FACT-INFO.AZ » MÜSAHİBƏ » Nicat Abıyev: “Məni bütün dünya tanıyacaq!”
15-09-2015, 09:15 | MÜSAHİBƏ
Nicat Abıyev: “Məni bütün dünya tanıyacaq!”

Lakin fitri istedadı ilə o, Rusiya Federasiyasının Tümen vilayətində xeyli nüfuz qazanmış gənclərdən biridir. Nicat natura üzərində rəsmlər çəkir, yeni bir kitab-bədii roman üzərində işləyir. Tümen Dövlət İncəsənət və Mədəniyyət Universitetinin 2-ci kurs tələbəsi olan Nicat Abıyev, 1996-cı il fevral ayının 23-də Tümendə dünyaya gəlib. 3 qardaş içərisində ən böyüyüdür. O, uşaq yaşlarından rəsm dərnəyinə yazılıb, 9-cu sinifdə oxuyarkən Tümen Sosiologiya və Texnologiya İncəsənət Akademiyasına daxil olub. (Orta ümumtəhsil məktəbinin 10-11-ci siniflərini oxumaqdan imtina edib).Bu yaxınlarda o, yay tətililə əlaqədar ölkəmizə qonaq gəlmişdi.Görüşüb, həmsöhbət olduq.
-Nicat bəy, sizi Azərbaycanda xoş gördük. Neçə ildi rəssamlıqla məşğulsuz?
-Çoxları kimi mən də uşaq yaşlarımdan rəsm çəkməyə başlamışam. Hər bir uşaq kiçik olanda rəssamlıqla məşğul olur, axı... Məndə uşaq vaxtı şəkil çəkməyə çox həvəsli olmuşam. Hətta belə bir hadisə olmuşdur ki, mən, 2-ci sinifdə oxuyanda çəkdiyim Təlxək rəsminə görə (klon şəklinə) uşaqlar gülmüşdü.Lakin, mən həmin əsəri elə tamamladım ki, bu əsər Sankt-Peterburrqda keçirilən yarışmada 1-ci yeri tutdu. Deməkdə məqsədim odur ki, kimsə sevdiyi məşğuliyyətdən zaman keçdikcə vaz keçirsə, onda həvəs ölməyib, həvəsini öldürüblər. Yəni, burda mühit və insanlar önəmli rol oynayır. Məndə özünə inam hissi güclü olduğundan, bu yaşımadək rəssamlıq sənətini davam etdirmişəm, müəyyən qədər təkmilləşdirməyi bacarmışam və hələ də öz üzərimdə işləyirəm.
-İndiyə kimi nə qədər rəsm əsəri çəkmisən və əsərlərində ən çox nəyə üstünlük verirsən?
- Təxmini 250-ə qədər rəsm əsəri çəkmişəm və əsərlərimdə ən çox təbiət gözəlliyinə üstünlük vermişəm.
-Üzərində işlədiyin kitab nə haqqındadır?
-Kitab öz həyatımdan bəhs edir.
-Sən Azərbaycandan çox uzaqda yaşayırsan. Orda bu sənətə maraq necədir?
-Azərbaycanda olduğu kimi, orda da maraq çox böyükdür. Arzum tanınmış rəssam olmaqdır.Düzdür, istər Azərbaycan, istərsə də Rusiyada məni rəssam kimi bir o qədər də yaxşı tanımırlar.Sizi əmin edirəm ki, tezliklə məni tanınmış rəssam kimi bütün dünyada tanıyacaqlar.
-Azərbaycan rəssamlarından kimləri tanıyırsan?
-SSRİ Xalq rəssamı Tahir Salahov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayevin əsərlərilə tanışam.Ancaq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, rəssam, Şuşa şəhərindən məcburi köçkün Səyyar Əliyevi şəxsən tanıyıram. Eşitdiyimə görə, onun əsərləri də gənclər tərəfindən sevilir. 
-Çəkdiyin rəsmlərdən satılan olubmu?
-Bəli, Tümen vilayətində çəkdiyim rəsm əsərlərindən satılanlar olur.
-Azərbaycanda gedən inkişaf prosesləri barədə nə deyə bilərsən?
-Mən, Rusiya vətəndaşı, Azərbaycan əsilliyəm.İnanın ki, hər il Azərbaycana gəldikdə burda gedən inkişaf prosesini görüb, fərəhlənirəm.
-Azərbaycanın işğal edilmiş torpaqlarının geri qayıdacağına inanırsan?
-Əlbəttə inanıram.Son vaxtlar Rusiya Feredasiyası rəhbərliyinin, şəxsən Prezident V.Putinin Azərbaycana olan çox isti münasibətinin şahidiyik. Hiss edirəm ki, Rusiya Ermənistanın işğalçılıq niyyətini yaxşı başa düşür və bu dövləti uzun müddət müdafiə etməyəcək.Məhz, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gərgin səyləri nəticəsində torpaqlarımız düşmən tapdağından azad ediləcək.

Maraqlı müsahibə üçün çox sağ olun.

Söhbəti yazdılar: Şamil Sabiroğlu,
Aygün Bəhramqızı, “Ana harayı” qəzetinin müxbirləri.




Baxış sayı: 2 773
Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00 Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək - Cəlil Xəlilov 22-11-2024, 10:30 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb 22-11-2024, 09:00 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib 22-11-2024, 08:00 Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil 21-11-2024, 19:30 Şəfiqə Kutluer: Festivalımızın açılışının Qarabağ Zəfərinə həsr edilməsi məni çox qürurlandırır 21-11-2024, 19:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930