11-2024, 10:30 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb 22-11-2024, 09:00 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib 22-11-2024, 08:00 Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil 21-11-2024, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930