FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Forpostun üsyanı: erməni siyasəti xəyali dəyişiklik izində
11-08-2017, 11:00 | TƏDQİQATLAR-ANALITIKA
Forpostun üsyanı: erməni siyasəti xəyali dəyişiklik izində

Son günlər Ermənistan mətbuatında ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmalı olduğu haqqında fikirlər dərc edilir. Bir sıra elm və mədəniyyət xadimləri, siyasi müxalifətin təmsilçiləri Ermənistanın geosiyasi dalana dirəndiyini vurğulayırlar. Bunun əsas səbəbi kimi isə 1999-cu ildən başlayan və erməni xalqına qarşı sui-qəsd planını həyata keçirən dairələrin olması göstərilir. 2013-cü ilin sentyabrında Ermənistanın Aİİ-yə daxil olması da həmin planın bir fraqmenti hesab edilir. Bütün bunların fonunda çıxış yolunu ölkənin Aİİ-ni və Rusiyanın geosiyasi təsir dairəsini tərk etməsində görürlər. Konkret olaraq, onlar Rusiyanı Amerika ilə əvəz etməyi təklif edirlər. Yəni əsas söhbət ermənilərin öz ağalarını dəyişməsindən gedir. Lakin bu dəyişiklik realdırmı? Nəzəri və psixoloji olaraq bu tendensiyanı necə qiymətləndirmək olar?

Köhnə xəstəliyin yeni təzahürü: siyasi və mənəvi böhran mühitində

ABŞ-ın vitse-prezidenti Mayk Pensin Avropa turnesindən sonra İrəvanın siyasi ritorikası dəyişib. Müxtəlif səviyyələrdə Ermənistan-Rusiya münasibətlərinin analizi verilir. Bu zaman siyasi-ideoloji mühitin iki cəbhəyə bölündüyü aydın görünür. Bir qrup Moskva ilə əlaqələrə yenidən baxılmasının zəruriliyini əsaslandırmağa çalışır, digər tərəf isə bunun əksini söyləyir.

Belə görünür ki, uzun illərdir Ermənistan hakimiyyətinin yeritdiyi xarici siyasət kursu, yaxud kinorejissor Tiqran Xzmalyanın təbirincə desək, siyasi kursun olması görüntüsünün yaradılması (bax: Тигран Хзмалян: "Полицейские технологии сначала применяются в Армении, а потом в России" / "ArmenianReport", 6 avqust 2017) ciddi surətdə dalana dirənib. Cəmiyyətin daha aktiv kəsimi fərqli xəttin formalaşdırılmasını tələb edir. Bu sırada siyasətçilər, millət vəkilləri, analitiklər də vardır.

Məsələn, "Respublika" partiyasının sədri, "Yelk" fraksiyasından parlamentin deputatı seçilmiş Aram Sarkisyan vurğulayıb ki, "Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olduğu müddətdə ölkədə heç bir dəyişiklik olmayacaq" (bax: Арам Саркисян: "Пока Армения будет в составе ЕАЭС, в стране ничего не изменится" "ArmenianReport", 5 avqust 2017). Onun sözlərinə görə, Ermənistanın müxalifət cəbhəsi qütblərə bölünüb. Elə insanlar var ki, yaranmış vəziyyətdə yalnız silahlı müdaxilə ilə nəyisə dəyişmək mümkün olduğunu düşünürlər. Bu fikrin tərəfdarları arqument kimi Serj Sarkisyan rejiminin prinsipial olaraq heç bir yenilik etmək iqtidarında olmadığını göstərirlər.

Həmin cəbhə hesab edir ki, Ermənistan hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb və həm də kənardan idarə olunurlar. Bu baxımdan Avrasiya İqtisadi İttifaqının tərkibində qalmaq, ümumiyyətlə, real islahatlara qapalı olmaq anlamına gəlir.

Digər cəbhə, A.Sarkisyanın sözlərinə görə, yalnız populist çağırışlarla məşğul olub heç bir iş görmür. Burada əfsanəvi "Robin Qud"u gözləyir, istəyirlər ki, kimsə gəlib möcüzəvi şəkildə bütün problemləri həll etsin və həmin siyasi müxaliflər hakimiyyətə yiyələnsin.

Aram Sarkisyan bu kimi mövqelərlə razılaşmır. O, ailəsinin faciə yaşadığını (o, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktı nəticəsində qətlə yetirilmiş, həmin dövrdə baş nazir olan Vazgen Sarkisyanın kiçik qardaşıdır – Newtimes.az) deyərək, fərqli təklif irəli sürür. A.Sarkisyan hakimiyyətin dəyişməsini gərəkli sayır. Lakin bunun üçün əvvəlcə Ermənistan Aİİ-dən çıxmalıdır.

Təbii ki, Aram Sarkisyanın sözlərini real gücün ifadəsi kimi qəbul etmək yanlışlıq olardı. Ancaq bu sözlər Ermənistanda sözün həqiqi mənasında siyasi və geosiyasi böhranın mövcud olduğunu təsdiq edən faktlardan biridir. Təcavüzkar marionet dövlətdə indi iqtidara qarşı radikal əhval-ruhiyyə güclənir. Buradan iki nəticə çıxarmaq olar. Birincisi, Ermənistan ciddi böhran zolağına daxil olub. Orada Qərblə Rusiya arasında nüfuz uğrunda savaş yeni mərhələyə yüksəlib.

İkincisi, rəsmi İrəvanın Dağlıq Qarabağ və təhlükəsizliklə bağlı yeritdiyi siyasi-ideoloji xəttə artıq daxildə də inanmırlar. Xüsusilə ermənilər başa düşürlər ki, keçən ilin aprelində Moskvanın müdaxiləsi olmasaydı, Azərbaycan Ordusu erməni silahlı qüvvələrini darmadağın edərdi. Onları Kremlə və Qərbə yalvarışları xilas etdi. İndi sözdə "şanlı erməni ordusunun şücaəti"ndən bir sıra ekspertlərin qırıldamasına baxmayaraq, həqiqəti bilənlər az deyil.

"Stokholm sindromu": yeni havadar axtarışının psixoloji aspekti

Ancaq burada erməni şüurunun xəstəliyi kimi qiymətləndirilə biləcək bir məqam vardır. Ermənilər özlərinin nöqsanlarını görmək və ya etiraf etmək istəmirlər. Bu halda onların ən böyük səhvi qonşu dövlətin torpaqlarını havadarlarının birbaşa yardımı ilə işğal etməkdən ibarətdir. Bu səbəbdən Ermənistanın xilası zəbt etdiyi Azərbaycan torpaqlarını tərk etməsi ilə bağlıdır. Bunsuz hansı geosiyasi düşərgədə olursa-olsun, Ermənistanın qurtuluşu və inkişafı mümkün deyil. Bu mənada Aram Sarkisyanın rus ağalarını amerikan, yaxud alman ağalara dəyişmək təklifi nəticəsi olmayan özünüaldatmadan başqa bir şey deyil.

Belə çıxır ki, bir sıra mütəxəssislərin vurğuladığı kimi, erməni şüurunda "Stokholm sindrom"u möhkəm yer alıb. Bu psixoloji vəziyyət girovun öz təhlükəsizliyini ona ağalıq edənlərlə əlaqələndirməsi ilə bağlıdır. Toplum üçün bu, daim havadar axtarmaq, daha güclü saydığı yad cəmiyyətə sığınmaq, ondan mədəd ummaq anlamına gəlir. Erməni şüurunda bu sindrom dərinliklərdə oturub. Aram Sarkisyan kimiləri də üzdə gəlişigözəl, yaxud "demokratik" görünən fikirlər bildirməklə həmin sindromu ört-basdır etməyə çalışırlar. Reallıqda isə onların əsas məqsədi özlərinə başqa ağalar seçməkdən ibarətdir.

Bunlar Ermənistanda siyasi böhranın ideoloji və mənəvi böhranla tamamlandığını göstərməkdədir. Bütövlükdə cəmiyyət çıxılmaz siyasi-mənəvi dairəyə düşüb. Ermənistanda bu vəziyyəti Rusiyanın təsiri daha da dərinləşdirir. Bu baxımdan İrəvanın Aİİ-dən çıxması barədə yayılan informasiyalara öz ermənipərəstliyi ilə seçilən Modest Kolerovun verdiyi reaksiya maraqlıdır.

Rusiyalı analitik deyib ki, ermənilər həm sürücülük vəsiqəsinin Rusiyada işləməsini istəyirlər, həm də Aİİ-dən çıxmaq barədə danışırlar. M.Kolerov məhz "Yelk"in bu ziddiyyətli mövqedə olduğunu ayrıca qeyd edir (bax: Нельзя одновременно говорить о выходе из ЕАЭС и высказывать требования относительно водительских прав – Колеров / "Tert.am", 2 avqust 2017). Yəni Moskvanın tələbi Ermənistan konstitusiyasında rus dilinin rəsmi statusunun müəyyənləşdirilməsi ilə bağlıdır. Bu baş verməsə, Ermənistanda verilən sürücülük vəsiqəsi Rusiyada tanınmayacaq və minlərlə erməni işsiz qalacaq.

Rusiyanın bu cür şərt qoymasının başqa aspekti daha maraqlıdır. Məsələ burasındadır ki, ruslar Ermənistanın öz vətəndaşlarını işlə təmin edə bilmədiyini yaxşı bilir. Heç kəs inanmır ki, Rusiyada işsiz qalmış ermənini Sarkisyan rejimi ölkəyə dəvət edib, ona iş verəcək. Bu günlərdə Ermənistanın Tavuş rayonunda baş vermiş bir hadisə bu baxımdan ibrətvericidir.

20 il əvvəl evini tərk etmiş erməni kişisi ailəsinə dönür, lakin ailə onu qəbul etmir. Adam əlacsız qalıb, Gürcüstana köçmək qərarına gəlir. Lakin ailə buna da razı olmur və onu evdən bayıra atırlar. Bunlara dözə bilməyən erməni özünü və ailəsini yandırmaq istəyir. Həyətdə onu ciddi yanıqlarla tapırlar, evi isə təsadüfən yuxudan oyanmış uşağın qonşuları çağırması qurtarır. Təbii ki, ailəsini tərk etmiş erməni Ermənistanda iş tapa bilsəydi, bu hadisə baş verməzdi. Bu kimi hallar barədə erməni kütləvi informasiya vasitələri tez-tez məlumatlar yayırlar.

Şübhə yoxdur ki, Rusiyaya üz tutmuş ermənilər geriyə dönüşün olmadığını anlayırlar. Bu səbəbdən onlar erməni dövlətçiliyinin zərərinə olsa belə, Rusiyada qalıb işləmək istəyirlər. İndi məsələ Ermənistanda rus dilinin rəsmi statusunun taleyinə bağlı qalıb.

Aydındır ki, Ermənistan müstəqil xarici siyasət yeritsəydi, vəziyyət bu dərəcəyə çatmazdı. Özünün heç bir proqramı olmayan, real islahatlar aparmaq imkanından məhrum olan hakimiyyət vətəndaşlara müsbət nə təklif edə bilər? Hətta bir qisim sürücülərin belə problemlərini həll edə bilməyən hakimiyyətin düşdüyü çıxılmaz dairədən xilası absurd görünür.

Beləliklə, Reks Tillersonun sözlərindən təsirlənən və Amerikanın səfərbər olduğunu düşünən erməni siyasi, ekspert və mədəniyyət dairələri növbəti səhvə yol verirlər. Onlar kölə vəziyyətində olan və Rusiyanın forpostu statusunu almış qondarma Ermənistan dövlətinin, sadəcə, Qərbin forpostu olması üçün mübarizəyə qalxıblar. Dövlətçilik baxımından bu, nəyi dəyişir ki? Aram Sarkisyan buna dəyişiklik deyirsə, yazıq halına!
Newtimes.az




Baxış sayı: 1 667
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30