FACT-INFO.AZ » CƏMİYYƏT » Bir arzunun qönçə ömrü
13-09-2015, 09:45 | CƏMİYYƏT
Bir arzunun qönçə ömrü

Yoxluğu qara telə dən salan, adı çəkiləndə qəlbi sızladan, dil- dodağı yandıran xatirələrdə yaşayır o rəssam oğlan. Boyca kiçik olsa da əməlcə hamıya böyük görünərdi. Çoxları Ağasəlimin səriştəli və zirək olmasından bəhs edərək: “dili varsa, dilçəyi də var” deyərdilər. “ “Bapbalaca boyu var, dam dolusu toyu var”- kəlamı dillərdə-ağızlarda gəzirdi. Gördüyü gündən bir könüldən - min könülə aşiq olub qəlbən bağlandığı xanımı ilə çiyin-çiyinə eyni müəssisədə çalışırdı. Onların könül dünyalarını bəzəyəcək üç gül körpəsi vardı: bir oğlu, iki qızı. El-obada işgüzarlığı ilə ad çıxaran bu gənc oğlan gözəl rəssamlıq qabiliyyətinə malik olması ilə yanaşı, bir çox sənətin də sirlərinə yiyələnmişdi. Sənətdən söz düşəndə Ağasəlim qürurla dillənər, gələcəkdə onun yolunu davam etdirə biləcək övladına mütləq rəssamlığın- əlvan çeşidli rənglər dünyasının sirlərini öyrədəcəyini vəd edərdi.

Hələ uşaqkən dünyasını dəyişən kiçik qardaşının xatirəsinə hörmət əlaməti olaraq adını vermişdi oğluna- Ağasadiq. Hər an, hər dəqiqə fərəhlə övladına baxıb sevinc hissi keçirərdi. Sanki onunla nəfəs alırdı. Bu ciyərparəsi bir də ona görə daha sevimli idi ki, xalqımızın dinini-imanını yüksək dəyərləndirdiyi İmamımızın adını daşıyırdı. Elə qız övladlarını da canından əziz bilərdi.

 Ataları dünyasını dəyişəndə onlar həyatın ağrı-acısını dərk etməyən qayğısız cocuqlardı.Başının tacı, ömür-gün yoldaşını itirən qadının bənövşətək boynubükük qalan üç məsum körpəsinin taleyi əzizləri ilə  birgə yadları da maraqlandırırdı. Çoxları anaya ürək-dirək verib: “Bir tərəfdən qapını bağlayan fələk, bir tərəfdən üzünə açar”, darıxma, bir də görəcəksən məktəbi bitirdilər, instituta qəbul oldular, ailə qurdular. Bunlar hamısı sənə nağıl kimi görünəcək.  Boy-buxunlarına  baxanda gözlərin güləcək. Bütün qəmin- kədərin bax onda yaddan çıxacaq”- deyirdilər.

Qardaşımızın üç yadigarının qayğısına qalmaq dünyamıza “üç sevinc” bəxş edən ana ilə birgə  bizim də doğmalıq borcumuz idi.  Onlara mənəvi dayaq olmaq qarşımızda duran başlıca vəzifə idi. Hər üçünü bağçaya yazdırdıq. Atasızlığı bir qədər unutduracaq şən-mənalı günlər ömürlərini bəzədi.

Bağçada gülüb -oynamaq, əylənməklə yanaşı qayğıkeş müəllimlərin əməyi sayəsində əlifbanı, hesabı, şer deməyi də  öyrəndilər. Məktəb yaşına çatdıqda məktəbə getdilər. Məktəbdə qayğıkeş müəllimlərin əhatəsində olduqları illərdə onlardan əsil analıq qayğısı gördülər. Hər gün dərslərini öyrənməkdə- yazıb oxumaqda məm də onlara yardımçı olurdum. Bir gün dərslikdə olan şəkillər əsasında təsvirlər etdiyi zaman Sadiqin rəssamlıq sənətinə meyilli olduğunu anladım. Onu dərnəyə yazdırdıq. Xalq rəssamı Tofiq İsmayılov adına Uşaq və Gənclər Qalareyasında gənc rəssam, professor Aynurə xanım Haşımovadan rəssamlıq sənətini öyrənməyə başladı. Kiçik qəlbini sevinclə dolduran bu ilk kövrək addım onun sənət yolunda cığır açdı.  O həm  dərnəkdə, həm də evdə məşğul olmağa başladı. Binəqədi rayonundakı 283 nömrəli məktəbi müvəffəqiyyətlə bitirdi.

 2011-ci il onun qəlbində xoş xatirə ilə yadda qalan il oldu.  Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində ( əvvəllər şöhrətli xalq rəssamımız Ə.Əzimzadənin adını daşıyan rəssamlıq texnikumu) İncəsənət Kollecinin tələbəsi olmaq şərəfinə nail oldu. 2011-ci ilin sentyabrından 2015-ci ilin mayına qədər bu sevimli sənət məbədində-  dekorativ- tətbiqi sənət  üzrə keramika fakültəsində incəsənət kollecinin direktoru Telman İbrahimov və Aydın Mütəllimovdan dərs aldı. Sirli-sehirli sənətin incəliklərinə yiyələndi. İndi 4 illik təhsilin- zəhmətin bəhrəsi- “ata sənətinin yadigarı” diplomunu sinəsinə basıb üz-gözündə təbəssüm “diplomumu aldım”- deyəndə biz də onun sevincinə şərik oluruq.

Məftunu olduğu sənətin incəliklərini “ömrünün baharı”, xeyirli sonluqla başa çatmayan “ümman sevgisinin ilk nübarı”na özü öyrədə bilməsə də, atanın bir zamanlar xəyal kimi beynində dolaşan saf, büllur arzusu gerçəkləşib, çin olub. İndi kiçik rəssam təbiətin qəlbə, ruha qida əsrarəngiz gözəlliklərini, bahar gülləri tək zərif, incə vətən qızlarının portretini, Vətən dərdini əks etdirən tabloları dolğun  və obrazlı şəkildə canlandırmağa çalışır. Həvəslə rəsmlər işləyən zaman yaratdığı cizgiləri düşünə-düşünə, inandırıcı boyalarla əks etdirməyə can atır. Ona yaxınlaşıb gördüyü işə zərgər dəqiqliyi ilə yanaşmasının şahidi olduqda  onda bu sənətə marağın, məftunluğun yüksək həddə olduğunu duymaq o qədər də çətin deyil. “Qabiliyyət Allah  vergisidir. Atam da istedadlı olub, mənə də ondan keçib bu istedad”- deyir. Bulaq suyu tək saf qəlbində- “öz balaca dünyasında ümman arzular çağlayan” Sadiqə aydın sabahlara səsləyən sənətin enişli-yoxuşlu yollarında dönməzlik, yorulmadan, inamla addımlamağı, qəlbləri ovsunlayan ecazkar sənətilə Vətəninə, xalqına layiqincə xidmət edərək uca zirvələr fəth etməsini diləyirik!

 Nailə Süleymanova

 

                                         




Baxış sayı: 2 896
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30