FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənistan-Rusiya münasibətləri: vassalın qaranlıq gələcəyi
19-07-2017, 07:40 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistan-Rusiya münasibətləri: vassalın qaranlıq gələcəyi

Cari ildə Rusiyanın Ermənistana İskəndər zenit-raket kompleksini verməsindən sonra başda Prezident Serj Sərkisyan olmaqla, Rusiyanı dəstəkləyən dairələr cidd-cəhdlə bu ölkənin təbliğatını aparırdısa, son zamanlarda Ermənistan-Rusiya münasibətlərdə soyuq şimal küləyi əsir. İndi təbliğat meydanında səssizlik hökm sürür.

Ermənistan-Rusiya münasibətləri heç bir zaman iki müstəqil dövlət arasındakı münasibətlər kimi olmamışdır və bundan sonra da olmayacaqdır. Ermənistan siyasi, iqtisadi, hərbi və təhlükəsizlik baxımından Rusiyadan asılı vəziyyətdədir. Maraqlı odur ki, bu asılılıq hər keçən gün Ermənistanın əleyhinə artır. Beynəlxalq münasibətlər sistemində iki dövlət arasındakı münasibətlər qarşılıqlı asılılıq olaraq dəyərləndirilir. Tərəflər özlərinin maraqlarını ortaq məxrəcə gətirərək əməkdaşlıq edir. Ermənistan-Rusiya münasibətlərində isə maraqların ortaq məxrəcə gətirilməsindən söhbət belə gedə bilməz. Tərəzi kəfəsinin Rusiya tərəfi həmişə ağır gəlir.

Ermənistanın Rusiyadan asılılığını gücləndirən və davam etdirən başlıca amil Azərbaycan topraqlarını işğal etməsidir. Bu amil əsasən digər sahələrdəki asılılğı da bərabərində gətirir. Ermənistan 25 ildir Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlayır. Halbuki bu qondarma qurumu nə özünə birləşdirə, nə də müstəqilliyinin tanınmasına nail ola bilir. Dağlıq Qarabağ sözün həqiqi mənasında Ermənistanın kürəyində künküldür. Ermənistanın müalicə etməkdən imtina etdiyi o künkülü isə hər keçən il onun onurğa sütununu bir az daha əyir, bir az daha Rusiyaya doğru meylli edir, bir az daha bu ölkədən asılılığı artırır.

Bir neçə gün əvvəl Azərbaycanın Rusiyadan aldığı müasir silah növlərinin Azərbaycana gətirilməsi xəbəri, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Sputnik İnformasiya Agentliyinə verdiyi müsahibədə daha əvvəl Rusiyadan alınan müasir silahların ötən ilin aprel hadisələri zamanı istifadə edildiyini və ciddi nəticələrin əldə olunduğunu bildirməsi Ermənistan KİV-də müxtəlif aspektlərdən müzakirə olunur və hökumətdən Rusiya ilə münasibətlərin nəzərdən keçirilməsi tələb edilir.

Rusiya Avrasiya İqtisadi Birliyi çərçivəsində Ermənistanın iqtisadi siyasətinə, bu ölkədə yerləşən 102-ci hərbi bazası çərçivəsində təhlükəsizlik siyasətinə, Rusiyada olan Ermənistan vətəndaşı miqrantlarına münasibət çərçivəsində isə daxili siyasətinə nəzarət edə bilir. Ermənistan Avrasiya İqtisadi Birliyində qaldığı müddətdə müstəqil iqtisadi siyasət həyata keçirməsi mümkün deyil. Ermənistan və Avropa İttifaqı arasında 2013-cü il 24 iyul tarixində "Dərin və Geniş Əhatəli Ticarət Zonası Haqqında” müqavilə mətni üzərində razılığa gəlinmişdi. Tərəflərin bu müqaviləni imzalaması Ermənistan üçün müəyyən perspektivlər vəd edirdi. Amma Rusiya Ermənistanın bu müqaviləni imzalamasına etiraz etmiş, onu müqaviləni imzalamaqdan çəkindirmiş və Avrasiya Birliyi və Gömrük Birliyinə üzv olmağa məcbur etmişdir.

Bir neçə gün bundan əvvəl Ruiya Dövlət Duması MDB-yə üzv dövlətlərin vətəndaşlarının milli sürücülük vəsiqəsi ilə ölkə daxilində nəqliyyat vasitələrinin istifadə edilməsini qadağan edən qanun qəbul etmişdi. Bu qanun Avrasiya İqtisadi Birliyinə üzv olan dövlətlərin vətəndaşlarına şamil edilməsə də, nədənsə Ermənistan vətəndaşlarına bu haqdan kənarda saxlanılmışdır. Ermənistan Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığın perspektivlərdindən ağızdolusu danışdığı bir vaxtda Rusiyanın Ermənistan vətəndaşlarının milli sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsi istifadə etməsinə qadağa qoyması Ermənistanın tranzit yükdaşımalarına vurulmuş bir zərbədir.

Elə bu ərəfədə Ermənistan Prezidenti Rusiya ilə münasibətlərin nəzərdən keçirilməsi tələbini şərh edərkən belə demişdir: ''Bu çox təhlükəli sözdür və çox pis vəziyyət yarada bilər. Münasibətlərin nəzərdən keçirilməsi dedikdə siz kiminlə yaxşı münasibət qurmaq istəyirsiniz-Türkiyə və NATO ilə? Belə düşünmək olar ki, guya onlar qollarını açıb Ermənistanın onlara doğru gəlməsini gözləyir?''[1] Ölkə başçısının belə tragikomik izahatla Rusiyadan asılılığına haqq qazandırması məntiqlə izah edilə bilməz.

Ermənistan-Rusiya münasibətlərində problem olan digər bir məsələ Rusiyanın Türkiyəyə son model İskəndər zenit-raket kompleksini satacağı haqqında xəbər olmuşdur. Maraqlı odur ki, Türkiyənin bu silahın bir diviziyonunu Yunanıstan ilə, bir diviziyonunu da Ermənistan ilə sərhəddə yerləşdirəcəyi barədə informasiyalar yayılır və bu kimi informasiyalar Ermənistanı narahat edir.

Ermənistan dövləti, hökuməti və vətəndaşları anlamalıdır ki, Azərbaycanın Dağlıq Qarabağa təklif etdiyi yüksək müxtariyyat statusu ilə razılaşıb münaqişəni həll etmədikləri müddətdə iqtisadi inkişafa, siyasi sabitliyə təhlükəsizlik problemlərinin həllinə fürsət tapmayacaqlar. Ermənistan sağlam məntiqlə düşünməyə məcburdur, sadəcə bundan başqa yolu qalmayıb.
Newtimes.az
Hatəm Cabbarlı, siyasi elmlər doktoru

 

 

 




Baxış sayı: 1 648
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031