FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Həqiqətin dəyişməyən üzü
31-03-2017, 01:00 | TƏDQİQATLAR-ANALITIKA
Həqiqətin dəyişməyən üzü

 Bu son dərəcə mühüm tarixi hadisələrə ilk dəfə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra 1998-ci ildə mart ayının 26-da xüsusi fərmanla siyasi qiymət verdi. Və bununla da ermənilərin azərbaycanlılara qarşı ötən əsrin müxtəlif dönəmlərində yürütdükləri soyqırımı siyasətinə ümumxalq etirazını dövlət səviyyəsində qaldırmış oldu.

28 mart 2006-cı ildə Azərbaycan prezidenti İlham Əliyevində "31 Mart Azərbaycanlıların soyqırımı Günü" münasibətilə Azərbaycan xalqına müraciəti olmuşdur. Bundan sonra tarixçilərimiz tərəfindən qanlı-qadalı faciələrbarədə tarixi araşdırmalara başlanıldı, kifayət qədər yerli və xarici arxivlərdən materiallar və arxeoloji qazıntılar aparılaraq dəlil sübutlar üzə çıxarıldı. Bu mövzuda elmi konfranslar, simpoziumlar keçirildi. Beynəlxalq səviyyəli tədbirlərə əcnəbi tarixçi-alimlər, yazarlar və jurnalistlər də qatıldılar.
Dünyada azərbaycanlıları vəhşi kimi qələmə verən ermənilər öz həqiqi vəhşiliklərini gizlədə bilmədilər.

Qeyd etdiyimiz kimi, xalqımıza qarşı ermənilər tərəfindən törədilən bu tarixi cinayətlər barədə aparılan qiymətli araşdırmalar sırasında bir maraqlı təkrarsız araşdırmada var. Bu “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, UNUDULMAYAN TARİX” adlı kitabdır. Həmin kitab eyni zamanda tarixi faciələrimizin tədqiqinə daha bir dəyərli,sanballı sənəd kimi dəyərləndirilməlidir.
Çünki, bu kitabın ərsəyə gəlməsində müəllif  Əkrəm Bəydəmirli publisist-jurnalist olmasına baxmayaraq elə tarixçi –alim səviyyəsində çox maraqlı bir sənədi fakt olaraq dünya ictimaiyyəti qarşısına çıxarmışdır. Doğrudur, 
sözügedən həmin sənədli kitab Azərbaycan dilində 2015-ci ildə və eyni adda 2016-cı ilin sonunda isə ingilis dilində “THE EVENTS OF 1918: DİED WİTNESSESS,UNFORGETTABLE HİSTORY”adı ilə işıq üzü görmüşdür. Amma kitabın ikinci nəşri təbii zərurətdən doğduğundan ingilisdilli oxucu kütləsi soyqırım hadisələrini öz gözləri ilə görən və ya həmin hadisələrdə yaxın əzizlərini itirən şahidlərin müəllifə verdikləri müsahibələrlə ilk dəfə tanış olur.
Mövzu baxımından həmişə gündəmdə olan və maraqla oxunan bu sənədli əsərin maraq özəlliyi də məhz bundadır. Həmin şahidlərin bəziləri çox ahıl yaşda, xəstə olduğundan və ömürlərinin son günlərini yaşadıqlarından müəllif Əkrəm Bəydəmirli çox çətinliklə də olsa bu fütsəti əldən verməyərək onların səsini lentə almış, şəxsiyyət vəsiqələrinin surətini və foto şəkillərini kitab vasitəsilə öz oxucusuna təqdim etmişdir. Bundan başqa mart soyqırımı hadisələrinin baş verdiyi bölgələrə gedərək o yerlərdə kütləvi insan cəsədləri qalıqlarının fotolarını, faciə qurbanlarının bir qisminin kimliyi bilinən foto- şəkilləri, məzarlıqlar və sair də oxucular üçün maraq doğuran materiallardır.

Kitabda həmçinin prezident İlham Əliyevin və xanımı vitse-prezident Mehriban Əliyevanın Qubada yaradılan Soyqırım Memorial Kompleksini ziyarət etmələri şəklinin də yer alması, bu böyük tarixi faciənin yad edildiyi gündə də dövlət başçısının öz xalqı ilə bir yerdə olmasını əyani əks etdirib. Söz yox ki, hər bir yaşda olan vətəndaşımız öz kimliyini, keçmişini, dostunu və düşmənini yaxşı tanımalıdır. Ancaq bütün bunlarla yanaşı unutmamalıyıq ki, məkrli düşmən bu gün də Azərbaycanımızın 20 faiz torpaqlarını işğalda saxlayır və hərtərəfli təxribatlar törədir.
Belə bir vaxtda Prezidentimizin yürütdüyü siyasətə, ordumuzun gücünə dəstək olmaq məqsədilə hər birimiz Vətən üçün əlimizdən gələni etməyə borcluyuq. Bu mənada ermənilərin ideoloji və informasiya savaşına biz də daima dünyanın hər yerində layiqincə cavab verməliyik. Artıq bu missiyanı yerinə yetirənlərin ordusu günü-gündən genişlənməkdədir.
Bu orduya cəsarətlə qoşulanlardan biri də jurnalist-publisist Əkrəm Bəydəmirlidir.
Onun yaradıcılığının mühüm  sahəsi hesab etdiyimiz “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər,UNUDULMAYAN TARİX” kitabının ingiliscə olan variantı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni millətçilərinin ifşası istiqamətində görülən işlərə təkan verib. Bu sənəddən xaricdə yaşayan həmvətənlərimiz, ölkəmizə gələn əcnəbi qonaqlar və hətta ingilis dilində öz tariximizi öyrənməyə maraq göstərən şagird və tələbələr də istifadə edə bilərlər.
Yəqin ki, ilkin mərhələdə az sayda buraxılmış hər iki dildə olan bu kitabın gələcəkdə oxucu marağına görə tirajı artacağı şübhəsizdir. Sonda bir də onu deyək ki, haqqında bəhs etdiyimiz kitabın ingilis dilində beynəlxalq ictimaiyyət qarşısına çıxmasının, həqiqətin dəyişməyən üzünü nümayiş etdirməsinin özü bir uğurdur. Buna görə də qələmi ilə silahlanmış qələm dostumuz
Əkrəm Bəydəmirliyə bundan sonra da fəaliyyətində uğurlar diləyirik.

Şahnaz  Azərtürk

 

 

 

 

 

 

 

 

 




Baxış sayı: 2 885
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30