FACT-INFO.AZ » AKTUAL » Bu gün şəhid Yaqub Yaqubzadənin doğum günüdür
22-04-2025, 08:00 | AKTUAL
Bu gün şəhid Yaqub Yaqubzadənin doğum günüdür

 Mustafa Kamal Atatürk deyirdi: “Məcbur olmadıqca müharibə etmək insanlığa qarşı cinayət törətməkdir”. Reallıq odur ki, Ermənistan havadarlarının köməyi ilə bu cinayəti törətmişdi. Cinayətkarı cəzalandırmaq isə beynəlxalq hüququn mühüm prinsiplərindən biri olmaqla bərabər Azərbaycan xalqının haqlı tələbi idi. Məhz II Qarabağ müharibəsi bu zərurətdən başlamalı idi və başladı. Bu müqəddəs yolda canlarından keçən bütün şəhidlərimizi ehtiramla anırıq. Doğum günündə Yaqub Yaqubzadənin həyat və döyüş yoluna nəzər salaq.

Xəzər rayon Qala qəsəbəsində Yaqub Yaqubzadənin ata evini  axtararkən bizə şəhidimizin yol kənarında ucalan şəkli və dalğalanan üç rəngli bayrağımız  istiqamət verdi. Bu bayraq həm də qəhrəmanlarımızın döyüşdüyü, işğaldan azad etdiyi müqəddəs torpaqlarda dalğalanır. Bu gün ona görə, şəhidlərimizin ruhu şaddır.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Yaqub Yaqubzadə  Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Yaqub oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yaqub Yaqubzadə  "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə"  və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Şəhidimizin anası Məmmədova Səmurə xanım Yaqubla bağlı danışır: “Yaqub 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Sonradan biz Bakıya köçmüşük. Yaqub 2005-2016-cı illərdə Xəzər rayonunda 92 nömrəli tam orta məktəbdə təhsil alıb. O, özündən böyük iki bacısı ilə hər gün sevinclə məktəbə gedirdi. Mən mütəmadi olaraq Yaqubun təhsil aldığı məktəbə, xüsusulə, valideyn iclasına gedirdim. O, çox nümunəvi şagird idi. 6-cı sinifdə oxuyanda atası ona kompüter aldı. Yaqubun bir xüsusiyyəti də var idi ki, o, Azərbaycanın tarixi ilə daha çox maraqlanırdı, öyrənirdi. Baxmayaraq ki, o, sonradan texniki elmlər sahəsində ali təhsil aldı, amma tariximizi çox sevirdi. Hər dəfə deyirdi ki, Qarabağın işğaldan azad olunmasında mən özüm iştirak edəcəyəm. Övladım bu yolda şəhid oldu”.

Səmurə xanım  Yaqubun ali məktəb və sonradan hərbi xidmət dövrünü xatırlayır: “Yaqub orta məktəbi yüksək qiymətlərlə bitirdi. Elə oldu ki, 2016-cı ildən Tbilisi şəhərində Gürcüstan, Avropa Universitetində "Kompüter mühəndisliyi" üzrə ali təhsil almalı oldu. Ali məktəbi bitirən kimi hərbi xidmətə çağrıldı.  2020-ci ilin iyul ayında Yaqub hərbi xidmətə gedir. Gəncədəki N saylı hərbi hissədə olub. II Qarabağ müharibəsi başlayanda o, döyüşlərə  qatılır.  Sentyabrın  28-də atası  Yaqubla danışır və ona  mənə zəng etməyi tapşırır. Amma  o, zəng etmədi. Bu gündə mən onun  zəngini  gözləyirəm. Sonradan, daha doğrusu oktyabrın 2-də atası Yaqubla çox çətinliklə əlaqə saxlayır, danışır. Döyüş  yoldaşlarının verdiyi məlumata görə,  həmin telefon zəngindən iki saat sonra  çox ağır döyüş zamanı  Yaqub şəhid olur”.

Şəhidimizin bacısı Nərmin Yaqubzadə söhbətə qoşulur: “Uşaq vaxtı işdən evə qayıdanda qardaşım da adətən dostları ilə görüşmək üçün evdən çıxardı. Məhəllədə qarşılaşanda bir-birimizə baxıb guya görməməzlikdən gəlirdik. Amma bir az keçəndən sonra göz-gözə gəlib, ikimiz də gülümsəyirdik. İndi isə o eyni məhəllədən keçəndə sənin o baxışların, o təbəssümün gözümün önündə canlanır. Amma bu dəfə mən gülmürəm… Susuram… və içimdə boğduğum göz yaşlarıyla qəhərlənirəm.  Səni əsgərliyə yola saldığımız gün içimdə elə bir narahatlıq vardı ki... amma üzümə vurmurdum. Sən güclü görünürdün. Qorxusuz idin. Sanki əvvəlcədən bilirdin ki, bu yol səni əbədiyyətə aparacaq”…

Şəhidimizin bacısı Sima Yaqubzadə kövrək xatirələrini bizimlə bölüşür: “Qardaşım Yaqub evimizin balacası olmasına baxmayaraq, ərköyün deyildi. Hamımız onu sevsək də, ona evimzin balacasıdır deyə, xüsusi diqqət göstərsək də, bundan istifadə etməyib. Əksinə o, çox dərin düşüncəli və ətrafındakılara qarşı olduqca diqqətcil biri idi. Bəlkə də bizə verilən tərbiyədən  idi ki, üçümüz də belə böyümüşük. Bizim aramızda yaş fərqimiz az olduğundan bir-birimizlə bacı qardaşdan əlavə dost olmuşuq.Bir-birimizlə daha çox zarafatlaşırdıq. Hətta ciddi problemlərimizi belə bir-birimizə zarafata salaraq deyirdik. Yadda qalan xatirələrimizdən ən çoxu da bir-birimizi harda görsək tanımırmışıq kimi davranırdıq. Bu situasiya bir birimizlə gözə-gözə gələnə qədər davam edirdi. Bu bizim bir-birimizə dilə gətirməyə utancaq hərəkətlərlə göstərdiyimiz  sevgi və qayğı göstəricisi idi. Bəlkə də uşaq olduğumuz üçün bu, bizdə belə alınırdı. Bunun kimi bir çox xatirələrimiz var, amma onlar haqqında bəhs etmək çətindir. Atamın işğal altında olan doğma torpaqları da bizim üçün maraqlı idi. O, bizə oradakı uşaqlıq xatirələrindən danışırdı. Danışdıqca bizdə həmin yerlərə maraq yaranırdı. Mən və Yaqub tez-tez həmin yerlərin şəkillərinə baxar, xəyalımızda ora səyahət edərdik. Uşaq təsəvvürümüzdə o yerlər əlçatmaz görünürdü. Amma indi ora getmək mümkündür. Və bu gün bunun mümkün olmasında pay sahibi olanlardan biri də qardaşımdır – Yaqub. O yerlərə Yaqubsuz getmək... bu hər zaman çətin olacaq. Amma hər zaman onunla fəxr etmişəm və edəcəyəm də. Mənim balaca Yaqubum”.

Şəhidin döyüş yoldaşı, 2 ci qrup əlil, Qarabağ qazisi Məmmədov  Kənan  Mahir oğlu Yaqubla bağlı fikirlərini açıqlayıb: “Şəhid Yaqub Yaqubzadə  haqqında günlərlə danışılacaq mövzu var. Bizim tanışlığımız qısa bir gün olsa da, ömür boyu unudulmayacaq tarixə çevrildi. Yaqubun həyatı ilə bağlı planları, arzuları çox idi və laçınlı olduğu üçün döyüşdə iştrak etməyindən məmnun və sevincli idi. O, valideynlərindən Laçının nə vaxt və necə işğal olduğunu balaca yaşlarından soruşub maraqlandığını deyirdi. O, Vətəni ilə fəxr edir və belə günlərdə müharibədə iştrak etməsindən qürur duyurdu. Yaqub özü haqqında az danışardı. Amma arzularının böyük olduğunu görürdüm. Evin tək oğlu olmasına baxmayaraq, o, heç bir döyüş tapşırığından yayınmayan və məsuliyyətlə icra edən döyüşçü idi. Axşamlar sığınacağa qayıdanda dərdləşirdik, danışırdıq. Onunla eyni gündə yaralandıq. Mən yaralananda ondan xəbərsiz idim. Həmin gün başqa postlarda idik. Beləcə oktyabrın 1-dən sonra bir daha görüşə bilmədik. Mənə son sözü isə  o oldu ki, əgər başımıza bir iş gəlsə, o zaman valideyinlərimi tapıb görüşərsən. O, döyüş zamanı hər kəsdən öndə gedib, heç nədən qorxmadan çəkinmədən döyüşə qatılıb. Çox mərd döyüşçü olub.  Məkanın cənnət olsun Yaqub”. 

Fact-info.az

 

 

 

 

 

 

 

 




Baxış sayı: 515
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031