FACT-INFO.AZ » XƏBƏR » Badri Naçkebia: Gürcüstan hökuməti qondarma “erməni soyqırımı”nı heç vaxt tanımayacaq
17-04-2017, 08:35 | XƏBƏR
Badri Naçkebia: Gürcüstan hökuməti qondarma “erməni soyqırımı”nı heç vaxt tanımayacaq

Gürcüstanın Axalkalaki bələdiyyəsi, erməni icması və ictimai təşkilatları Gürcüstan rəhbərliyinə müraciət edərək qondarma “erməni soyqırımı”nı tanımağı xahiş ediblər.
Ermənilərin bu müraciəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Gürcüstan parlamentinin hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasından olan deputatı Mahir Dərziyev AZƏRTAC-a müsahibəsində deyib: “Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, bu məsələni tarixçilər araşdırmalıdır və öz arxivlərini elmi araşdırmalar üçün açıb. Təəssüf ki, ermənilər və bəzi siyasətçilər bu məsələdən öz məqsədləri üçün istifadə edirlər. Bu yolverilməzdir, çünki bu məsələdən siyasi məqsədlər üçün istifadə edənlər yeni münaqişə ocaqları yarada bilərlər”.
Deputatın sözlərinə görə, ermənilər dəfələrlə belə müraciətlər ediblər, parlamentdə də məsələ qaldırıblar. Amma heç nəyə nail ola bilməyiblər. Azərbaycanlı deputatlar, eləcə də hadisələrə və cəmiyyətdə baş verən proseslərə real baxan, demokratik düşüncəli digər deputatlar ermənilərin cəfəng fikirlərinə kəskin münasibət bildiriblər və qondarma soyqırımı” məsələsi müzakirədən çıxarılıb. Dövlət rəhbəri də heç vaxt buna getməyəcək. Gürcüstan demokratik ölkədir və dəfələrlə bəyan edib ki, bu məsələni araşdırmaq tarixçilərin işidir.
Müxalifətdə olan “Vahid Milli Hərəkat” Partiyasının deputatı Azər Süleymanov da məsələnin qəbuledilməzliyini vurğulayıb: “Ermənilər dəfələrlə belə tələblərlə çıxış ediblər. Onlar çox gözəl bilirlər ki, bu dəfə də fiaskoya uğrayacaqlar. Amma siyasi xal qazanmaq üçün belə edirlər. Gürcüstan hökuməti Ermənistana görə özünün strateji tərəfdaşı və dostu olan Azərbaycan və Türkiyə ilə münasibətləri pozmayacaq. Ermənilərin arzusu elə arzu olaraq qalacaq”.
Politoloq Badri Naçkebia isə deyib ki, qondarma “erməni soyqırımı”nın tanınması Gürcüstan hökumətinə və xalqına hörmətsizlikdir. Bu, həm də bizə qonşu və dost, qardaş ölkələr olan Azərbaycana və Türkiyəyə hörmətsizlikdir. Düşünürəm ki, Gürcüstan hökuməti “qondarma soyqırımı” heç vaxt tanımayacaq.
Xatırladaq ki, bu, artıq Gürcüstandakı erməni icması və təşkilatları tərəfindən ölkə rəhbərliyinə edilən sayca 12-ci müraciətdir. Bundan əvvəlki müraciətlərin hamısı Gürcüstan tərəfindən rədd edilib.




Baxış sayı: 1 721
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30