FACT-INFO.AZ » AKTUAL »  Onun əziz xatirəsi qəlbimizdə yaşayacaq
17-04-2025, 20:00 | AKTUAL
 Onun əziz xatirəsi qəlbimizdə yaşayacaq

 Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincindən dağa dönür. Qobustan şəhər A.O. Çernyayevski adına 1saylı məktəbdə uzun müddət Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Bəturə müəllimə də həmişə öz şagirdləri ilə fəxr etmişdir.

 Bəturə müəllimə 1965-ci ildə Qobustan rayonunun Cəmcəmli kəndində anadan olmuşdur.İbtidai təhsilini burada alsa da, orta məktəbi uzun müddət işlədiyi məktəbdə başa vurmuşdur.  Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat fakultəsində qiyabı təhsilini davam etdirərək, əvvəlcə Cəmcəmli kənd orta məktəbinin tabeliyində olan Damlamaca kəndindəki  azkomplektli sinifdə çalışmışdır.

Bir müddət rayon mərkəzindəki peşə məktəbində işləmişdir. Yuxarı kursda qiyabı təhsil alan Bəturə Səmədova ömrünün sonuna kimi orta təhsil aldığı doğma məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris etmişdir. Onun işi həmişə yüksək qiymətləndirilmiş, dəfələrlə məktəb rəhbərliyinin və təhsil sektorunun fəxri fərmanları ilə təltif olunmuşdur. Şagirdləri həmişə öndə getmiş və yüksək balla ali məktəblərə qəbul olmuşlar. O, həmdə keçirilən tədbirlərdə öz çıxışı ilə fərqlənmişdir.

 Yaxşı yadımdadır tanınmış yazıçı Famil Süleymanov “Köç hara tələsirsən?!”əsərinin rayonumuzun mərkəzindəki Mədəniyyət Evində  müzakirəsi keçirilirdi. Bəturə müəllimə də həmin kitab haqqında öz fikrini bildirdi. Bir müddət sonra F. Süleymanovun yeni çapdan çıxmış “Daş üzərində qan izləri“ kitabının oxucu məktubları səhifəsində Bəturə müəllimənin çıxışına da yer verilmişdir.Müəllimənin yeganə övladı olan Toğrul Azərbaycan Tibb Universitetini bitirmişdir. Hazırda Bakı şəhərindəki klinikaların birində həkim işləyir.

           Amansız ölüm Bəturə müəlliməni vaxtsız aramızdan apardı.Allah rəhmət etsin. Söhbət əsnasında müəllimə haqqında xoş sözlər eşitdik:

  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qobustan Rayon Komitəsinin sədri Mahir Soltanov: –Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Bu varlıqdan Bəturə müəlliməyə də pay düşür. Onu yaxından tanıyırdım. Dərslərində də iştirak etmişəm.Həmişə də razı qalmışam. Mənim oğlumun da müəllimi idi. Oğlum da müəliminin dərslərinə həmişə diqqətlə yanaşırdı və hal-hazırdıa Türkiyədə ali təhsil alır. Əfsus ki, bir qabaqcıl təhsil işçisini də  vaxtsız itirdik.

   A.O. Çernyayevski adına Qobustan şəhər 1saylı tam orta məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Ağaşiraz Mədətov :- Bəturə müəllimə ilə uzun müddət bir yerdə çalışmışıq .O həmişə dərslərini muasir tələblər səviyyəsində qurmuş və istədiyinə də nail olmuşdur.Kolektivin ona böyük hörməti vardır. Şagirdlərin də sevimlisi idi. Dəfələrlə tərəfimizdən öz layiqli qiymətini almışdır. Amma ömür vəfa etmədi. Heyf...çox heyf...

 Təqaüddə olan müəllimə Ziyafət Bayramova:-  Ömrünün 60-cı baharında yazın güllü –çiçəkli vaxtında vaxtsız ölüm Bəturə müəlliməni doğmalarından, həmkarlarından, şagirdlərindən alıb uzaqlara apardı. Acı taleyin ruzigarına baxmayaraq , fədakar,savadlı övlad böyütdü, zəhmetkeş bir ana kimi yaşadı.Əfsus ,stol üstündə sahibsiz qalan kitab, dəftər, qələm, yarımçıq qalan cümlələr, ömür çırağı sönmüş Bəturə müəllimə. Rahat uyu əziz bacım, sən həmişə şagirdlərinlə, həmkarlarınla,tanıyanlarınla xatırlanacaqsan. İnanıram ki, yaganə övladın Toğrul bundan sonra da ana adını ucaltmağa laiq bir övlad olacaq.

  Müəllifdən:-Bəturə müəllimə, həqiqətən, müəllim adını həmişə uca tutdu və şərəflə yaşatdı.Bu fikrimi gözəl şairimiz İslam Səfərlinin aşağıdakı misraları ilə bitirirəm.

                                             Gəlin alqış deyək,dostlar, ürəkdən,

                                             Əsl müəllim tək  yaşayanlara .

                                              Şeirimlə gül dəstə bağlayıram,

                                              Bu adı şərəflə daşıyanlara.

                                                                                                    Məhəmməd Bayramov,   Qobustan Rayonu




Baxış sayı: 1 820
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30