FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Akademik Mikayıl Hüseynov – 120” adlı kitab sərgisi açılıb
20-04-2025, 11:00 | MƏDƏNİYYƏT
“Akademik Mikayıl Hüseynov – 120” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada dünyaşöhrətli Azərbaycan memarı, akademik Mikayıl Hüseynovun 120 illik yubileyinə həsr olunmuş “Akademik Mikayıl Hüseynov – 120” adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan  Fact-info.az-a bildiriblər ki, sərgidə akademik Mikayıl Hüseynovun əsərləri, redaktor olduğu kitablar, Azərbaycan milli memarlığının zənginləşməsində və inkişafında böyük rol oynamış alimin həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, XX əsr Azərbaycan memarlığının şah əsərləri sayılan müxtəlif tipli memarlıq abidələrinin fotoları, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, Azərbaycan memarlıq məktəbinin qüdrətli nümayəndəsi, memarlıq tarixçisi, Xalq memarı, ictimai xadim, akademik Mikayıl Ələsgər oğlu Hüseynov 1905-ci il aprelin 19-da Bakıda dünyaya göz açıb. 1911-ci ildə Mikayıl yüksəksəviyyəli ümumtədris hazırlığı ilə fərqlənən Bakı realnı məktəbinə daxil olub, 1921-ci ildə II dərəcəli 5-ci məktəbdə təhsilini bitirib. O, 1922-ci ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-inşaat fakültəsinin memarlıq şöbəsinə daxil olub. 1929-cu ilin dekabrında “Bakı şəhərində mədəniyyət sarayı və kitabxana” mövzusunda diplom layihəsi müdafiə edən M.Hüseynov mühəndis-memar diplomu alıb.

Görkəmli sənətkarın Azərbaycanda aparılan geniş inşaat işlərinə qoşulması isə 1930-cu illərə təsadüf edir.

Azərbaycan Milli Kitabxanası, AMEA-nın Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Nizami Kino Mərkəzi, Elmlər Akademiyasının kompleks şəhərciyi, Bakı Metropoliteninin “Nərimanov” və “Nizami” stansiyalarının memarlıq işləri və s. müxtəlif tipli memarlıq abidələri Mikayıl Hüseynovun adı ilə bağlıdır.

Akademik Mikayıl Hüseynov ölkəmizin yeganə alimidir ki, İngiltərənin kraliçası II Yelizavetanın himayəsində olan İngiltərə və İrlandiyanın Kral Asiya cəmiyyətinin fəxri üzvü seçilib.

Yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin fəaliyyəti ərzində Mikayıl Hüseynov Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirib və müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaradıb. Bakı şəhərinin hazırkı memarlıq simasının müəyyənləşməsində onun layihələri əhəmiyyətli yer tutur.

Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olan alimin ölkə üçün yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri var.




Baxış sayı: 165
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30